Redaktor
"Rolls-Royce" unikal "Phantom Regatta" modelini təqdim edib
"Rolls-Royce Motor Cars" Böyük Britaniyanın zəngin yelkənçilik irsini əks etdirən xüsusi "Phantom Extended" modeli – "Phantom Regatta"nı təqdim edib.
Valyuta.az xəbər verir ki, şirkətin "Bespoke" bölməsi tərəfindən hazırlanan yeganə nüsxə avtomobil İngiltərənin cənub sahillərindəki yarış yaxtalarından və "Solent" akvatoriyasında yay mövsümünü səciyyələndirən nüfuzlu yelkən yarışlarından ilham alıb.
"Phantom Regatta" ilk ictimai nümayişini 2026-cı ildə keçiriləcək "Goodwood Festival of Speed" tədbirində edəcək.
Avtomobilin dizaynı onun təqdim olunacağı "Goodwood" ərazisinin yaxınlığındakı sahil xəttindən ilhamlanıb.
"Goodwood Estate"dən "Çiçester" limanı və tarixi "Cowes Week" də daxil olmaqla məşhur reqataların keçirildiyi "Solent" akvatoriyası görünür.
Bu bölgə "Rolls-Royce" üçün də xüsusi əhəmiyyət daşıyır. Belə ki, şirkətin həmtəsisçisi ser Henri Roys ömrünün son illərinin böyük hissəsini "West Wittering" yaxınlığındakı "Elmstead" malikanəsində keçirib. Həmin məkan "Rolls-Royce"un qərargahından cəmi səkkiz mil məsafədə yerləşir.

Sahildən ilhamlanan eksteryer
"Phantom Regatta" klassik yelkənli yaxtanın zərifliyini xatırladan iki rəngli eksteryerə malikdir. Avtomobilin yuxarı hissəsi dərin dəniz çalarını əks etdirən "Regatta Blue", aşağı hissəsi isə "English White" rənginə boyanıb.
Əl ilə çəkilmiş ayırıcı xətt yaxta gövdəsinin su ilə təmas nöqtəsini xatırladır və dizaynda incə dəniz motivi yaradır.
Eksteryeri tamamlayan cilalanmış 22 düymlük disk təkərlər yarış yaxtalarında istifadə olunan parlaq polad vintçlərdən ilhamlanaraq hazırlanıb.
Dəniz mövzusunda hazırlanmış salon
Salonun dizaynı tam açılmış yelkən altında üzən yaxtadan ilham alıb. Ön hissə dərin sahil sularını simvolizə edən "Navy Blue" dəri ilə, arxa sərnişin bölməsi isə yelkən parçasını və qayığın arxasında yaranan köpüklü su izini əks etdirən "Grace White" dəri ilə işlənib.
Kontrast tikişlər, oturacaq haşiyələri və sükan çarxında hər iki rəng birləşdirilib. Oturacaqlardakı işlənmiş "RR" loqoları isə İngiltərə sahillərindəki dayaz suların rəngini əks etdirmək üçün seçilmiş firuzəyi çalarlı "Turchese" rəngində hazırlanıb.

Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
“Azərkosmos” ilk beş ixrac bazarını açıqlayıb
03.07.2026“CarbonSix” 40 milyon dollar investisiya alıb
03.07.2026“SOCAR”ın törəmə şirkətinin ixrac gəlirləri 4,2 mln. dollar artıb
03.07.2026"Rolls-Royce" unikal "Phantom Regatta" modelini təqdim edib
03.07.2026"HCLTech"in 1,14 milyardlıq müqaviləsi səhmlərini bahalaşdırıb
03.07.2026“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib ®
03.07.2026Yeni "Gulfstream" təyyarəsi sürət və məsafə üzrə dünya rekordları qırdı
03.07.2026"Robinhood" CEO-su: "Kriptonun gələcəyi real dünya aktivlərindədir"
03.07.202640 yaşdan sonra karyerada tükənmişlik niyə artır?
03.07.2026"Azərişıq" 13,2 milyon manatlıq müqavilə imzalayıb
03.07.2026Süni intellekt investisiyalarının əsas göstəricilərindən biri zəifləyir
03.07.2026TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib ®
03.07.2026
Evdə oyun otağı qurmaq neçəyə başa gəlir? – Əsas avadanlıqlar və qiymətlər
03.07.2026"Rabitəbank"dan "PAŞA Kapital"a TRANSFER
03.07.2026"Ziraat Bank Azərbaycan"da bank seyfinin icarəsi nə qədərdir?
03.07.2026