Redaktor
"Robinhood" CEO-su: "Kriptonun gələcəyi real dünya aktivlərindədir"
"Robinhood"un baş icraçı direktoru (CEO) Vlad Tenev hesab edir ki, kriptovalyuta bazarında növbəti böyük inkişaf mərhələsi real dünya aktivlərinin (RWA – Real World Assets) blokçeyn üzərində tokenləşdirilməsi ilə başlayacaq.
Valyuta.az xəbər verir ki, o, bu barədə CNBC-yə müsahibəsində danışıb.
Tenevin sözlərinə görə, kripto sektorunun gələcəyi heç bir real fayda yaratmayan tokenlərin buraxılmasında deyil, səhmlər, özəl şirkətlərin payları və digər real aktivlərin blokçeynə daşınmasındadır.
"Kriptonun gələcəyi real dünya aktivlərindədir", - deyə Robinhood-un CEO-su bildirib.
Onun fikrincə, hər hansı aktiv konkret iqtisadi dəyər və ya fayda yaratmırsa, onu məhsuldar aktiv hesab etmək olmaz.
Tenev bu kontekstdə meme tokenlərə (internetdə məşhur olan zarafatlar, mimlər (meme), heyvan şəkilləri və ya populyar mədəniyyət elementlərinə əsaslanaraq yaradılan kriptovalyuta növü) də toxunaraq, "Bir milyon fərqli meme token yaratmağın nə faydası var?" sualını səsləndirib.
CEO-nun açıqlamaları "Robinhood"un tokenləşdirilmiş səhmlər xidmətini genişləndirməsindən bir gün sonra səsləndirilib.
Şirkət "Stock Tokens" adlı yeni xidmətini təqdim edib. Yeni platforma uyğun istifadəçilərə tokenləşdirilmiş səhmləri həftənin yeddi günü, günün 24 saatı alıb-satmaq imkanı verir.
"Robinhood" gələcəkdə bu aktivlərdən kredit hovuzlarında istifadə etməyi, həmçinin onların mərkəzləşdirilməmiş maliyyə (DeFi) ekosistemində girov kimi tətbiq olunmasını planlaşdırır.
Bundan əlavə, şirkət istifadəçilərə "OpenAI" kimi birjada listinq olunmayan özəl şirkətlərə dolayısı ilə investisiya imkanı yaratmaq üzərində də çalışır.
Vlad Tenev hesab edir ki, ənənəvi maliyyə sistemi ilə kriptovalyuta bazarı getdikcə daha sıx inteqrasiya olunur.
Onun sözlərinə görə, "Bitcoin" öz əhəmiyyətini itirməyəcək. Bununla belə, kripto bazarının növbəti inkişaf dalğasını məhz real dünya aktivlərinin tokenləşdirilməsi formalaşdıracaq.
Qeyd edək ki, "Robinhood" fəaliyyətə ilk olaraq fərdi investorlar üçün səhmlərin alqı-satqısını mümkün edən platforma kimi başlayıb. Şirkət son illərdə isə real dünya aktivlərinin tokenləşdirilməsi istiqamətində fəaliyyətini genişləndirərək ABŞ səhmləri və özəl şirkətlərlə bağlı törəmə maliyyə məhsullarına da maraq göstərir.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
03.07.2026Yeni "Gulfstream" təyyarəsi sürət və məsafə üzrə dünya rekordları qırdı
03.07.2026"Robinhood" CEO-su: "Kriptonun gələcəyi real dünya aktivlərindədir"
03.07.202640 yaşdan sonra karyerada tükənmişlik niyə artır?
03.07.2026"Azərişıq" 13,2 milyon manatlıq müqavilə imzalayıb
03.07.2026Süni intellekt investisiyalarının əsas göstəricilərindən biri zəifləyir
03.07.2026TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib ®
03.07.2026
Evdə oyun otağı qurmaq neçəyə başa gəlir? – Əsas avadanlıqlar və qiymətlər
03.07.2026"Rabitəbank"dan "PAŞA Kapital"a TRANSFER
03.07.2026"Ziraat Bank Azərbaycan"da bank seyfinin icarəsi nə qədərdir?
03.07.2026
Startapınız var, amma investor tapa bilmirsiniz? - Bu seminar sizin üçündür!
03.07.2026Avropanın ən böyük vençur fondları
03.07.2026"Meta" rəhbəri: Süni intellekt agentlərinin inkişafı zəifdir
03.07.2026Orxan Vahabov "PAŞA Bank Gürcüstan"da direktor vəzifəsinə təyin olunub
03.07.2026“İpək Yolu Sığorta” topladığı hər 100 manatın cəmi 20 qəpiyini ödəniş edib
03.07.2026Banklara və BOKT-lara xalis tələblər 21,8% azalıb
03.07.2026