Redaktor
Almaniya startapı 1,2 milyard dollar investisiya cəlb etdi
Almaniyanın pilotsuz uçuş aparatları (PUA) istehsalçısı "Quantum Systems" 1,2 milyard dollarlıq Seri D investisiya raundunu uğurla başa vurub.
Valyuta.az xbər verir ki, yeni maliyyələşmə nəticəsində şirkətin bazar dəyəri 8 milyard dollara yüksəlib.
Şirkət cəlb olunan vəsaiti istehsal gücünün artırılmasına, beynəlxalq fəaliyyətinin genişləndirilməsinə və avtonom hava sistemləri üzrə məhsul inkişafının sürətləndirilməsinə yönəltməyi planlaşdırır.
2015-ci ildə təsis edilən "Quantum Systems" ilk illərdə kənd təsərrüfatı, xəritələşdirmə və infrastrukturun monitorinqi üçün elektrik mühərrikli, şaquli qalxma və enmə qabiliyyətinə malik (eVTOL) pilotsuz uçuş aparatları hazırlayırdı.
Lakin Rusiya-Ukrayna müharibəsindən sonra Avropada müdafiə texnologiyalarına tələbatın artması fonunda şirkət fəaliyyət istiqamətini dəyişərək hərbi kəşfiyyat və müşahidə sistemlərinin hazırlanmasına üstünlük verib. Bu dəyişiklik "Quantum Systems"ın sürətlə böyüməsinə təkan verib.
Şirkətin həmtəsisçisi və baş icraçı direktoru Florian Seibel bildirib ki, yeni investisiya yalnız böyümə üçün maliyyə təmin etməyib, həm də səhmdar strukturunun yenidən formalaşdırılmasına və müdafiə sahəsində fəaliyyətin genişləndirilməsinə imkan yaradıb.
Şirkət gələcəkdə daha qabaqcıl müdafiə sistemlərinin hazırlanmasını davam etdirməyi, həmçinin birjada ilkin kütləvi təklif (IPO) imkanını da qiymətləndirməyi planlaşdırır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAlmaniya startapı 1,2 milyard dollar investisiya cəlb etdi
02.07.2026Sotu bir milyon manat: Paytaxtda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər açıqlandı - VİDEO
02.07.2026"Kakaku.com" üçün təklif 4,12 milyard dollara qaldırıldı
02.07.2026Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur
02.07.2026Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar
02.07.2026ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı
02.07.2026"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər
02.07.2026Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb
02.07.2026"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır
02.07.2026"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib
02.07.2026Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ
02.07.2026Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!
02.07.2026