Redaktor
AMB 4 ödəniş təşkilatında nöqsanlar aşkarlayıb
Azərbaycan Mərkəzi Bankı “Global İnnovations” MMC, “United Payment” MMC, “Baku Pay” MMC və “Fizza Pay” MMC ilə bağlı icrası məcburi göstərişlər verib.
Valyuta.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumata görə, “Global İnnovations” MMC-yə məcmu kapitalın minimum məbləği üzrə tələbin, eləcə də ödəniş təşkilatları və elektron pul təşkilatları üçün müəyyən edilmiş digər tələblərin pozulması hallarının aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş verilib.
“United Payment” MMC-də aparılmış yerində yoxlama zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkarlanıb. Bununla əlaqədar şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
“Baku Pay” MMC-də keçirilmiş planlı yoxlama nəticəsində də qanunvericilik və normativ aktların tələblərinin pozulması halları müəyyən edilib. Mərkəzi Bank şirkətə ödəniş xidməti istifadəçilərinə məxsus pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, daxili nəzarət, daxili audit və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verib.
“Fizza Pay” MMC-yə isə müəyyən edilmiş müddətədək daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, daxili audit və risklərin idarə edilməsi sahələri üzrə kadr potensialının gücləndirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYaponiyanın ən böyük alış-veriş dəstəyi saytı üçün təklif 4,12 milyard dollar dəyərində artırıldı
02.07.2026Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur
02.07.2026Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar
02.07.2026ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı
02.07.2026"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər
02.07.2026Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb
02.07.2026"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır
02.07.2026"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib
02.07.2026Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ
02.07.2026Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!
02.07.2026
CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?
02.07.2026İlin ilk beş ayında "Xalq Sığorta"nın əsas göstəriciləri necə dəyişib?
02.07.2026Biznes-psixoloq hər addımı nəzarətdə saxlayan rəhbərlə işləməyin yollarını açıqladı
02.07.2026"Google" Aİ-yə 4,1 milyard avroluq cərimə ödəyəcək
02.07.2026"Tabaterra"nın ixracı bir ilə 21,3 milyon dollara yüksəlib
02.07.2026AMB 4 ödəniş təşkilatında nöqsanlar aşkarlayıb
02.07.2026"Turbo.az"ın sahibi yeni süni intellekt köməkçisi “Kasper”i təqdim edib
02.07.2026Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?
02.07.2026Mərkəzi Bankın beynəlxalq ehtiyatları 1,6 milyard manat artıb
02.07.2026