Gün içi ticarət strategiyaları:

Redaktor

02.07.2026 20:00
105

Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar

Gün içi ticarət (day trading) eyni gün ərzində səhmlərin alınıb-satılması təcrübəsidir. Bu zaman mövqelər çox vaxt cəmi bir neçə dəqiqə, hətta saniyə ərzində açıq saxlanılır.

Məqsəd qısa müddətli və tez-tez həyata keçirilən əməliyyatlardan mənfəət əldə etməkdir. Sürətli qazanc əldə etmək imkanı olsa da, risk də yüksəkdir. Buna görə uğur qazanmaq üçün istifadə olunan strategiyaları və alətləri yaxşı başa düşmək vacibdir.

Yeni başlayanlar üçün gün içi ticarət strategiyaları

Gün içi ticarətə başlamazdan əvvəl bilməli olduğunuz bir sıra əsas strategiyalar var.

Momentum strategiyası

Momentum strategiyasında qiyməti sürətlə yüksələn və ya enən səhmlərlə əməliyyat aparılır. Əsas məqsəd qiymət zirvəyə və ya minimum həddə çatmamış mövqeyə daxil olmaq və vaxtında çıxmaqdır.

Skalpinq strategiyası

Skalpinq strategiyası böyük əməliyyat həcminə əsaslanır.

Gün ərzində əldə olunan çoxsaylı kiçik gəlirlər yekunda əhəmiyyətli qazanca çevrilə bilər. Bu strategiyada əvvəlcədən alış və satış hədəfləri müəyyən edilir və onlara ciddi riayət olunur.

Bu strategiya ilə bağlı əsas məqamlar:

1. Çox sürətlidir. Bir neçə saniyə ərzində ardıcıl əməliyyatlar həyata keçirilə və ya eyni səhm gün ərzində dəfələrlə alınıb-satıla bilər.

2. Qətiyyətli olmaq lazımdır. Qərarlar sürətlə qəbul edilməli və tərəddüd etmədən icra olunmalıdır.

3. İntizam vacibdir. Qiymət enməyə başlayarsa, mövqe dərhal bağlanmalıdır.

4. Diqqətin yüksək səviyyədə olması tələb olunur. Uzun müddət diqqəti cəmləyə bilməyənlər üçün uyğun strategiya deyil.

5. Limit sifarişlərindən istifadə tövsiyə edilir. Limit sifarişləri qiymət müəyyən olunmuş həddə çatdıqda əməliyyatı avtomatik icra edir və kəskin qiymət dəyişiklikləri zamanı itkiləri məhdudlaşdırmağa kömək edir.

Geri çəkilmə (Pullback) strategiyası

Bu strategiyada əvvəlcə sabit yüksəliş trendinə malik səhm və ya birja investisiya fondu (ETF) seçilir.

Qiymət yüksəliş trendi fonunda müvəqqəti gerilədikdə alış həyata keçirilir.

Trend yenidən bərpa olunduqdan sonra isə səhm və ya ETF mənfəətlə satılır.

Qırılma (Breakout) strategiyası

Qırılma strategiyası səhmin qiyməti mühüm müqavimət səviyyəsini keçdiyi zaman tətbiq olunur. Müqavimət səviyyəsi qiymətin daha əvvəl yüksəlməkdə çətinlik çəkdiyi həddir.

Bu səviyyənin aşılması güclü alış təzyiqini və qiymətin daha da yüksəlməsi ehtimalını göstərə bilər.

Nəzərə alınmalı məqamlar:

1. Çox vaxt qiymət sonradan yenidən geriləyir, çünki bazarda satıcıların sayı alıcılardan çox olur.

2. Yalançı siqnallar ciddi itkilərə səbəb ola bilər.

3. Müqavimət səviyyələrini müəyyən etmək üçün texniki analiz bilikləri vacibdir.

Stop-loss əmrləri

Böyük itkilərdən qorunmaq üçün ilk qiymət enişindən bir qədər aşağı səviyyədə stop-loss əmri yerləşdirmək tövsiyə olunur.

Stop-loss aşağıdakı prinsiplə işləyir:

Səhmin satışı üçün əvvəlcədən müəyyən edilmiş qiymət təyin edilir.

Qiymət həmin həddə çatdıqda səhmlər avtomatik satılır. Bu, müəyyən etdiyiniz limitdən artıq zərərin qarşısını almağa kömək edir.

Həmçinin əvvəlcədən mənfəət hədəfi müəyyən edib, qiymət həmin səviyyəyə çatdıqda satış etmək mümkündür.

Bununla belə, sifarişinizin məhz müəyyən etdiyiniz qiymətlə icra olunacağına zəmanət verilmir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yaponiyanın ən böyük alış-veriş dəstəyi saytı üçün təklif 4,12 milyard dollar dəyərində artırıldı

02.07.2026

Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur

02.07.2026

Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar

02.07.2026

ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı

02.07.2026

"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər

02.07.2026

Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb

02.07.2026

"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır

02.07.2026

"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib

02.07.2026

Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ

02.07.2026

Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!

02.07.2026
CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

02.07.2026

İlin ilk beş ayında "Xalq Sığorta"nın əsas göstəriciləri necə dəyişib?

02.07.2026

Biznes-psixoloq hər addımı nəzarətdə saxlayan rəhbərlə işləməyin yollarını açıqladı

02.07.2026

"Google" Aİ-yə 4,1 milyard avroluq cərimə ödəyəcək

02.07.2026

"Tabaterra"nın ixracı bir ilə 21,3 milyon dollara yüksəlib

02.07.2026

AMB 4 ödəniş təşkilatında nöqsanlar aşkarlayıb

02.07.2026

"Turbo.az"ın sahibi yeni süni intellekt köməkçisi “Kasper”i təqdim edib

02.07.2026

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

02.07.2026

Mərkəzi Bankın beynəlxalq ehtiyatları 1,6 milyard manat artıb

02.07.2026
Azərbaycanda sığorta şirkətlərinin qaynar xətt nömrələri

Azərbaycanda sığorta şirkətlərinin qaynar xətt nömrələri - SİYAHI

02.07.2026

Məzənnə

Yüklənir...