Redaktor
"Google" Aİ-yə 4,1 milyard avroluq cərimə ödəyəcək
"Alphabet" şirkətinə məxsus "Google" "Android" əməliyyat sistemi ilə bağlı Avropa İttifaqının tətbiq etdiyi 4,1 milyard avro məbləğində antiinhisar cəriməsinə qarşı apellyasiya şikayətini uduzub.
Valyuta.az xəbər verir ki, Avropa İttifaqının Ədalət Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq, "Google"un bazardakı dominant mövqeyindən sui-istifadə etdiyini təsdiqləyib.
Avropa Komissiyası 2018-ci ildə "Google"u Android cihaz istehsalçılarını "Google Search", "Chrome" və "Google Play" tətbiqlərini əvvəlcədən quraşdırmağa məcbur etməkdə, həmçinin alternativ Android sistemlərinin istifadəsinə mane olmaqda ittiham edərək 4,34 milyard avro cərimələyib. Sonradan bu məbləğ 4,1 milyard avroya endirilib.
"Google" məhkəmə qərarının "Android" ekosisteminin açıq və əlçatan saxlanılması üçün etdiyi investisiyaları nəzərə almadığını bildirib. Şirkət əlavə edib ki, hələ 2018-ci ildən etibarən müqavilələrini Avropa Komissiyasının tələblərinə uyğunlaşdırıb və innovasiyalara yatırım etməyə davam edir.
Qeyd edək ki, "Google" son illərdə Avropa İttifaqında antiinhisar qaydalarının pozulmasına görə ümumilikdə 11 milyard avroya yaxın cərimə ilə üzləşib. Şirkətin rəqəmsal bazarlar haqqında qanun (DMA) çərçivəsində axtarış nəticələrində öz xidmətlərinə üstünlük verməsi və tətbiq mağazası ilə bağlı fəaliyyətinə görə yeni cərimələrlə qarşılaşa biləcəyi də bildirilir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYaponiyanın ən böyük alış-veriş dəstəyi saytı üçün təklif 4,12 milyard dollar dəyərində artırıldı
02.07.2026Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur
02.07.2026Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar
02.07.2026ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı
02.07.2026"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər
02.07.2026Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb
02.07.2026"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır
02.07.2026"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib
02.07.2026Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ
02.07.2026Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!
02.07.2026
CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?
02.07.2026İlin ilk beş ayında "Xalq Sığorta"nın əsas göstəriciləri necə dəyişib?
02.07.2026Biznes-psixoloq hər addımı nəzarətdə saxlayan rəhbərlə işləməyin yollarını açıqladı
02.07.2026"Google" Aİ-yə 4,1 milyard avroluq cərimə ödəyəcək
02.07.2026"Tabaterra"nın ixracı bir ilə 21,3 milyon dollara yüksəlib
02.07.2026AMB 4 ödəniş təşkilatında nöqsanlar aşkarlayıb
02.07.2026"Turbo.az"ın sahibi yeni süni intellekt köməkçisi “Kasper”i təqdim edib
02.07.2026Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?
02.07.2026Mərkəzi Bankın beynəlxalq ehtiyatları 1,6 milyard manat artıb
02.07.2026