"Turbo.az"ın sahibi yeni süni intellekt köməkçisi “Kasper”i təqdim edib

Redaktor

02.07.2026 14:54
121

"Turbo.az"ın sahibi yeni süni intellekt köməkçisi “Kasper”i təqdim edib

Qazaxıstanın “Kaspi.kz” şirkətinin baş direktoru və həmtəsisçisi Mixail Lomtadze yeni fərdi süni intellekt köməkçisi “Kasper”i təqdim edib.

Valyuta.az  "Digital Business"-ə istinadla xəbər verir ki, təqdimat iyulun 1-də Almatıda keçirilib.

Yeni xidmət “Kaspi Mağaza”ya inteqrasiya olunub və istifadəçilərə məhsulları daha sürətli və rahat seçməkdə kömək etmək üçün hazırlanıb. Əvvəllər müştərilər lazım olan məhsulları açar sözlər vasitəsilə axtarır, məhsulların xüsusiyyətlərini və rəylərini ayrıca öyrənir, müxtəlif təklifləri müqayisə edirdilərsə, indi istədiklərini öz sözləri ilə yazmaları kifayətdir.

“Kasper” istifadəçinin sorğusunu təhlil edir, mürəkkəb texniki xüsusiyyətləri sadə dillə izah edir, məhsulları müqayisə edir və ən uyğun variantın seçilməsinə kömək edir.

“Əsl innovasiya texnologiyanın milyonlarla insana fayda gətirdiyi və gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi zamandır. Biz həmişə sevimli müştərilərimizin həyatını yaxşılaşdırmağa çalışırıq. “Kaspi Mağaza”nı yaradarkən məqsədimiz sadə idi: hər bir qazaxıstanlı bütün alış-verişini bir yerdə edə bilsin”, – deyə Mixail Lomtadze bildirib.

Onun sözlərinə görə, hazırda “Kaspi Mağaza”da 106 min satıcı fəaliyyət göstərir və platformada təxminən 20 milyon məhsul təqdim olunur. Çeşidin genişlənməsi ilə şirkət qarşısında yeni vəzifə yaranıb: alıcılara çoxsaylı təkliflər arasından ən uyğun seçimi etməyə kömək göstərmək.

Mixail Lomtadzenin sözlərinə görə, artıq istifadəçilərin hər bir məhsul kateqoriyası üzrə ekspert olmasına ehtiyac yoxdur.

“Biz ‘haradan almaq’ məsələsini həll etdik. Lakin seçim bu qədər genişləndikdən sonra yeni vəzifə yarandı — müştəriyə əminliklə seçim etməyə kömək etmək. Hər kəs hər məhsul üzrə ekspert olmalı deyil. İndi sadəcə sizə nə lazım olduğunu bildirmək kifayətdir. “Kasper” bunu başa düşməyə kömək edəcək: mürəkkəb terminləri sadə sözlərlə izah edəcək, məhsulları müqayisə edəcək və sizin üçün ən uyğun variantı seçməyə yardımçı olacaq”, – deyə Lomtadze qeyd edib.

Yeni süni intellekt köməkçisi qazax və rus dillərində sorğuları anlayır. Onunla həm mətn, həm də səs vasitəsilə ünsiyyət qurmaq mümkündür. İyul ayında “Kasper” əvvəlcə Almatı istifadəçiləri üçün əlçatan olacaq, daha sonra isə xidmət mərhələli şəkildə Qazaxıstanın bütün ərazisində istifadəyə veriləcək.

Tədbirin sonunda “Kaspi.kz” qonaqlar üçün sürpriz hazırlayıb. Təqdimatda iştirak edən şirkətin bütün tərəfdaşlarına demək olar ki, eyni vaxtda “Kaspi Mağaza”da alış-veriş üçün 50 min təngə məbləğində sertifikatlar göndərilib. Gözlənilməz hədiyyə yeni süni intellekt köməkçisinin təqdimatının yaddaqalan yekunu olub.

Qeyd edək ki, Mixail Lomtadze Azərbaycan internet bazarında fəaliyyət göstərən bir sıra tanınmış platformalarla da əlaqələndirilir. Azərbaycanda öz kateqoriyaları üzrə ən çox ziyarət edilən saytlardan olan “Turbo.az”, “Tap.az”, “Boss.az” və “Bina.az” “Digital Classifieds” MMC-yə bağlıdır. 2021-ci il avqustun 16-da dövlət qeydiyyatına alınmış şirkətin nizamnamə kapitalı 50 min manat, hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 75-dir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Kırvalıdzedir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yaponiyanın ən böyük alış-veriş dəstəyi saytı üçün təklif 4,12 milyard dollar dəyərində artırıldı

02.07.2026

Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur

02.07.2026

Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar

02.07.2026

ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı

02.07.2026

"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər

02.07.2026

Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb

02.07.2026

"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır

02.07.2026

"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib

02.07.2026

Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ

02.07.2026

Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!

02.07.2026
CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

02.07.2026

İlin ilk beş ayında "Xalq Sığorta"nın əsas göstəriciləri necə dəyişib?

02.07.2026

Biznes-psixoloq hər addımı nəzarətdə saxlayan rəhbərlə işləməyin yollarını açıqladı

02.07.2026

"Google" Aİ-yə 4,1 milyard avroluq cərimə ödəyəcək

02.07.2026

"Tabaterra"nın ixracı bir ilə 21,3 milyon dollara yüksəlib

02.07.2026

AMB 4 ödəniş təşkilatında nöqsanlar aşkarlayıb

02.07.2026

"Turbo.az"ın sahibi yeni süni intellekt köməkçisi “Kasper”i təqdim edib

02.07.2026

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

02.07.2026

Mərkəzi Bankın beynəlxalq ehtiyatları 1,6 milyard manat artıb

02.07.2026
Azərbaycanda sığorta şirkətlərinin qaynar xətt nömrələri

Azərbaycanda sığorta şirkətlərinin qaynar xətt nömrələri - SİYAHI

02.07.2026

Məzənnə

Yüklənir...