Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ

Redaktor

02.07.2026 17:32
52

Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ

Pekində yerləşən "Z.ai" (Zhipu AI) startapının təqdim etdiyi "GLM-5.2" süni intellekt modeli yüksək performansı və aşağı istifadə xərci ilə qlobal texnologiya sektorunda diqqət çəkib.

Valyuta.az xəbər verir ki, model proqramlaşdırma və agent funksiyalarında ABŞ-ın aparıcı süni intellekt sistemləri ilə müqayisə oluna biləcək nəticələr göstərir. Mütəxəssislərin fikrincə, "GLM-5.2" "Anthropic""OpenAI" modellərinə yaxın performans təqdim etsə də, istifadəsi təxminən 6 dəfə daha ucuzdur.

Qısa müddətdə "OpenRouter" platformasında istifadə baxımından sürətlə yüksələn model bəzi göstəricilərdə "Anthropic" modellərini geridə qoyub.

"Artificial Analysis" reytinqində isə dünyanın ən güclü böyük dil modelləri arasında 5-ci, "Code Arena" proqramlaşdırma reytinqində isə 2-ci yerdə qərarlaşıb.

ABŞ Prezidentinin süni intellekt üzrə keçmiş müşaviri Devid Saks bildirib ki, artıq Çin mənşəli açıq çəkili model "OpenAI""Anthropic" səviyyəsinə çatıb.

Onun sözlərinə görə, ABŞ şirkətlərinin inkişafını ləngidəcək tənzimləmələr texnologiya sahəsində üstünlüyü zəiflədə bilər.

Ekspertlər hesab edirlər ki, "GLM-5.2" açıq mənbəli süni intellekt modellərinə marağın artdığını göstərir. Bunun əsas səbəblərindən biri qapalı süni intellekt xidmətlərinin istifadəsinin getdikcə daha bahalı olmasıdır.

Bununla belə, məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən ABŞ və Avropada, xüsusilə bankçılıq və kibertəhlükəsizlik kimi sahələrdə Çin mənşəli modellərin geniş tətbiqi hələ də ehtiyatla qarşılanır.

Qeyd edək ki, bu ilin əvvəlində "DeepSeek" modelinin təqdimatından sonra Çin mərkəzli böyük dil modellərinin qlobal bazar payı iki ay ərzində 3%-dən 13%-ə yüksəlmişdi. İndi isə analitiklər "GLM-5.2" modelini süni intellekt bazarında növbəti mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirirlər.

Rəfiqə Abdin 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yaponiyanın ən böyük alış-veriş dəstəyi saytı üçün təklif 4,12 milyard dollar dəyərində artırıldı

02.07.2026

Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur

02.07.2026

Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar

02.07.2026

ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı

02.07.2026

"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər

02.07.2026

Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb

02.07.2026

"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır

02.07.2026

"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib

02.07.2026

Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ

02.07.2026

Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!

02.07.2026
CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

02.07.2026

İlin ilk beş ayında "Xalq Sığorta"nın əsas göstəriciləri necə dəyişib?

02.07.2026

Biznes-psixoloq hər addımı nəzarətdə saxlayan rəhbərlə işləməyin yollarını açıqladı

02.07.2026

"Google" Aİ-yə 4,1 milyard avroluq cərimə ödəyəcək

02.07.2026

"Tabaterra"nın ixracı bir ilə 21,3 milyon dollara yüksəlib

02.07.2026

AMB 4 ödəniş təşkilatında nöqsanlar aşkarlayıb

02.07.2026

"Turbo.az"ın sahibi yeni süni intellekt köməkçisi “Kasper”i təqdim edib

02.07.2026

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

02.07.2026

Mərkəzi Bankın beynəlxalq ehtiyatları 1,6 milyard manat artıb

02.07.2026
Azərbaycanda sığorta şirkətlərinin qaynar xətt nömrələri

Azərbaycanda sığorta şirkətlərinin qaynar xətt nömrələri - SİYAHI

02.07.2026

Məzənnə

Yüklənir...