Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

Redaktor

02.07.2026 14:35
91

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

Səhm bazarında qazanc əldə etməyin əsas yolu investisiyanı aşağı qiymətə alıb daha yüksək qiymətə satmaqdır. Lakin bazarın hansı anda yüksələcəyini və ya enəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün olmadığından, düzgün vaxtı müəyyənləşdirmək investorlar üçün ən çətin məsələlərdən biri hesab olunur.

Valyuta.az xəbər verir ki, "Wealthify" investisiya platformasının təhlilinə görə, səhm almaq üçün "ideal vaxt" anlayışı yoxdur. Mütəxəssislər hesab edirlər ki, əsas məsələ investisiyanın nə vaxt alındığı deyil, hansı şirkətə yatırım edildiyidir.

Araşdırma aparmadan investisiya etmək risklidir

Ekspertlər bildirirlər ki, investisiya etməzdən əvvəl şirkətin maliyyə göstəricilərini, hesabatlarını, balansını və fəaliyyət göstərdiyi bazardakı vəziyyəti ətraflı araşdırmaq vacibdir.

Onların fikrincə, bazarda yaranan ajiotaja qoşularaq və ya "fürsəti qaçırmaq qorxusu" (FOMO) ilə populyar aktivlərə, o cümlədən kriptovalyutalara investisiya etmək çox vaxt gözlənilən nəticəni vermir.

Səhmləri nə vaxt satmaq lazımdır?

Məqalədə qeyd olunur ki, səhmlərin satışı zamanı əvvəlcədən müəyyən edilmiş hədəf qiymətin olması faydalı olsa da, bu yanaşma investorun daha böyük qazanc imkanını əldən verməsinə səbəb ola bilər.

Mütəxəssislər uzunmüddətli investisiya strategiyasının daha uğurlu nəticə verdiyini vurğulayırlar. Dünyanın tanınmış investorlarından Uorren Baffetin məşhur fikrinə də istinad edilir:

"Bir səhmi 10 il saxlamağı düşünmürsənsə, onu 10 dəqiqə belə almağı düşünmə."

"Wealthify"nin istinad etdiyi məlumatlara görə, 1986-2022-ci illər arasında FTSE 100 indeksinə istənilən 10 illik dövrdə investisiya edənlərin təxminən 88%-i müsbət gəlir əldə edib.

Bazar düşəndə panikaya düşmək tövsiyə edilmir

Məqalədə investorların ən çox buraxdığı səhvlərdən birinin bazar enişi zamanı tələsik satış etməsi olduğu qeyd edilir.

Nümunə olaraq göstərilir ki, investor 100 funt sterlinqə aldığı səhmlərin dəyəri 80 funt sterlinqə düşdükdə onları satarsa, 20 funt sterlinqlik zərəri reallaşdırmış olur. Halbuki səhmləri satmadan saxlasa, bazarın sonradan bərpa olunması və investisiyanın yenidən dəyər qazanması ehtimalı qalır.

Buna görə də ekspertlər bazardakı qısamüddətli dalğalanmalardan daha çox uzunmüddətli investisiya məqsədlərinə fokuslanmağı tövsiyə edirlər.

Qeyd olunur ki, investisiya bazarlarında gəlirlə yanaşı risk də mövcuddur və investor yatırdığı vəsaitin bir hissəsini, hətta hamısını itirə bilər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yaponiyanın ən böyük alış-veriş dəstəyi saytı üçün təklif 4,12 milyard dollar dəyərində artırıldı

02.07.2026

Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur

02.07.2026

Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar

02.07.2026

ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı

02.07.2026

"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər

02.07.2026

Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb

02.07.2026

"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır

02.07.2026

"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib

02.07.2026

Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ

02.07.2026

Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!

02.07.2026
CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

02.07.2026

İlin ilk beş ayında "Xalq Sığorta"nın əsas göstəriciləri necə dəyişib?

02.07.2026

Biznes-psixoloq hər addımı nəzarətdə saxlayan rəhbərlə işləməyin yollarını açıqladı

02.07.2026

"Google" Aİ-yə 4,1 milyard avroluq cərimə ödəyəcək

02.07.2026

"Tabaterra"nın ixracı bir ilə 21,3 milyon dollara yüksəlib

02.07.2026

AMB 4 ödəniş təşkilatında nöqsanlar aşkarlayıb

02.07.2026

"Turbo.az"ın sahibi yeni süni intellekt köməkçisi “Kasper”i təqdim edib

02.07.2026

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

02.07.2026

Mərkəzi Bankın beynəlxalq ehtiyatları 1,6 milyard manat artıb

02.07.2026
Azərbaycanda sığorta şirkətlərinin qaynar xətt nömrələri

Azərbaycanda sığorta şirkətlərinin qaynar xətt nömrələri - SİYAHI

02.07.2026

Məzənnə

Yüklənir...