Tap.az-ın sahibi Hepsiburada-nın CEO-sunu işdən çıxarır

Redaktor

30.12.2025 10:35
1,084

Tap.az-ın sahibi Hepsiburada-nın CEO-sunu işdən çıxarır

“Hepsiburada” şirkəti, baş direktor Nilhan Önal Gökçetekinin 1 iyul 2026-cı ildə vəzifəsindən ayrılacağını açıqlayıb.

Valyuta.az xəbər verir ki, bu qərarla birlikdə şirkət rəhbərliyində dəyişiklik prosesinə start verilib.

Şirkətdən verilən açıqlamada qeyd olunub ki, son illər ərzində maliyyə intizamının gücləndirilməsi və iş modelinin möhkəmləndirilməsi prioritet olub. Bu mərhələnin tamamlanmasından sonra, rəhbərlik və CEO vəzifə dəyişikliyinin vaxtı ilə bağlı ortaq razılığa gəlib. Bildirilib ki, təhvil-təslim prosesi şirkətin fəaliyyətində heç bir fasilə olmadan mərhələli şəkildə həyata keçiriləcək.

“Hepsiburada”nın İdarə Heyətinin sədri Mixeil Lomtadze, Gökçetekinin rəhbərliyi dövründə şirkətin maliyyə strukturunu gücləndirdiyini və uzunmüddətli strategiyanın tətbiqi imkanlarını artırdığını vurğulayıb. O, növbəti CEO-nun şirkət daxilində yetişən rəhbərlər arasından seçiləcəyini bildirib.

Nilhan Önal Gökçetekin isə keçid dövründə rəhbərlik komandası ilə sıx əməkdaşlığı davam etdirəcəyini açıqlayıb. O, təhvil prosesi tamamlandıqdan sonra yeni bir karyera mərhələsinə hazırlaşacağını qeyd edib. Şirkət, rəhbərlikdəki dəyişikliklərlə bağlı yeniliklərin yaxın dövrdə ictimaiyyət və maraqlı tərəflərlə paylaşılacağını bəyan edib.

Xatırladaq ki, Nilhan Önal Gökçetekin “Amazon” və “Procter & Gamble” da daxil olmaqla bir sıra “Fortune 500” şirkətlərində pərakəndə satış, sürətli istehlak malları, istehlak elektronikası və konsaltinq sahələrində təcrübəyə malikdir.

Mixail Lomtadze həm də Azərbaycanın populyar internet layihələrindən 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibidir.

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.

Mətbuatın yazdığına görə Mixail Lomtadze “Kaspi Bank”ın səhmlərini Nusultan Nazarbayevin hazırda həbsdə olan qardaşı oğlu Kayrat Satıbaldıulından alıb.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sotu bir milyon manat: Paytaxtda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər açıqlandı - VİDEO

02.07.2026

Yaponiyanın ən böyük alış-veriş dəstəyi saytı üçün təklif 4,12 milyard dollar dəyərində artırıldı

02.07.2026

Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur

02.07.2026

Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar

02.07.2026

ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı

02.07.2026

"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər

02.07.2026

Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb

02.07.2026

"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır

02.07.2026

"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib

02.07.2026

Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ

02.07.2026

Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!

02.07.2026
CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

02.07.2026

İlin ilk beş ayında "Xalq Sığorta"nın əsas göstəriciləri necə dəyişib?

02.07.2026

Biznes-psixoloq hər addımı nəzarətdə saxlayan rəhbərlə işləməyin yollarını açıqladı

02.07.2026

"Google" Aİ-yə 4,1 milyard avroluq cərimə ödəyəcək

02.07.2026

"Tabaterra"nın ixracı bir ilə 21,3 milyon dollara yüksəlib

02.07.2026

AMB 4 ödəniş təşkilatında nöqsanlar aşkarlayıb

02.07.2026

"Turbo.az"ın sahibi yeni süni intellekt köməkçisi “Kasper”i təqdim edib

02.07.2026

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

02.07.2026

Mərkəzi Bankın beynəlxalq ehtiyatları 1,6 milyard manat artıb

02.07.2026

Məzənnə

Yüklənir...