Redaktor
Rəhbərin üzərində nəzarət nə dərəcədə vacibdir?
Bəzi şirkətlərdə rəhbər vəzifədə çalışan şəxslərin fəaliyyətinə nəzarət çox ciddi olur. Bu yanaşmanın idarəetməyə təsiri isə müxtəlif müzakirələrə səbəb olur.
Ümumiyyətlə, rəhbər vəzifədə çalışan şəxsin fəaliyyətinə nəzarət necə olmalıdır?
Valyuta.az-a danışan “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov bildirib ki, bu, ilk növbədə şirkətin siyasətindən və idarəetmə modelindən asılıdır:
"Rəhbər vəzifədə çalışan şəxsin fəaliyyətinə müəyyən səviyyədə nəzarətin olması normaldır. Amma nəzarət idarəetmənin funksiyalarından yalnız biridir. Bu mənada, rəhbərin üzərində təyin olunan üst rəhbərin və ya qurumun fəaliyyətinin yalnız nəzarətlə məhdudlaşması səmərəli yanaşma deyil. Əgər həmin şəxs həqiqətən yüksək səviyyəli rəhbərdirsə, onun şirkətə qatqısı daha çox olmalıdır. O, nəzarətdən əlavə strateji qərarların qəbulunda iştirak edə, şirkətin inkişafına dəstək verə və rəhbər heyətə öz təcrübəsi ilə töhfə verə bilər.
"Rəhbərin fəaliyyətinə nəzarət lazımdırmı?" sualına cavab olaraq deyə bilərəm ki, bəli, müəyyən formada lazımdır. Bu nəzarəti ya sahibkar özü həyata keçirir, ya da sahibkarı təmsil edən qurumlar - məsələn, müşahidə şurası, holdinq menecmenti və ya family office. Amma həmin qurumun və ya üst rəhbərin yalnız nəzarətlə məşğul olması bir çox hallarda qeyri-effektiv olur və resursların səmərəsiz istifadəsinə gətirib çıxara bilər".

Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAvropanın ən böyük vençur fondları
03.07.2026"Meta" rəhbəri: Süni intellekt agentlərinin inkişafı zəifdir
03.07.2026Orxan Vahabov "PAŞA Bank Gürcüstan"da direktor vəzifəsinə təyin olunub
03.07.2026“İpək Yolu Sığorta” topladığı hər 100 manatın cəmi 20 qəpiyini ödəniş edib
03.07.2026Banklara və BOKT-lara xalis tələblər 21,8% azalıb
03.07.2026