40 yaşdan sonra karyerada tükənmişlik niyə artır?

Redaktor

03.07.2026 13:30
40

40 yaşdan sonra karyerada tükənmişlik niyə artır?

Yaş artdıqca həm iş, həm də şəxsi həyatla bağlı məsuliyyətlər çoxalır. Xüsusilə 40 yaşdan sonra insanlar eyni anda həm yaşlı valideynlərinə, həm övladlarına, həm də daha məsul vəzifələrə görə artan iş yükünə vaxt ayırmalı olur. Bu isə bir çox hallarda "karyeranın orta dövrü tükənmişlik sindromu"na səbəb olur.

Valyuta.az xəbər verir ki, bu barədə "Fast Company" nəşri yazıb.

İş və ailə məsuliyyətləri eyni vaxtda artır

Məqalədə Böyük Britaniyada iri qida istehsalçısı şirkətdə maliyyə xidmətləri üzrə rəhbər vəzifəsində çalışmış Sara Devisin hekayəsinə yer verilir.

O, direktorlar şurasının iclasına gedərkən bir neçə gündür əlaqə saxlaya bilmədiyi yaşlı atasına zəng edib. Telefonu açan olmayınca qonşusu ilə əlaqə saxlayıb və məlum olub ki, atası evdə yıxılıb.

Təcili yardım çağırılarkən Sara Devis ofisin pilləkənində göz yaşlarını saxlaya bilməyib. Buna baxmayaraq, üzünü yuyaraq iclasa qatılıb və təqdimatını həyata keçirib.

Onun sözlərinə görə, həmin dövrdə bütün həyatı iş ətrafında qurulmuşdu və komandasını idarə edə bilmək üçün emosiyalarını gizlətməyə məcbur idi. Lakin şəxsi həyatı ilə peşəkar öhdəlikləri arasında tarazlığı qorumaq getdikcə çətinləşirdi.

40 yaşdan sonra təzyiq artır

Məqalədə qeyd olunur ki, insanlar adətən 40-50 yaşlarında həyatlarının ən çətin mərhələlərindən birini yaşayırlar.

Bu dövrdə onlar bir tərəfdən yaşlanan valideynlərinə qayğı göstərir, digər tərəfdən uşaqlarını böyüdür, eyni zamanda daha məsul vəzifələrdə çalışırlar.

London Biznes Məktəbinin professoru Linda Qratton bildirir ki, araşdırmalar məhz bu yaş dövrünün insanların ən az xoşbəxt olduğu mərhələlərdən biri olduğunu göstərir.

Onun sözlərinə görə, bu yaş qrupundakı insanlar karyeralarının ləngidiyini hiss edir, özlərini daha az sakit və rahat hiss edir, gənclik illərində verdikləri karyera qərarlarının isə hələ də həyatlarına təsir etdiyini anlayırlar.

Bununla yanaşı, gündəlik iş yükü o qədər çox olur ki, insanlar həyatlarını yenidən qiymətləndirməyə belə vaxt tapa bilmirlər.

Professorun fikrincə, bir çox insan məqsədinə çatdığını düşünsə də, əslində qarşıda onları daha uzun və çətin bir mərhələ gözləyir.

Linda Qratton bildirir ki, insanın gün ərzində davamlı olaraq iş və ailə öhdəlikləri arasında keçid etməsi beynə əlavə yük yaradır, yorğunluq, stress və günahkarlıq hissini artırır: "Xüsusilə pandemiyadan sonra məsafədən iş modelinin geniş yayılması iş və şəxsi həyat arasındakı sərhədləri daha da zəiflədib. Nəticədə insanlar evdə olarkən iş barədə, işdə olarkən isə ailə problemləri barədə düşünməyə başlayırlar".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Robinhood" CEO-su: "Kriptonun gələcəyi real dünya aktivlərindədir"

03.07.2026

40 yaşdan sonra karyerada tükənmişlik niyə artır?

03.07.2026

"Azərişıq" 13,2 milyon manatlıq müqavilə imzalayıb

03.07.2026

Süni intellekt investisiyalarının əsas göstəricilərindən biri zəifləyir

03.07.2026

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib ®

03.07.2026
Evdə oyun otağı qurmaq neçəyə başa gəlir?

Evdə oyun otağı qurmaq neçəyə başa gəlir? – Əsas avadanlıqlar və qiymətlər

03.07.2026

"Rabitəbank"dan "PAŞA Kapital"a TRANSFER

03.07.2026

"Ziraat Bank Azərbaycan"da bank seyfinin icarəsi nə qədərdir?

03.07.2026
Startapınız var, amma investor tapa bilmirsiniz?

Startapınız var, amma investor tapa bilmirsiniz? - Bu seminar sizin üçündür!

03.07.2026

Avropanın ən böyük vençur fondları

03.07.2026

"Meta" rəhbəri: Süni intellekt agentlərinin inkişafı zəifdir

03.07.2026

Orxan Vahabov "PAŞA Bank Gürcüstan"da direktor vəzifəsinə təyin olunub

03.07.2026

“İpək Yolu Sığorta” topladığı hər 100 manatın cəmi 20 qəpiyini ödəniş edib

03.07.2026

Banklara və BOKT-lara xalis tələblər 21,8% azalıb

03.07.2026
Rəhbərin üzərində nəzarət nə dərəcədə vacibdir?

Rəhbərin üzərində nəzarət nə dərəcədə vacibdir?

03.07.2026

Son 10 ildə özəl banklara kredit qoyuluşu necə dəyişib? – CƏDVƏL

03.07.2026

“Kim nə qədər ödəyəcək?” sualından yaranan ideya milyonlarla insanın istifadə etdiyi tətbiqə çevrildi

03.07.2026

Almaniya startapı 1,2 milyard dollar investisiya cəlb etdi

02.07.2026

Sotu bir milyon manat: Paytaxtda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər açıqlandı - VİDEO

02.07.2026

"Kakaku.com" üçün təklif 4,12 milyard dollara qaldırıldı

02.07.2026

Məzənnə

Yüklənir...