İşçidə stresi yaradan nədir?

Redaktor

23.01.2026 09:25
771

İşçidə stresi yaradan nədir?

Məlumdur ki, gündəlik həyatda insanların ən çox stres yaşadığı mühitlərdən biri də iş yerləridir. İşə vaxtında çatmaq, tapşırıqları yerinə yetirmək, nəticə göstərmək, daimi məsuliyyət və gözləntilər işçilər üçün ciddi psixoloji yük yaradır. Xüsusilə sürətli iş tempi və yüksək tələblər fonunda stres təkcə əməkdaşları deyil, eyni zamanda rəhbər və idarəçiləri də təsir altına alır.

Bu vəziyyət fonunda əsas sual ondan ibarətdir ki, iş mühitində stresi necə idarə etmək olar və rəhbərlik bu prosesdə hansı yanaşmanı tətbiq etməlidir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Valyuta.az-a bildirib ki, iş mühitində stresin artması çox zaman işin özündən yox, işin necə təşkil olunmasından qaynaqlanır: "İnsan səhər ofisə daxil olan kimi yenidən tələsik mühitlə, qeyri-müəyyən gözləntilərlə və aydın sərhədləri olmayan tapşırıqlarla qarşılaşır. Tapşırıqlar yığılır, prioritetlər tez-tez dəyişir, nəticə tələb olunur, lakin resurslar eyni qalır. Bu isə təkcə fiziki yorğunluq yaratmır, eyni zamanda insanın özünü nəzarətsiz, yetərsiz və dəyərsiz hiss etməsinə səbəb olur".

Psixoloq vurğulayıb ki, psixoloji yük məhz bu qarışıqlığın içində, yəni aydınlıq olmayan mühitdə formalaşır və insanı tədricən “özünü qoruma rejimi”nə keçirir: "Bu mərhələdə əməkdaş artıq təşəbbüs göstərməkdən çəkinir, risk almır və daxili olaraq geri çəkilir".

R.Nəcəfovun fikrincə, stresi idarə etməyin əsas şərti gözləntiləri reallıq çərçivəsinə salmaq və qeyri-müəyyənliyi azaltmaqdır: " İş mühitində qeyri-müəyyənlik nə qədər çox olarsa, beyin bir o qədər təhlükə siqnalları göndərir və gərginlik yüksəlir. Bu səbəbdən rəhbərlik “hamısını eyni anda et” yanaşması əvəzinə, prioritetləri aydın müəyyənləşdirilmiş iş planı təqdim etməlidir. Əgər hər şey eyni anda vacibdirsə, əslində heç nə idarə olunmur və bu idarəolunmazlıq stresin əsas mənbəyinə çevrilir".

Bəzi insanlar niyə iş yerini tez-tez dəyişir? - Psixoloq səbəbləri açıqladı

Ekspert deyir ki, işçidən yüksək nəticə gözləyib ona lazımi vasitələri təqdim etməmək əməkdaşın daxilində “nə etsəm də yetməyəcək” hissini formalaşdırır: "Bu hiss uzandıqca motivasiya azalır, təşəbbüs sönür, səhvlər artır və insan susmağa başlayır. İşçi problemi dilə gətirdikdə cəzalanacağını və ya zəif görünəcəyini düşünürsə, yükü öz daxilində saxlayır və bu yük zamanla daha da ağırlaşır".

Bu baxımdan psixoloq rəhbərlərə müntəzəm və təhlükəsiz ünsiyyət mühiti yaratmağı tövsiyə edir. Onun sözlərinə görə, problemlər vaxtında danışıldıqda idarə olunur, gecikdirildikdə isə böhrana çevrilir. Komanda üzvləri bir-birinə qarşı müdafiə mövqeyi tutmağa başlayanda iş mühiti sağlamlığını itirir.

R.Nəcəfov eyni zamanda vurğulayıb ki, rəhbərlər işçilərin həvəsindən və fədakarlığından sui-istifadə etməməlidirlər: "Daim eyni insanların üzərinə əlavə yük yıxmaq, normal işi “fədakarlıq” adı ilə sonsuzlaşdırmaq, iş vaxtını uzatmağı sədaqət meyarı kimi təqdim etmək düzgün idarəçilik yanaşması deyil. Bu üsul qısa müddətdə nəticə versə də, uzunmüddətli perspektivdə insanı tükəndirir, motivasiyanı zəiflədir, komanda daxilində ədalət hissini pozur və ümumi iş mədəniyyətinə zərər vurur. Bununla yanaşı, işçilər də rəhbərliyin humanist münasibətini fürsətə çevirməməlidirlər. Etimad göstərildikdə bu, avtomatik olaraq məsuliyyət doğurur. Humanist yanaşma zəiflik deyil, mədəni idarəetmə formasıdır və ondan sui-istifadə kollektivdə balansı pozur, yükün ədalətsiz paylaşılmasına səbəb olur".

Psixoloqun fikrincə, sağlam iş mühiti yalnız o zaman formalaşır ki, rəhbərlik işi aydın qaydalar və ədalətli gözləntilərlə sistemləşdirir, işçi isə həmin sistem daxilində öz məsuliyyətini vicdanla, intizamla və ardıcıllıqla daşıyır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...