Məzuniyyət haqqının hesablanması dəyişməyib: 2026-cı il ilə bağlı yayılan yanlış məlumatlara aydınlıq
03.03.2026 09:00
5,807

Məzuniyyət haqqının hesablanması dəyişməyib: 2026-cı il ilə bağlı yayılan yanlış məlumatlara aydınlıq

Xəyyam Əsgərov

HR/İdarə etmə üzrə beynəlxalq standartlar üzrə ekspert 

Son günlər sosial şəbəkələrdə və müxtəlif bloq səhifələrində belə fikirlər səsləndirilir ki, guya 2026-cı ildən etibarən məzuniyyət haqqının hesablanması qaydası dəyişib və işçinin məzuniyyət dövründə aldığı məbləğ onun aylıq əmək haqqından az ola bilməz.
Bu iddia hüquqi baxımdan düzgün deyil.

Qanunvericilik nə deyir?

Əmək məzuniyyətinin hesablanması qaydası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139 və 140-cı maddələri, həmçinin Nazirlər Kabinetinin “Orta əmək haqqının hesablanması Qaydası” ilə tənzimlənir.
2026-cı ildə edilmiş dəyişikliklər məzuniyyət hüququnun təminatı ilə bağlı müəyyən məsələləri əhatə etsə də, məzuniyyət haqqının hesablanma mexanizmi dəyişdirilməmişdir.

Yəni, orta əmək haqqı əvvəl olduğu kimi son 12 ay üzrə faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır.

Əsas prinsip: Faktiki işlənmiş günlər

Məzuniyyət haqqı hesablanarkən, son 12 ayda əldə edilmiş əmək haqqı, həmin dövrdə faktiki işlənmiş iş günlərinin sayına bölünür, orta gündəlik əmək haqqı müəyyən edilir, məzuniyyət dövrünə düşən iş günlərinə vurulur.
Burada əsas meyar təqvim günləri deyil, faktiki işlənmiş günlərdir.

Sadə nümunə

Tutaq ki, işçi son 12 ayda 24 000 manat əmək haqqı alıb və həmin müddətdə 230 gün faktiki işləyib.
Orta gündəlik əmək haqqı:
24 000 / 230 = 104,35 manat
Əgər işçi 10 iş günü məzuniyyətə çıxırsa:
104,35 × 10 = 1 043,50 manat məzuniyyət haqqı ödənilir.
Bu məbləğin cari ay üzrə aylıq əmək haqqı ilə eyni olması qanuni tələb deyil. Hesablama orta əmək haqqı prinsipi ilə aparılır.

Nəyə diqqət edilməlidir?

HR və insan resursları mütəxəssisləri üçün əsas məsələ aylıq davamiyyət tabelinin düzgün aparılmasıdır. Xəstəlik, ödənişsiz məzuniyyət və digər fasilələr düzgün uçota alınmalıdır.
ERP sistemi olmayan şirkətlər üçün son 12 ay üzrə işlənmiş günlərin əl ilə hesablanması texniki səhvlərə səbəb ola bilər. ERP istifadə edən şirkətlər isə sistem parametrlərinin qanunvericiliyə uyğun qurulduğunu yoxlamalıdır.

2026-cı ildən etibarən məzuniyyət haqqının hesablanmasında fundamental dəyişiklik baş verməyib. Orta əmək haqqının hesablanması qaydası əvvəlki kimi qalır və faktiki işlənmiş günlər əsas götürülür.
Yanlış şərhlərə əsaslanaraq qərar vermək həm işçi, həm də işəgötürən üçün risk yarada bilər. Bu səbəbdən hesablamalar mütləq qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib

20.07.2026

Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır

20.07.2026

İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq

20.07.2026

"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq - SƏRƏNCAM

20.07.2026

ASML Avropanın ilk trilyon dollarlıq şirkəti ola bilər

20.07.2026

Rabitəbank tibb işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib ®

20.07.2026

AI dövründə kimlər daha uğurlu olacaq? Palantir CEO-su iki qrupun adını çəkir

20.07.2026

"Apple Store" süni intellekt işçi və müştəri söhbətlərini qeyd edəcək

20.07.2026

İnsanları anlamaq: İş dünyasının ən vacib bacarıqlarından biri

20.07.2026

"Fed" qərarı öncəsi "Bitcoin"də 2,5 milyard dollarlıq əməliyyat

20.07.2026

Şahdağa gedən yolun üzərində 2,6 milyona torpaq satışa çıxarıldı

20.07.2026

İllik 250 min dollarlıq maaşı geridə qoydu, matcha kafesi açdı: "İndi daha xoşbəxtəm"

20.07.2026
Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları

Aptek ödənişlərində ən yüksək keşbek verən bank kartları - CƏDVƏL

20.07.2026

"The Odyssey" dünya üzrə 264 milyon dollar topladı

20.07.2026
"Bank of Baku"nun milyardlıq kredit portfelində ən böyük pay hansı kreditlərindir?

"Bank of Baku"nun milyardlıq kredit portfelində ən böyük pay hansı kreditlərindir?

20.07.2026

"Bolt" rəsmisi: "Sürücülər yüksək reytinq qazanmaq üçün sərnişinlərlə daha az danışırlar"

20.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

20.07.2026

10 yaşında başladığı biznesi 13 yaşda beynəlxalq sərgilərə çıxardı - Müsahibə

20.07.2026

Mayda kreditlərin sığortası üzrə hər 100 manat yığıma 91 qəpik ödəniş düşüb

20.07.2026
Süni intellekt müştəri xidmətində insanı əvəz edəcək?

Süni intellekt müştəri xidmətində insanı əvəz edəcək?

20.07.2026

Məzənnə

Yüklənir...