Redaktor
"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq - SƏRƏNCAM
"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq.
Valyuta.az xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, sahibkarlar birliklərinin fəaliyyətinin tənzimlənməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təkliflər hazırlanması nəzərdə tutulur.
Müvafiq təkliflər əsasında qanun layihəsinin hazırlanması, razılaşdırılması və aidiyyəti üzrə təqdim edilməsi reallaşdırılacaq.
Qanun layihəsinin icra müddəti 2026-2030-cu illər müəyyən edilib. Sənədi hazırlamaq üçün əsas icraçı qurum İqtisadiyyat Nazirliyi müəyyənləşib.