"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

Redaktor

20.07.2026 16:52
497

"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

"Ferrari"nin may ayının sonunda təqdim etdiyi ilk tam elektrikli avtomobili olan "Luce" modeli təqdim olunduğu gündən etibarən avtomobil dünyasında geniş müzakirələrə səbəb olub. İtaliya istehsalçısının ənənəvi dizayn xəttindən kəskin şəkildə fərqlənən model həm sərt tənqidlərə, həm də böyük rəğbətə səbəb olub.

Valyuta.az-ın məlumatına görə, "Edmunds" nəşrinə müsahibəsində "Ferrari"nin qlobal marketinq direktoru Emanuele Karando bildirib ki, şirkət modelin cəmiyyətdə fərqli reaksiyalar doğuracağını gözləyirdi. Lakin tənqidlərin və müzakirələrin bu qədər geniş miqyas alacağını proqnozlaşdırmamışdı.

Onun sözlərinə görə, yaranmış vəziyyət şirkət üçün mənfi deyil: "Dünyada hər kəs "Ferrari"ni sevir və marka haqqında fikir bildirmək hüququna malikdir".

"Ferrari"nin baş icraçı direktoru Benedetto Vinya da şirkətin ilk tam elektrikli modelini müdafiə edərək, təqdimatdan qısa müddət sonra avtomobilə marağın çox yüksək olduğunu bildirib. Şirkətin məlumatına görə, "Luce" modeli yeni müştərilərin də diqqətini cəlb edib və çoxsaylı alıcılar artıq ilkin ödəniş edərək sifariş növbəsinə qoşulublar.

Mediada yayılan məlumatlara əsasən, "Ferrari" Çində "Luce" modeli üçün ayrılmış bütün satış kvotasını artıq tamamilə satıb. Bununla belə, şirkət digər bazarlarda sifariş qəbulunu davam etdirir.

Model şirkətin daxilində də tənqid olunub. "Ferrari"yə 1991–2014-cü illərdə rəhbərlik etmiş Luka di Montezemolo avtomobilin təqdimatından sonra dizaynı kəskin tənqid edib. O bildirib ki, bu model markanın zəngin irsinə zərbə vurmaq riski daşıyır: "Ən azı, ümid edirəm ki, bu avtomobildən şahlanan at loqosunu götürərlər".

O, həmçinin istehzalı şəkildə əlavə edib ki, "Luce" ən azı Çin istehsalçılarının təqlid etmək istəməyəcəyi avtomobillərdən biri olacaq.

Məqalədə qeyd olunur ki, "Ferrari" qlobal bazarlarda faiz dərəcələri ilə bağlı gözləntilər səbəbindən qısamüddətli iqtisadi çətinliklərlə üzləşə bilər. Bununla belə, şirkətin iqtisadçıları yaxın dövrdə faiz artımı gözləmədiklərini bildirir və mövcud təzyiqlərin müvəqqəti xarakter daşıdığını hesab edirlər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Nyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək

21.07.2026

"Qala Həyat"ın ən çox qazandığı və ən çox ödəniş etdiyi aylar

21.07.2026

Layihə idarəetməsində "yaşıl era": Azərbaycan biznesi yeni qlobal standartlara hazırdır?

21.07.2026
Ən böyük faiz gəliri əldə edən bankların RENKİNQİ

Ən böyük faiz gəliri əldə edən bankların RENKİNQİ

21.07.2026

"Heinz"in "57 Varieties" sirri: Dünyanın ən məşhur marketinq şüarlarından biri necə yarandı?

21.07.2026

Bir fincan qəhvə ilə daha məhsuldar olmaq mümkündür?

20.07.2026

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

20.07.2026

General Motors liderliyindən 4 milyard dollarlıq imperiyaya: Məhəmməd Mənsurun uğur hekayəsi

20.07.2026

Azərbaycan daha bir ölkədən elektromobil almağa başlayıb

20.07.2026

Yeni təyyarə London-Sidney uçuşunu 3 saata endirə bilər: Bu, realdırmı?

20.07.2026

Uğursuz tətbiqlərdən milyardlıq gözəllik imperiyasına: Kim Byung Hoonun uğur hekayəsi

20.07.2026

"ABB"nin keçmiş əməkdaşına agentlikdə yüksək vəzifə verildi

20.07.2026

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

20.07.2026

"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

20.07.2026

"Strategy" bu günədək 63 milyardlıq "Bitcoin" alıb

20.07.2026

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda ®

20.07.2026

"Azərenerji" 17,4 milyon manatlıq iki layihə həyata keçirəcək

20.07.2026

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir ®

20.07.2026

Dünya çempionu olan İspaniya neçə milyon qazandı?

20.07.2026

Azərbaycan qonşu ölkələr arasında sabit genişzolaqlı internet sürətinə görə liderdir

20.07.2026

Məzənnə

Yüklənir...