Redaktor
"ABB"nin keçmiş əməkdaşına agentlikdə yüksək vəzifə verildi
Milli Kibertəhlükəsizlik Agentliyində (National Cybersecurity Agency) yeni kadr təyinatı həyata keçirilib.
Valyuta.az xəbər verir ki, Ceyhun Cəfərov Agentliyin Kiber Əməliyyatları Departamentinin direktoru vəzifəsinə təyin olunub.
C.Cəfərov kibertəhlükəsizlik sahəsində uzun illərdir fəaliyyət göstərir. O, 2022-ci ilin noyabr ayından 2026-cı ilin iyul ayınadək ABB-də Kibertəhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Əvvəlki fəaliyyətində isə Unibankda Kibertəhlükəsizlik şöbəsinin rəhbəri, kibertəhlükəsizlik üzrə analitik vəzifələrində işləyib.
O, həmçinin "AzəriKard" MMC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, "Nokia", "Bakcell" və "Nar" (Azerfon) şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.
C.Cəfərov 2010-2016-cı illərdə Moskva Dövlət Texniki Universitetinin MAMI (Avtomobil Texnologiyaları və İdarəetmə İnstitutunda təhsil alıb və Texnologiya üzrə magistr (M.Tech) dərəcəsinə yiyələnib.
O, Azərbaycan, rus, türk və ingilis dilini bilir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək
21.07.2026"Qala Həyat"ın ən çox qazandığı və ən çox ödəniş etdiyi aylar
21.07.2026Layihə idarəetməsində "yaşıl era": Azərbaycan biznesi yeni qlobal standartlara hazırdır?
21.07.2026