Redaktor
Dünya çempionu olan İspaniya neçə milyon qazandı?
2026-cı il FIFA Dünya Kuboku tarixə təkcə iştirakçı komandaların sayına görə deyil, həm də rekord həcmdə mükafat fondu ilə düşüb. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi çempionatda FIFA 48 milli komanda üçün ümumilikdə 871 milyon ABŞ dolları məbləğində mükafat fondu ayırıb.
Valyuta.az xəbər verir ki, turnirdə iştirak edən bütün milli federasiyalar minimum 12,5 milyon ABŞ dolları əldə edib. Bu məbləğin 10 milyon dolları iştirak haqqı, 2,5 milyon dolları isə hazırlıq və logistika xərclərinin qarşılanması üçün nəzərdə tutulub.
Bundan əlavə, FIFA hər komandanın 50 nəfərlik nümayəndə heyətinin aviabilet, otel və qidalanma xərclərini də öz üzərinə götürüb.
Turnirin qalibi olan İspaniya millisi 51 milyon ABŞ dolları mükafat qazanıb. Finalda məğlub olan Argentina 34 milyon dollar əldə edib. Üçüncü yeri tutan İngiltərəyə 30 milyon, dördüncü olan Fransaya isə 28 milyon ABŞ dolları ödənilib.
Dörddəbir finalda mübarizəni başa vuran komandaların hər biri 20 milyon dollar, 1/16 final mərhələsində çıxışını başa vuran yığmalar isə 16 milyon dollar mükafat alıb.
Qrup mərhələsində mübarizəni dayandıran 16 komandanın hər biri iştirak və hazırlıq xərcləri də daxil olmaqla 12,5 milyon ABŞ dolları əldə edib. Bu komandalar arasında Türkiyə, Cənubi Koreya, Qətər, İran, Uruqvay, Səudiyyə Ərəbistanı və Özbəkistan da yer alıb.
1/32 final mərhələsində turnirlə vidalaşan komandalar 12 milyon dollar, 1/16 finala yüksələn yığmalar isə əlavə ödənişlərlə birlikdə 18,5 milyon dollar qazanıb. Dörddəbir finala qədər irəliləyən Mərakeş, Belçika, Norveç və İsveçrə isə hərəyə 22,5 milyon ABŞ dolları gəlir əldə edib.
Qeyd edək ki, FIFA-nın ayırdığı vəsait birbaşa milli futbol federasiyalarına ödənilir və həmin məbləğin futbolçular, məşqçilər heyəti və digər istiqamətlər üzrə bölüşdürülməsi hər ölkənin daxili qaydalarına uyğun həyata keçirilir.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək
21.07.2026"Qala Həyat"ın ən çox qazandığı və ən çox ödəniş etdiyi aylar
21.07.2026Layihə idarəetməsində "yaşıl era": Azərbaycan biznesi yeni qlobal standartlara hazırdır?
21.07.2026