Uğursuz tətbiqlərdən milyardlıq gözəllik imperiyasına: Kim Byung Hoonun uğur hekayəsi

Redaktor

20.07.2026 18:47
45

Uğursuz tətbiqlərdən milyardlıq gözəllik imperiyasına: Kim Byung Hoonun uğur hekayəsi

Cənubi Koreyanın K-beauty sənayesində son illərin ən diqqətçəkən adlarından biri Kim Byung Hoon hesab olunur. 36 yaşlı sahibkar hələ geniş ictimaiyyət üçün tanınmış sima olmasa da, qısa müddətdə ölkənin ən sürətlə böyüyən gözəllik şirkətlərindən birini qurmağı bacarıb.

 Onun rəhbərlik etdiyi APR Corp 2014-cü ildə fəaliyyətə başlayıb. Şirkət əvvəlcə Aprilskin adı altında kosmetika brendi kimi yaradılsa da, sonradan sürətlə inkişaf edərək dəriyə qulluq məhsulları, qida əlavələri və xüsusilə gözəllik texnologiyaları sahəsində fəaliyyət göstərən böyük bir qrupa çevrilib.

 Bu gün APR-in ən məşhur brendi Medicube hesab olunur. Ev şəraitində istifadə üçün hazırlanan AGE-R Booster və Booster Pro kimi üz baxımı cihazları sayəsində Medicube qlobal bazarda böyük populyarlıq qazanıb.

 Mobil tətbiqlərdən biznesə

 Kim Byung Hoonun sahibkarlıq yolu gözəllik sektorundan başlamayıb. O, Yonsei Universitetində biznes təhsili alarkən mübadilə proqramı ilə ABŞ-ın Kaliforniya ştatında oxuyub. Məhz həmin dövrdə mobil tətbiqlər hazırlamağa başlayıb və tanışlıq platforması da daxil olmaqla müxtəlif layihələr üzərində çalışıb.

 Bu təcrübə ona istehlakçı davranışlarını rəqəmsal mühitdə analiz etməyi, məhsul hazırlama prosesini yaxından öyrənməyi və texnologiyaya əsaslanan brend quruculuğunun əhəmiyyətini anlamağa kömək edib.

 Dəriyə qulluq bazarında fürsəti gördü

 Seula qayıtdıqdan sonra Kim diqqətini gözəllik sektoruna yönəldib. O dövrdə Cənubi Koreyanın dəriyə qulluq bazarında çoxsaylı brendlər olsa da, onların əksəriyyətinin güclü rəqəmsal satış kanalları və birbaşa istehlakçıya satış modeli yox idi.

 Kim və tərəfdaşı bu boşluğu görərək minimalist dizayna və gənc auditoriyaya hesablanmış Aprilskin brendini yaratdılar.

 Məhsul hər şeydən önəmlidir

 Şirkət birjada listinqə çıxsa da, Kim Byung Hoon məhsul hazırlanması prosesində aktiv iştirakını davam etdirir. O, yeni məhsulların hazırlanması, dizaynı və yaradıcı iclaslarda şəxsən iştirak etməsi ilə tanınır. Hətta gündəlik dəriyə qulluq rutinində APR-in istehsal etdiyi cihazlardan istifadə etdiyi bildirilir.

 Medicube-un məşhur AGE-R Booster cihazı bazara çıxarılmazdan əvvəl onlarla dizayn və funksional dəyişiklikdən keçib.

 Kim innovasiyanı kənar şirkətlərə həvalə etmək əvəzinə, APR daxilində öz elmi-tədqiqat və istehsal infrastrukturu yaradıb. Bu yanaşma şirkətə həm məhsulun keyfiyyətinə, həm də texnologiyanın inkişafına tam nəzarət imkanı verib.

 Qlobal bazara yerli yanaşma

 APR-in mərkəzi Seulda yerləşsə də, Kim şirkəti yarandığı gündən beynəlxalq bazar üçün formalaşdırıb.

 Hazırda ABŞ şirkətin ən sürətlə böyüyən bazarı hesab olunur. APR burada logistika mərkəzləri yaradıb, Los-Ancelesdə pop-up mağazalar açıb. Brendin tanınmasına məşhurların da təsiri olub. Məsələn, Kylie Jenner-in Medicube mağazasında alış-veriş etdiyi görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

 Şirkət Yaponiya və Cənub-Şərqi Asiya ölkələrində də fəaliyyətini genişləndirib. Marketinq strategiyası isə hər bazarın xüsusiyyətlərinə uyğun qurulub. Taylandda əsas diqqət mikro-influenserlərlə əməkdaşlığa yönəldiyi halda, Yaponiyada klinik effektivlik və minimalist dizayn ön plana çıxarılıb.

 Diqqət mərkəzindən uzaq rəhbər

 Böyük uğurlarına baxmayaraq, Kim Byung Hoon şəxsi həyatını mediadan uzaq saxlamağa üstünlük verir və nadir hallarda müsahibə verir.

 Son dövrlərdə onun adı Seulun Seongsu-dong bölgəsində təxminən 29 milyard von dəyərində penthaus alması ilə gündəmə gəlib. Bu alış kvadratmetr üzrə ölkə rekordlarından biri kimi qiymətləndirilib.

 Kim Byung Hoon ilham mənbəyi kimi tez-tez Apple və Tesla şirkətlərini göstərir. Onun fikrincə, bu şirkətlərin əsas üstünlüyü yalnız məhsul istehsal etmək deyil, istifadəçilərin uzunmüddətli sadiqliyini təmin edən bütöv ekosistem yaratmaq bacarığıdır.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Nyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək

21.07.2026

"Qala Həyat"ın ən çox qazandığı və ən çox ödəniş etdiyi aylar

21.07.2026

Layihə idarəetməsində "yaşıl era": Azərbaycan biznesi yeni qlobal standartlara hazırdır?

21.07.2026
Ən böyük faiz gəliri əldə edən bankların RENKİNQİ

Ən böyük faiz gəliri əldə edən bankların RENKİNQİ

21.07.2026

"Heinz"in "57 Varieties" sirri: Dünyanın ən məşhur marketinq şüarlarından biri necə yarandı?

21.07.2026

Bir fincan qəhvə ilə daha məhsuldar olmaq mümkündür?

20.07.2026

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

20.07.2026

General Motors liderliyindən 4 milyard dollarlıq imperiyaya: Məhəmməd Mənsurun uğur hekayəsi

20.07.2026

Azərbaycan daha bir ölkədən elektromobil almağa başlayıb

20.07.2026

Yeni təyyarə London-Sidney uçuşunu 3 saata endirə bilər: Bu, realdırmı?

20.07.2026

Uğursuz tətbiqlərdən milyardlıq gözəllik imperiyasına: Kim Byung Hoonun uğur hekayəsi

20.07.2026

"ABB"nin keçmiş əməkdaşına agentlikdə yüksək vəzifə verildi

20.07.2026

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

20.07.2026

"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

20.07.2026

"Strategy" bu günədək 63 milyardlıq "Bitcoin" alıb

20.07.2026

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda ®

20.07.2026

"Azərenerji" 17,4 milyon manatlıq iki layihə həyata keçirəcək

20.07.2026

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir ®

20.07.2026

Dünya çempionu olan İspaniya neçə milyon qazandı?

20.07.2026

Azərbaycan qonşu ölkələr arasında sabit genişzolaqlı internet sürətinə görə liderdir

20.07.2026

Məzənnə

Yüklənir...