Redaktor
Yeni təyyarə London-Sidney uçuşunu 3 saata endirə bilər: Bu, realdırmı?
Gələcəkdə Böyük Britaniya ilə Avstraliya arasında səyahət cəmi üç saata yaxın davam edə bilər.
Valyuta.az xəbər vverir ki, "Express" nəşrinin məlumatına görə, buna hazırda Böyük Britaniyada sınaqlara hazırlanan yeni aviasiya texnologiyası imkan yarada bilər.
Söhbət səs sürətindən beş dəfə yüksək sürətlə uça bilən eksperimental "Invictus" uçuş aparatından gedir.
Layihəyə əsasən, təyyarə adi uçuş-eniş zolağından havaya qalxacaq, daha sonra atmosferin yuxarı qatlarına yüksələrək hipersəs sürətinə çatacaq və qitələrarası marşrutları qısa müddətdə qət edəcək.
Hazırda "Invictus" sərnişin daşımaları üçün nəzərdə tutulmasa da, onun sınaqları gələcəkdə kommersiya məqsədli hipersəs uçuşlarının həyata keçirilməsi istiqamətində mühüm addım hesab olunur.
İlk sınaq uçuşlarının təşkilində iştirak edən "Spaceport Machrihanish" kosmodromunun direktoru Qordon Stivenson bildirib ki, perspektivdə Sidneyə uçuş təxminən üç saat çəkə bilər.
"Sidneyə təxminən üç saata çatmaq mümkün ola bilər. Hər şey uçuş sürətindən və texnologiyanın nə dərəcədə uğurlu olacağından asılıdır. Bu, həqiqətən də inanılmaz olardı", deyə o bildirib.
Bununla belə, mütəxəssislər belə uçuşların yaxın gələcəkdə əlçatan olacağını gözləməməyi tövsiyə edirlər. "Strategic Air" şirkətinin məsləhətçisi, aviasiya üzrə ekspert Toni Stenton "Nine News"a bildirib ki, belə uçuşlar texniki baxımdan mümkün olsa da, onların genişmiqyaslı kommersiya istismarı hələ uzaq perspektivdir.
Onun sözlərinə görə, eksperimental hipersəs təyyarəsinin nümayişi ilə təhlükəsiz, etibarlı və iqtisadi cəhətdən səmərəli müntəzəm reyslərin həyata keçirilməsi arasında böyük fərq var.
Stenton qeyd edib ki, əsas çətinliklər ekstremal uçuş şəraiti ilə bağlıdır.
"Təyyarə çox yüksək temperatur, konstruksiya və mühərriklərə düşən böyük yüklər, mürəkkəb yanacaq və istilik sistemləri şəraitində işləməli, eyni zamanda ciddi uçuş təhlükəsizliyi standartlarına cavab verməlidir", deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, belə təyyarələrin sərnişin daşımasına başlamasından əvvəl genişmiqyaslı sınaq və sertifikatlaşdırma prosesindən keçməsi zəruridir.
Ekspertlər hesab edirlər ki, belə təyyarələr istismara verilsə belə, onların istifadəsi çox baha başa gələcək. Gözlənilir ki, təyyarələr az sayda sərnişin daşıyacaq və biletlərin qiyməti olduqca yüksək olacaq.
Bu səbəbdən mütəxəssislər belə təyyarələrin adi müntəzəm aviareyslərdə deyil, əsasən biznes aviasiyasında, hökumət səfərlərində və premium daşımalar üçün istifadə olunacağını düşünürlər.
Bununla yanaşı, London-Sidney marşrutu üzrə dünyanın ən uzun fasiləsiz kommersiya reysinin yaxın illərdə istifadəyə verilməsi planlaşdırılır.
Məlumata görə, bu uçuş təxminən 22 saat davam edəcək və yeni marşrut üzrə biletlərin satışına gələn ilin fevral ayında başlanması gözlənilir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNyu-York məktəblərində ilk dəfə humanoid robot dərs deyəcək
21.07.2026"Qala Həyat"ın ən çox qazandığı və ən çox ödəniş etdiyi aylar
21.07.2026Layihə idarəetməsində "yaşıl era": Azərbaycan biznesi yeni qlobal standartlara hazırdır?
21.07.2026