"The Odyssey" dünya üzrə 264 milyon dollar topladı

Redaktor

20.07.2026 11:22
79

"The Odyssey" dünya üzrə 264 milyon dollar topladı

Rejissor Kristofer Nolanın yeni filmi "The Odyssey" nümayişinin ilk həftəsonunda dünya üzrə 264 milyon dollardan çox gəlir əldə edərək ilin ən uğurlu açılışlarından birinə imza atıb.

Valyuta.az xəbər verir ki, film ABŞ-da 125 milyon dollar, beynəlxalq bazarlarda isə 139 milyon dollardan çox gəlir toplayıb. Beləliklə, ekran əsəri təxminən 250 milyon dollarlıq istehsal büdcəsini ilk həftəsonunda geri qaytarmağı bacarıb.

Tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilən film "A" CinemaScore reytinqi alıb və Batman seriyası istisna olmaqla, Kristofer Nolanın karyerasındakı ən uğurlu açılış filmi olub.

Bu uğur Kristofer Nolanın əvvəlki filmi olan və təxminən 1 milyard dollar gəlir gətirən "Oppenheimer"dən sonra rejissorun uğurlu seriyasını davam etdirdiyini göstərir. 

Müəllif hesab edir ki, filmin uğuru sosial şəbəkələrdə aparılan boykot çağırışlarının real kassaya ciddi təsir göstərmədiyini də nümayiş etdirib. Filmdə qaradərili aktrisa və trans aktyorun rol almasına görə sosial mediada tənqidlər səslənsə də, bu kampaniyalar tamaşaçı marağını azaltmayıb.

Məqalədə həmçinin vurğulanır ki, "The Odyssey"nin uğuru uzun illərdir səsləndirilən "Go woke, go broke" ("Həddindən artıq "woke" olsan, uğursuzluğa düçar olarsan") iddiasını da sual altına alır. Müəllif bildirir ki, "Ghostbusters", "The Little Mermaid" və "Elio" kimi filmlərin zəif nəticələri siyasi və ya sosial mesajlardan deyil, daha çox keyfiyyət problemlərindən qaynaqlanır. Eyni zamanda "Black Panther", "Barbie", "Wicked" kimi filmlər mütərəqqi mövzulara toxunsalar da, böyük kommersiya uğuru qazanıblar.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bir fincan qəhvə ilə daha məhsuldar olmaq mümkündür?

20.07.2026

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

20.07.2026

General Motors liderliyindən 4 milyard dollarlıq imperiyaya: Məhəmməd Mənsurun uğur hekayəsi

20.07.2026

Azərbaycan daha bir ölkədən elektromobil almağa başlayıb

20.07.2026

Yeni təyyarə London-Sidney uçuşunu 3 saata endirə bilər: Bu, realdırmı?

20.07.2026

Uğursuz tətbiqlərdən milyardlıq gözəllik imperiyasına: Kim Byung Hoonun uğur hekayəsi

20.07.2026

"ABB"nin keçmiş əməkdaşına agentlikdə yüksək vəzifə verildi

20.07.2026

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

20.07.2026

"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

20.07.2026

"Strategy" bu günədək 63 milyardlıq "Bitcoin" alıb

20.07.2026

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda ®

20.07.2026

"Azərenerji" 17,4 milyon manatlıq iki layihə həyata keçirəcək

20.07.2026

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir ®

20.07.2026

Dünya çempionu olan İspaniya neçə milyon qazandı?

20.07.2026

Azərbaycan qonşu ölkələr arasında sabit genişzolaqlı internet sürətinə görə liderdir

20.07.2026

Azərbaycanda beynəlxalq bazarlara çıxış əldə etmiş startapların sayının artırılması hədəflənir

20.07.2026

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib

20.07.2026

Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır

20.07.2026

İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq

20.07.2026

"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq - SƏRƏNCAM

20.07.2026

Məzənnə

Yüklənir...