ASML Avropanın ilk trilyon dollarlıq şirkəti ola bilər

Redaktor

20.07.2026 14:02
68

ASML Avropanın ilk trilyon dollarlıq şirkəti ola bilər

Süni intellekt bazarının sürətlə genişlənməsi ASML şirkətinin Avropa birjalarında dəyərinin artmasına səbəb olub. Şirkətin ikinci rübdə açıqladığı maliyyə nəticələri analitiklər arasında onun yaxın illərdə bazar dəyərini 1 trilyon dollara çatdıra biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.

Amsterdam, 20 iyul (Reuters) – Qlobal süni intellekt bumunun yaratdığı yüksək tələbat ASML-i Avropanın ən dəyərli şirkətlərindən birinə çevirib. Süni intellekt çiplərinə ehtiyac artdıqca, həmin çiplərin istehsalı üçün zəruri olan avadanlıqlar bazarında dominant mövqeyə malik olan Niderland şirkətinə investor marağı da yüksəlir.

İkinci rübdə gəlirlərin əhəmiyyətli artımından sonra investorlar və analitiklər əvvəllər real görünməyən bir sualı müzakirə edirlər: ASML Avropanın ilk trilyon dollarlıq şirkəti ola bilərmi?

Bununla belə, əsas risklərdən biri “Google”, “Amazon” və digər hiperskaler şirkətlərin məlumat mərkəzlərinə uzunmüddətli investisiyalarını eyni templə davam etdirib-etdirməyəcəyinə dair qeyri-müəyyənlikdir. Digər mühüm amil isə ASML, onun təchizatçıları və əsas müştəriləri olan TSMC və Samsungun genişlənmə planlarını tam həyata keçirə bilməsidir.

ASML səhmləri bu il təxminən 60 faiz bahalaşıb və şirkətin bazar dəyəri 700 milyard dollara yaxınlaşıb. Bu səbəbdən investorlar və analitiklər trilyon dollarlıq bazar kapitallaşmasının mümkün olduğunu hesab edirlər.

Stonehage Fleming şirkətinin Global Best Ideas fondunun aparıcı portfel meneceri Kerolayn Bell bildirib ki, ASML-in Avropada ilk olaraq 1 trilyon dollarlıq bazar dəyərinə çatan şirkət olmaq şansı yüksəkdir. Onun sözlərinə görə, ASML fondun portfelinin təxminən 8 faizini təşkil edir.

“Sadəcə bunun nə vaxt baş verəcəyini bilmirəm”, – deyə Bell bildirib.

Trilyon dollarlıq sual

İkinci rüb nəticələrindən sonra analitiklərin yenilənmiş proqnozları göstərir ki, bu ssenari artıq uzaq perspektiv kimi qiymətləndirilmir. “Barclays”, Susquehanna və Bernstein ASML səhmləri üzrə 12 aylıq hədəf qiyməti 2 600 ABŞ dollarından yuxarı müəyyən ediblər. Bu isə hazırkı qiymətdən təxminən 49 faiz yüksəkdir və şirkətin bazar dəyərinin 1 trilyon dollara çatmasına uyğun qiymətləndirmə hesab olunur.

ASML ekstremal ultrabənövşəyi (EUV) litoqrafiya sistemlərini istehsal edən yeganə şirkətdir. Bu avadanlıqlar ən müasir məntiq və yaddaş çiplərinin istehsalında istifadə olunur. İnvestorlar ASML-i qızıl axtarışı zamanı qızıl yox, bel və kürək satan şirkətlə müqayisə edirlər.

Capital Group şirkətinin portfel meneceri Con Lamb bildirib ki, idarə etdiyi fondlar ASML səhmlərinin təxminən 5 faizinə, yəni təxminən 35 milyard ABŞ dolları həcmində paya malikdir. O, bunu şirkətin "unikal aktivləri və güclü rəqabət üstünlükləri" ilə əsaslandırıb.

“Sənayenin fundamental göstəriciləri əvvəlkindən daha güclüdür və ASML bu ekosistemdə kritik mövqeyə malikdir”, – deyə Lamb vurğulayıb.

ASML artıq “Roche”, LVMH, Novo Nordisk, AstraZeneca və SAP kimi Avropanın aparıcı şirkətlərini bazar dəyərinə görə geridə qoyub.

Yüksək qiymətləndirmə üçün əsas şərt

LSEG məlumatlarına əsasən, ASML səhmləri 2027-ci il üzrə proqnozlaşdırılan mənfəət əsasında təxminən 38 qat qiymətləndirilir. Bu göstərici şirkətin əsas müştərisi olan TSMC-dən də yüksəkdir. TSMC isə “Nvidia” tərəfindən hazırlanan və “OpenAI”, Anthropic, eləcə də digər hiperskaler şirkətlər tərəfindən istifadə olunan süni intellekt çiplərini istehsal edir.

Analitiklər və investorlar hesab edirlər ki, bu yüksək qiymətləndirmənin qorunması üçün əsas şərt hiperskaler şirkətlərin süni intellekt infrastrukturu üzrə investisiyalarını davam etdirməsidir.

Alphinity Investment Management şirkətinin portfel meneceri Trent Masters bildirib ki, onun portfelinin təxminən 3 faizi ASML səhmlərinə yatırılıb.

“Əgər tələb zəifləsə, bu, ASML-in gəlirlərinə birbaşa təsir göstərəcək”, – deyə o xəbərdarlıq edib.

Mənbə: Yahoo Finance

Etiketlər: asml

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bir fincan qəhvə ilə daha məhsuldar olmaq mümkündür?

20.07.2026

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

20.07.2026

General Motors liderliyindən 4 milyard dollarlıq imperiyaya: Məhəmməd Mənsurun uğur hekayəsi

20.07.2026

Azərbaycan daha bir ölkədən elektromobil almağa başlayıb

20.07.2026

Yeni təyyarə London-Sidney uçuşunu 3 saata endirə bilər: Bu, realdırmı?

20.07.2026

Uğursuz tətbiqlərdən milyardlıq gözəllik imperiyasına: Kim Byung Hoonun uğur hekayəsi

20.07.2026

"ABB"nin keçmiş əməkdaşına agentlikdə yüksək vəzifə verildi

20.07.2026

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

20.07.2026

"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

20.07.2026

"Strategy" bu günədək 63 milyardlıq "Bitcoin" alıb

20.07.2026

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda ®

20.07.2026

"Azərenerji" 17,4 milyon manatlıq iki layihə həyata keçirəcək

20.07.2026

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir ®

20.07.2026

Dünya çempionu olan İspaniya neçə milyon qazandı?

20.07.2026

Azərbaycan qonşu ölkələr arasında sabit genişzolaqlı internet sürətinə görə liderdir

20.07.2026

Azərbaycanda beynəlxalq bazarlara çıxış əldə etmiş startapların sayının artırılması hədəflənir

20.07.2026

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib

20.07.2026

Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır

20.07.2026

İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq

20.07.2026

"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq - SƏRƏNCAM

20.07.2026

Məzənnə

Yüklənir...