Redaktor
"Bank of Baku"nun milyardlıq kredit portfelində ən böyük pay hansı kreditlərindir?
"Bank of Baku"nun 2026-cı ilin ikinci rübü üzrə maliyyə hesabatına əsasən, bankın aktivləri 1 milyard 391,6 milyon manata çatıb.
Valyut.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 1 milyard 45,0 milyon manat ilə müqayisədə 346,6 milyon manat və ya 33,2% çoxdur.
Aktivlərdəki artımın əsas hissəsi müştərilərə verilmiş kreditlərin genişlənməsi hesabına formalaşıb. Belə ki, kredit portfeli 2025-ci ilin ikinci rübündəki 817,0 milyon manatdan 2026-cı ilin eyni dövründə 1 milyard 60,8 milyon manata yüksələrək 29,8% artıb.
Kredit portfelində ən böyük artım istehlak kreditləri üzrə qeydə alınıb. Bu göstərici 623,9 milyon manatdan 819,8 milyon manata yüksələrək 31,4% artıb.
Biznes kreditləri 139,7 milyon manatdan 172,7 milyon manata çataraq 23,6%, daşınmaz əmlak kreditləri isə 53,4 milyon manatdan 68,2 milyon manata yüksələrək 27,9% artım göstərib.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ
Ən böyük depozit portfeli hansı bankdadır? - RENKİNQ
“Xalq Bank”ın mənfəəti azalsa da, faiz gəlirləri 1,3 milyon manat artıb