“Xalq Bank”ın mənfəəti azalsa da, faiz gəlirləri 1,3 milyon manat artıb

Redaktor

16.07.2026 16:40
55

“Xalq Bank”ın mənfəəti azalsa da, faiz gəlirləri 1,3 milyon manat artıb

“Xalq Bank” 2026-cı ilin ikinci rübünü 13 milyon 489 min manat xalis mənfəətlə başa vurub.  

 Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin ikinci rübündə qeydə alınmış 26 milyon 622 min manat xalis mənfəətlə müqayisədə 49,29% və ya 13 milyon 133 min manat azalıb. 

Maliyyə hesabatına əsasən, faiz gəlirləri 2025-ci ilin ikinci rübündəki 101 milyon 601 min manatdan 2026-cı ilin eyni dövründə 102 milyon 919 min manata yüksəlib. Beləliklə, faiz gəlirləri 1,29% və ya 1 milyon 318 min manat artıb. 

Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilmiş kreditlər üzrə əldə olunan 78 milyon 013 min manatlıq gəlir təşkil edib. 

Hesabat dövründə faiz xərcləri 2025-ci ilin ikinci rübündəki 34 milyon 951 min manatdan 39 milyon 778 min manata yüksəlib. Bu göstərici 13,81% və ya 4 milyon 827 min manat artıb.

Qeyri-faiz gəlirləri isə azalıb. Bu göstərici 2025-ci ilin ikinci rübündəki 26 milyon 414 min manatdan 18 milyon 141 min manata düşərək 31,32% və ya 8 milyon 273 min manat azalıb. 

Eyni zamanda, qeyri-faiz xərcləri 49 milyon 959 min manatdan 59 milyon 949 min manata qalxıb. 2026-cı ilin ikinci rübünün sonuna “Xalq Bank”ın aktivləri 2 milyard 832 milyon 273 min manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 3 milyard 440 milyon 521 min manat göstəricisi ilə müqayisədə 17,67% və ya 2 milyard 488 milyon manat azdır. 

Hesabat dövrünün sonunda bankın öhdəlikləri 2 milyard 308 milyon 693 min manat olub. Bu göstərici 2025-ci ilin ikinci rübündəki 2 milyard 906 milyon 473 min manatla müqayisədə 20,56% və ya 597 milyon 779 min manat azalıb.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Devid Bekhemin startapı 1 milyard investisiya əldə edib

16.07.2026

Dünyanın ən populyar yüngül təyyarəsinin yeni nəsli təqdim edildi - Üstünlükləri nədir?

16.07.2026

Məşhur brend Avropanı tərk edir: İstifadəçilər üçün nə dəyişəcək?

16.07.2026

Qusar yollarının təmiri üçün büdcədənkənar vəsait hesabına satınalma elan edilib

16.07.2026

"Uber" "Glovo"nun sahibini 13 milyard avroya satın alır

16.07.2026

Hər bir startapçının oxumalı olduğu 10 kitab

16.07.2026

“Xalq Bank”ın mənfəəti azalsa da, faiz gəlirləri 1,3 milyon manat artıb

16.07.2026

Meta-da böyük qalmaqal: işçilər ixtisar alqoritmlərinə görə şirkəti məhkəməyə verdi

16.07.2026

Valideynlərinə tibbi xidmət tapmaq çətinliyi azərbaycanlı sahibkarı öz startapını yaratmağa sövq etdi

16.07.2026

Passiv, yoxsa aktiv investor olmaq daha sərfəlidir?

16.07.2026

Azərbaycanda ən çox sığortalanan əmlak növləri

16.07.2026

Kodlaşdırma köməkçisi həssas məlumatları bulud sisteminə yükləyə bilər

16.07.2026

Azərbaycan mobil internet sürətinə görə 5 pillə irəlilədi

16.07.2026

"Microsoft" satış komandalarını "OpenAI" və "Anthropic"ə qarşı hazırlayır

16.07.2026

"Unibank"ın avro valyutasında depozitləri 1,8 milyon manat azalıb

16.07.2026

“Bank VTB”nin mənfəəti azalıb, ikinci rübü 336,9 milyon manat aktivlə yekunlaşdırıb

16.07.2026

"Hyundai" "Boston Dynamics"ın tamamını satın alır

16.07.2026

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR  ®

16.07.2026

AFB Bank yarım ili güclü nəticələrlə başa vurdu: kredit portfeli 2 dəfə artdı ®

16.07.2026

“Azər-Türk Bank”ın Müşahidə Şurasında dəyişiklik gözlənilir

16.07.2026

Məzənnə

Yüklənir...