Dünyanın ən populyar yüngül təyyarəsinin yeni nəsli təqdim edildi -

Redaktor

16.07.2026 19:12
32

Dünyanın ən populyar yüngül təyyarəsinin yeni nəsli təqdim edildi - Üstünlükləri nədir?

Braziliyanın “Embraer” şirkəti təxminən 15 ildir öz sinfində satış lideri olan “Phenom 300” biznes təyyarəsinin yeni versiyasını təqdim edib. 

Valyuta.az xəbər verir ki, bu barədə təyyarə istehsalçısı öz rəsmi saytında məlumat yayıb.

“On ildən artıqdır ki, “Phenom 300” ailəsi bütün yüngül biznes təyyarələrinin qiymətləndirildiyi standartı müəyyənləşdirir. Yeni “Phenom 300EV” ilə biz bu səviyyəni yenidən yüksəldirik”, deyə “Embraer Executive Jets” bölməsinin prezidenti və baş direktoru Maykl Amalfitano bildirib.

“Phenom 300EV” əvvəlki versiyanın maksimal sürətini — təxminən saatda 860 kilometr göstəricisini qoruyub saxlayıb. Bununla yanaşı, mühəndislər uçuş məsafəsini və maksimal faydalı yük imkanını bir qədər artırmağa nail olublar. Yeni model yanacaq doldurmadan 3800 kilometrdən çox məsafə qət edə və 1390 kiloqrama qədər faydalı yük daşıya bilir.

Əsas yeniliklərdən biri xüsusi olaraq “Embraer” üçün hazırlanmış “Garmin G3000 Prodigy Touch” avionika kompleksidir. Sistemə bir sıra yeni funksiyalar, o cümlədən avtomatik təcili eniş texnologiyası olan “Emergency Autoland” əlavə edilib.

Pilot təyyarəni idarə edə bilmədiyi halda sistem idarəetməni avtomatik üzərinə götürür, uyğun aerodrom seçir və təyyarəni təhlükəsiz şəkildə yerə endirir.

“Embraer” şirkətinin məlumatına görə, “Phenom 300EV” öz sinfində bu komplekslə təchiz olunan ən böyük biznes təyyarəsi olacaq. Bundan əlavə, model təhlükəsizliyi artıran və qalxma-enmə proseslərini daha rahat edən avtomatik əyləcləmə sistemi “Autobrake” ilə təchiz edilib.

Şirkət həmçinin yeni çoxfunksiyalı elektron idarəetmə qurğusu “Multi-Purpose Electronic Controller” (MEC) quraşdıracaq. Bu sistem sükanın elektron idarə olunmasını (“rudder-by-wire”) və digər elektron idarə olunan təyyarə avadanlıqlarını birləşdirir. Bu isə pilotun iş yükünü azaltmağa və texniki xidmət prosesini sadələşdirməyə imkan verir.

“Phenom 300EV” salonunun əsas xüsusiyyətləri əvvəlki “300E” modeli ilə demək olar ki, eynidir. Təyyarədə böyük pəncərələr və qabaqcıl kabin hermetikləşdirmə sistemi saxlanılıb. Bununla belə, salonda bir sıra təkmilləşdirmələr aparılıb, o cümlədən bar hissəsi yenilənib və temperaturun tənzimlənməsi yaxşılaşdırılıb.

“Phenom 300” “Embraer” tərəfindən hazırlanmış yüngül reaktiv biznes təyyarəsidir. O, 6–10 sərnişin daşıya bilir və təxminən 3650 kilometr məsafə qət etmək imkanına malikdir. Təyyarənin ekipajı 1 və ya 2 pilota qədər təşkil olunur.

Adətən “Phenom 300” VIP daşımalar, korporativ uçuşlar və şəxsi səfərlər üçün istifadə edilir. Hazırda bu modeldən təxminən 940 ədəd istehsal olunub.

“Phenom 300” modelinin populyarlığı onun öz sinfində yüksək sürət, uzun uçuş məsafəsi və aşağı istismar xərcləri kimi üstün xüsusiyyətlərin birləşməsi ilə əlaqələndirilir. Təyyarənin digər üstünlükləri böyük baqaj bölməsi və aşağı səs səviyyəsidir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qadın sahibkarlar süni intellektdən daha az istifadə etsələr də, daha çox fayda əldə edirlər

16.07.2026

"Google Play" alternativ tətbiq mağazalarının yüklənməsinə icazə verəcək

16.07.2026

Devid Bekhemin startapı 1 milyard investisiya əldə edib

16.07.2026

Dünyanın ən populyar yüngül təyyarəsinin yeni nəsli təqdim edildi - Üstünlükləri nədir?

16.07.2026

Məşhur brend Avropanı tərk edir: İstifadəçilər üçün nə dəyişəcək?

16.07.2026

Qusar yollarının təmiri üçün büdcədənkənar vəsait hesabına satınalma elan edilib

16.07.2026

"Uber" "Glovo"nun sahibini 13 milyard avroya satın alır

16.07.2026

Hər bir startapçının oxumalı olduğu 10 kitab

16.07.2026

“Xalq Bank”ın mənfəəti azalsa da, faiz gəlirləri 1,3 milyon manat artıb

16.07.2026

Meta-da böyük qalmaqal: işçilər ixtisar alqoritmlərinə görə şirkəti məhkəməyə verdi

16.07.2026

Valideynlərinə tibbi xidmət tapmaq çətinliyi azərbaycanlı sahibkarı öz startapını yaratmağa sövq etdi

16.07.2026

Passiv, yoxsa aktiv investor olmaq daha sərfəlidir?

16.07.2026

Azərbaycanda ən çox sığortalanan əmlak növləri

16.07.2026

Kodlaşdırma köməkçisi həssas məlumatları bulud sisteminə yükləyə bilər

16.07.2026

Azərbaycan mobil internet sürətinə görə 5 pillə irəlilədi

16.07.2026

"Microsoft" satış komandalarını "OpenAI" və "Anthropic"ə qarşı hazırlayır

16.07.2026

"Unibank"ın avro valyutasında depozitləri 1,8 milyon manat azalıb

16.07.2026

“Bank VTB”nin mənfəəti azalıb, ikinci rübü 336,9 milyon manat aktivlə yekunlaşdırıb

16.07.2026

"Hyundai" "Boston Dynamics"ın tamamını satın alır

16.07.2026

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR  ®

16.07.2026

Məzənnə

Yüklənir...