Redaktor
"Hyundai" "Boston Dynamics"ın tamamını satın alır
"Hyundai Motor Group" ABŞ-ın robototexnika şirkəti "Boston Dynamics"-ın qalan təxminən 10%-lik payını da "SoftBank"-dan satın alaraq şirkətin 100%-lik sahibi olacaq.
Valyuta.az xəbər verir ki, sövdələşmənin dəyəri rəsmi açıqlanmasa da, Cənubi Koreya mətbuatının məlumatına görə, onun təxminən 335 milyon ABŞ dolları olduğu qiymətləndirilir.
Qeyd edək ki, "Hyundai" 2021-ci ildə "Boston Dynamics"-ın 80%-ni satın alıb.
Şirkət 2028-ci ildən humanoid robot "Atlas"-ı ABŞ-ın Corciya ştatındakı avtomobil zavodunda tətbiq etməyi, 2030-cu ilədək isə robotlardan istehsalın daha geniş mərhələlərində istifadə etməyi planlaşdırır.
"Hyundai" hesab edir ki, bu satınalma robototexnika və fiziki süni intellekt sahəsində fəaliyyətini sürətləndirəcək.
Sərvanə Rəmixanova