Redaktor
Çin yağış altında işləyə bilən ilk insanabənzər robot təqdim edib
Çində toza, yağışa və istiyə davamlı ilk insanabənzər robot təqdim edilib
Valyuta.az xəbər verir ki, Çinin “Deep Robotics” şirkəti DR02 adlı yeni nəsil insanabənzər robotunu təqdim edib. Şirkət bildirir ki, bu, dünyada IP66 qoruma dərəcəsinə malik ilk humanoiddir – yəni toz, yağış və temperatur dəyişikliklərinə tam davamlıdır.
Robotun hündürlüyü 175 sm, çəki isə 65 kq-dır. DR02 -20°C-dən +55°C-yə qədər mühitlərdə işləyə, 20 dərəcəlik yamaclara qalxa və 10 kq-a qədər yük qaldıra bilir.
O, 1,5 m/s normal sürətlə hərəkət edir və lazım gəldikdə 4 m/s-ə qədər sürətlənir. DR02 LiDAR, dərinlik sensorları və geniş bucaqlı kameralarla təchiz olunub və 275 trilyon əməliyyat/saniyə hesablama gücünə malikdir.
“Deep Robotics” bildirir ki, bu model sənaye, təhlükəsizlik və logistika əməliyyatlarında istifadə üçün nəzərdə tutulub. Şirkət həmçinin Boston Dynamics və Rainbow Robotics kimi rəqiblərindən 20–30% daha ucuz qiymətə bənzər texnologiyalar təklif etdiyini vurğulayıb.
Sərvanə Rəmixanova