"Google Play" alternativ tətbiq mağazalarının yüklənməsinə icazə verəcək

Redaktor

16.07.2026 20:30
30

"Google Play" alternativ tətbiq mağazalarının yüklənməsinə icazə verəcək

"Google Android" ekosistemində mühüm dəyişiklik edib.

Valyuta.az xəbər verir ki, şirkət iyulun 22-dən etibarən ABŞ-dəki Android istifadəçilərinə "Google Play Store" vasitəsilə üçüncü tərəf tətbiq mağazalarını yükləməyə icazə verəcək.

Bu qərar "Fortnite" oyununun yaradıcısı "Epic Games" tərəfindən 2020-ci ildə "Google"a qarşı qaldırılmış antiinhisar (antitrust) iddiasından sonra qəbul edilib. "Epic Games" iddia edirdi ki, "Google Play Store"un siyasəti alternativ tətbiq mağazaları və ödəniş sistemlərinin istifadəsini çətinləşdirir.

ABŞ məhkəməsi 2023-cü ildə "Epic Games"in xeyrinə qərar çıxarıb və Google-dan rəqib tətbiq mağazalarının fəaliyyətinə daha geniş imkan yaratmağı tələb edib. Tərəflər sonradan qərarın icrası ilə bağlı razılığa gəlməyə çalışsalar da, bu mümkün olmayıb. Nəticədə "Google" məhkəmə qərarını icra etməyə başlayıb.

Şirkətin istifadəyə verdiyi "Play Catalog Access Program" çərçivəsində üçüncü tərəf tətbiq mağazaları artıq birbaşa "Google Play" üzərindən istifadəçilərə təqdim ediləcək.

Yeni qaydalar tətbiq hazırlayanlar üçün də dəyişikliklər nəzərdə tutur. Belə ki, onlar alternativ ödəniş üsullarından istifadə edə, həmçinin istifadəçiləri öz internet saytlarındakı alış seçimlərinə yönləndirə biləcəklər.

"Google" bununla yanaşı, tətbiqdaxili alışlardan tutduğu komissiya faizini 30%-dən 10%-ə endirib.

Şirkət bildirib ki, edilən dəyişikliklər "Android" ekosistemində seçim imkanlarını və rəqabəti artıracaq. Bununla yanaşı, "Google Android"in təhlükəsizlik standartlarını qorumağa və tətbiq hazırlayanlar üçün rəqabətli mühit yaratmağa davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, yeni qaydalar hələlik yalnız ABŞ-dəki "Android" istifadəçilərinə şamil olunur.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Smartfon istehsalçıları niyə çıxarıla bilən batareyalardan imtina etdi?

16.07.2026

Qadın sahibkarlar süni intellektdən daha az istifadə etsələr də, daha çox fayda əldə edirlər

16.07.2026

"Google Play" alternativ tətbiq mağazalarının yüklənməsinə icazə verəcək

16.07.2026

Devid Bekhemin startapı 1 milyard investisiya əldə edib

16.07.2026

Dünyanın ən populyar yüngül təyyarəsinin yeni nəsli təqdim edildi - Üstünlükləri nədir?

16.07.2026

Məşhur brend Avropanı tərk edir: İstifadəçilər üçün nə dəyişəcək?

16.07.2026

Qusar yollarının təmiri üçün büdcədənkənar vəsait hesabına satınalma elan edilib

16.07.2026

"Uber" "Glovo"nun sahibini 13 milyard avroya satın alır

16.07.2026

Hər bir startapçının oxumalı olduğu 10 kitab

16.07.2026

“Xalq Bank”ın mənfəəti azalsa da, faiz gəlirləri 1,3 milyon manat artıb

16.07.2026

Meta-da böyük qalmaqal: işçilər ixtisar alqoritmlərinə görə şirkəti məhkəməyə verdi

16.07.2026

Valideynlərinə tibbi xidmət tapmaq çətinliyi azərbaycanlı sahibkarı öz startapını yaratmağa sövq etdi

16.07.2026

Passiv, yoxsa aktiv investor olmaq daha sərfəlidir?

16.07.2026

Azərbaycanda ən çox sığortalanan əmlak növləri

16.07.2026

Kodlaşdırma köməkçisi həssas məlumatları bulud sisteminə yükləyə bilər

16.07.2026

Azərbaycan mobil internet sürətinə görə 5 pillə irəlilədi

16.07.2026

"Microsoft" satış komandalarını "OpenAI" və "Anthropic"ə qarşı hazırlayır

16.07.2026

"Unibank"ın avro valyutasında depozitləri 1,8 milyon manat azalıb

16.07.2026

“Bank VTB”nin mənfəəti azalıb, ikinci rübü 336,9 milyon manat aktivlə yekunlaşdırıb

16.07.2026

"Hyundai" "Boston Dynamics"ın tamamını satın alır

16.07.2026

Məzənnə

Yüklənir...