Redaktor
“Bank VTB”nin mənfəəti azalıb, ikinci rübü 336,9 milyon manat aktivlə yekunlaşdırıb
“Bank VTB” 2026-cı ilin ikinci rübünü 5 milyon 825 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin ikinci rübündə qeydə alınmış 6 milyon 319 min manat xalis mənfəətlə müqayisədə 7,81% və ya 493 min manat azdır.
Maliyyə hesabatına əsasən, faiz gəlirləri 2025-ci ilin ikinci rübündəki 21 milyon 025 min manatdan 2026-cı ilin eyni dövründə 19 milyon 884 min manata enib. Beləliklə, faiz gəlirləri 5,42% və ya 1 milyon 141 min manat azalıb.
Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilmiş kreditlər üzrə əldə olunan 17 milyon 896 min manatlıq gəlir təşkil edib.
Hesabat dövründə faiz xərcləri 2025-ci ilin ikinci rübündəki 4 milyon 664 min manatdan 5 milyon 664 min manata yüksəlib. Bu göstərici 21,44% və ya 1 milyon manat artıb.
Qeyri-faiz gəlirləri də azalıb. Bu göstərici 2025-ci ilin ikinci rübündəki 7 milyon 311 min manatdan 6 milyon 168 min manata düşərək 15,62% və ya 1 milyon 142 min manat azalıb.
Eyni zamanda, qeyri-faiz xərcləri 17 milyon 616 min manatdan 15 milyon 728 min manata enib. 2026-cı ilin ikinci rübünün sonuna “Bank VTB”nin aktivləri 336 milyon 851 min manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 337 milyon 037 min manat göstəricisi ilə müqayisədə 0,06% və ya 186 min manat azdır.
Hesabat dövrünün sonunda bankın öhdəlikləri 220 min 686 manat olub. Bu göstərici 2025-ci ilin ikinci rübündəki 229 milyon 182 min manatla müqayisədə 3,70% və ya 8 milyon 496 min manat azalıb.