Valideynlərinə tibbi xidmət tapmaq çətinliyi azərbaycanlı sahibkarı öz startapını yaratmağa sövq etdi

Redaktor

16.07.2026 15:53
57

Valideynlərinə tibbi xidmət tapmaq çətinliyi azərbaycanlı sahibkarı öz startapını yaratmağa sövq etdi

13 ildən artıq ənənəvi biznes sahəsində fəaliyyət göstərdikdən sonra insanların həyatına real fayda verəcək layihə yaratmaq məqsədilə startap ekosisteminə qoşulmaq qərarına gəlir. “iMed” ideyası pandemiya dövründə evdə tibbi xidmətlərdən istifadə etdiyi zaman formalaşıb. Daha sonra valideynlərinin tibbi yardıma ehtiyacı yaranarkən müxtəlif klinikalarla əlaqə saxlamaq, uzun müddət gözləmək və bütün məlumatları təkrar-təkrar təqdim etmək zərurəti onu bu sahədə vahid platforma yaratmaq barədə düşünməyə vadar edib.

Valyuta.az xəbər verir ki, Kərim Əliyev “The Tech” nəşrinə müsahibəsində “iMed” layihəsinin yaranma ideyası, inkişaf mərhələləri, investorlarla əməkdaşlıq, qarşılaşdığı çətinliklər və gələcək planları barədə məlumat verib.

Kərim Əliyevin sözlərinə görə, aparılan bazar araşdırması göstərib ki, əhalinin yalnız 15%-i evdə tibbi xidmət imkanlarından xəbərdardır, respondentlərin böyük əksəriyyəti isə belə xidmətlər əlçatan olacağı təqdirdə onlardan istifadə etməyə hazır olduğunu bildirib.

Bu nəticələr əsasında laboratoriyalar, klinikalar və digər tibb müəssisələrini vahid platformada birləşdirən “iMed” startapı yaradılıb. Platforma vasitəsilə istifadəçilər evə həkim və ya tibb bacısı çağırmaq, analiz vermək, USM, EKQ, rentgen müayinəsi və digər tibbi xidmətləri sifariş edə bilirlər. Sahibkar qeyd edib ki, layihənin ilk investoru onun dostu olub. Daha sonra hüquqşünas və texniki komanda layihəyə qoşularaq məhsulun hazırlanmasına başlayıb. Hazırlıq prosesi ərzində məhsul dəfələrlə yenilənib və bu müddətdə minimum işlək məhsulun (MVP) hazırlanmasının vacibliyini anlayıb.

Hazırda platforma davamlı şəkildə inkişaf etdirilir, yeni tibb müəssisələri sistemə inteqrasiya olunur və istifadəçilərin ehtiyaclarına uyğun funksiyalar əlavə edilir. O bildirib ki, hazırda platformanın 20-dən çox tibbi tərəfdaşı var və “Reference” laboratoriya və xəstəxanalar şəbəkəsi ilə əməkdaşlıq istiqamətində danışıqlar aparılır. Platformada artıq 1000-dən çox istifadəçi qeydiyyatdan keçib, ümumi satış həcmi (GMV) isə 4 min ABŞ dollarını ötüb. Sahibkar bu göstəricilərin hələ ilkin mərhələyə aid olduğunu, lakin hər yeni sifarişin məhsulun inkişafına mühüm töhfə verdiyini bildirib.

Kərim Əliyev qeyd edib ki, istifadəçi davranışının təhlili əsasında platformaya yeni funksiyalar əlavə olunub. Məsələn, həkim çağırışı ilə eyni vaxtda analiz sifarişi vermək, eləcə də bir neçə nəfər üçün eyni anda xidmət sifariş etmək mümkün olub.

Platformaya süni intellekt texnologiyasının inteqrasiyası üzərində iş aparılır. Yeni sistem istifadəçilərin şikayətlərinə əsasən uyğun həkim, analiz və digər tibbi xidmətləri tövsiyə edəcək. Əsas hədəf auditoriyasını isə hamilə qadınlar, məşğul mütəxəssislər, xroniki xəstəlikləri olan şəxslər, məhdud fiziki imkanlı insanlar və azyaşlı uşaqları olan ailələr təşkil edir.

İnvestisiyalarla bağlı danışan Kərim Əliyev bildirib ki, layihə ilkin mərhələdə "friends & family" modeli hesabına maliyyələşdirilib. Hazırda isə Azərbaycan, Qazaxıstan və digər ölkələrdən olan investorlarla danışıqlar davam etdirilir. O həmçinin “Astana Hub” və “IT Park Uzbekistan” ilə əməkdaşlığın genişləndirildiyini qeyd edib.

Layihənin mühüm nailiyyətlərindən biri 2025-ci ildə Azərbaycan İnnovasiya Agentliyinin keçirdiyi müsabiqədə "İlin ən yaxşı startapı" nominasiyası üzrə qalib olmasıdır. Fəaliyyət dövründə qarşılaşdığı əsas çətinliklər peşəkar komandanın formalaşdırılması və iri tibb müəssisələri ilə əməkdaşlığın qurulması olub. Bununla yanaşı, hazırda Azərbaycanın aparıcı klinikaları platformanın tərəfdaşları sırasındadır.

O qeyd edib ki, şirkət hələ mənfəət əldə etməsə də, məhsula maraq davamlı şəkildə artır və platforma artıq daha böyük investisiya cəlb etmiş xarici analoqlarla rəqabət aparacaq səviyyəyə çatıb.

Hazırda B2B istiqaməti də inkişaf etdirilir. Bu çərçivədə korporativ müştərilər, fitnes klubları, hamilələr üçün məktəblər, ginekoloqlar və sığorta şirkətləri ilə əməkdaşlıq genişləndirilir. Gələcək planlardan danışan Kərim Əliyev bildirib ki, əsas məqsəd “iMed”in Azərbaycandakı mövqeyini daha da gücləndirmək, ilin sonunadək Mərkəzi Asiya bazarına çıxmaq və sonrakı mərhələdə Səudiyyə Ərəbistanı başda olmaqla Yaxın Şərq ölkələrində fəaliyyətə başlamaqdır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Devid Bekhemin startapı 1 milyard investisiya əldə edib

16.07.2026

Dünyanın ən populyar yüngül təyyarəsinin yeni nəsli təqdim edildi - Üstünlükləri nədir?

16.07.2026

Məşhur brend Avropanı tərk edir: İstifadəçilər üçün nə dəyişəcək?

16.07.2026

Qusar yollarının təmiri üçün büdcədənkənar vəsait hesabına satınalma elan edilib

16.07.2026

"Uber" "Glovo"nun sahibini 13 milyard avroya satın alır

16.07.2026

Hər bir startapçının oxumalı olduğu 10 kitab

16.07.2026

“Xalq Bank”ın mənfəəti azalsa da, faiz gəlirləri 1,3 milyon manat artıb

16.07.2026

Meta-da böyük qalmaqal: işçilər ixtisar alqoritmlərinə görə şirkəti məhkəməyə verdi

16.07.2026

Valideynlərinə tibbi xidmət tapmaq çətinliyi azərbaycanlı sahibkarı öz startapını yaratmağa sövq etdi

16.07.2026

Passiv, yoxsa aktiv investor olmaq daha sərfəlidir?

16.07.2026

Azərbaycanda ən çox sığortalanan əmlak növləri

16.07.2026

Kodlaşdırma köməkçisi həssas məlumatları bulud sisteminə yükləyə bilər

16.07.2026

Azərbaycan mobil internet sürətinə görə 5 pillə irəlilədi

16.07.2026

"Microsoft" satış komandalarını "OpenAI" və "Anthropic"ə qarşı hazırlayır

16.07.2026

"Unibank"ın avro valyutasında depozitləri 1,8 milyon manat azalıb

16.07.2026

“Bank VTB”nin mənfəəti azalıb, ikinci rübü 336,9 milyon manat aktivlə yekunlaşdırıb

16.07.2026

"Hyundai" "Boston Dynamics"ın tamamını satın alır

16.07.2026

Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR  ®

16.07.2026

AFB Bank yarım ili güclü nəticələrlə başa vurdu: kredit portfeli 2 dəfə artdı ®

16.07.2026

“Azər-Türk Bank”ın Müşahidə Şurasında dəyişiklik gözlənilir

16.07.2026

Məzənnə

Yüklənir...