Robotlar içəridə, işçilər kənarda: Avtomobil nəhəngində böyük narazılır

Redaktor

24.06.2026 21:30
36

Robotlar içəridə, işçilər kənarda: Avtomobil nəhəngində böyük narazılır

"General Motors" Detroitdə yerləşən "Factory Zero" müəssisəsində təxminən 50 yeni robot qolu quraşdırıb. Yaponiyanın "FANUC" şirkəti tərəfindən istehsal olunan bu sistemlər montaj xəttində hissələrin avtomobillərə quraşdırılması prosesini həyata keçirir. Lakin bu investisiya zavodda təxminən 1.300 əməkdaşın qeyri-müəyyən müddətə məcburi məzuniyyətə göndərildiyi bir vaxtda ciddi narazılıq doğurub.

Valyuta.az xəbər verir ki, Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) 22 saylı yerli bölməsinin rəhbəri Ceyms Kottonnun sözlərinə, şirkət 50 robot quraşdırmaq əvəzinə məzuniyyətə göndərilən işçiləri yenidən işə qaytara bilərdi.

Həmkarlar ittifaqı nümayəndələrinin fikrincə, avtomobil sənayesinin aparıcı şirkətləri insan əməyinə deyil, avtomatlaşdırmaya üstünlük verir. 2025-ci ilin oktyabrında 1.200 nəfərin işdən çıxarılmasından sonra 2026-cı ilin martında tətbiq edilən “müvəqqəti” ödənişsiz məzuniyyət proqramı hələ də davam edir.

Sənaye üzrə digər iri istehsalçılar da oxşar istiqamətdə hərəkət edirlər. "Stellantis" və "Ford" montaj xətlərinin avtomatlaşdırılmasını genişləndirir. "Hyundai" isə 2028-ci ilə qədər Corciya ştatındakı zavodunda "Boston Dynamics" tərəfindən hazırlanmış "Atlas" humanoid robotlarından istifadə etməyi planlaşdırır.

Həmkarlar ittifaqı təmsilçiləri hesab edirlər ki, texnologiya işçilərin iş şəraitini yaxşılaşdırmaq üçün deyil, daha çox mənfəət əldə etmək məqsədilə tətbiq olunur.

Asiya bazarında isə “qaranlıq fabrik” adlandırılan, demək olar ki, tamamilə insansız istehsal müəssisələri geniş yayılıb. "FANUC" 2001-ci ildən bu texnologiyanın qabaqcıllarından biri sayılır.

Hazırda Çin avtomobil istehsalçıları ildə 300 min avtomobil istehsal etmək gücünə malik tam robotlaşdırılmış xətlərdən istifadə etməklə bu sahədə ön sıralardadır. "Xiaomi" kimi texnologiya şirkətləri də elektrik avtomobili zavodlarında yüzlərlə robotdan istifadə edir və hər 76 saniyədə bir avtomobili istehsal xəttindən çıxara bilir.

Bununla yanaşı, tam avtomatlaşdırılmış sistemlərin müəyyən riskləri də mövcuddur. Mühəndislər bildirirlər ki, istehsal xəttində yaranan gözlənilməz problemlərin tez aşkarlanması və aradan qaldırılmasında insan amili hələ də mühüm rol oynayır.

Ekspertlər həmçinin qeyd edirlər ki, süni intellektlə idarə olunan belə müəssisələr üçün kibertəhlükəsizlik riskləri ciddi problem olaraq qalır. Çin 2024-cü ilin sonuna qədər sənayedə quraşdırılmış robotların sayını 2 milyona çatdırdığı halda, ABŞ-də həmin il bu göstərici 34.200 olub.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Çin ABŞ-ı geridə qoydu: Superkompüter yarışında lider dəyişdi

24.06.2026

Avtoekspertlər bu 6 lüks avtomobili almağa qarşı xəbərdarlıq edirlər

24.06.2026

Robotlar içəridə, işçilər kənarda: Avtomobil nəhəngində böyük narazılır

24.06.2026

Uğur qazanmaq üçün sahibkarların bilməli olduğu məqamlar

24.06.2026

Bütün zamanların ən böyük 10 satış mütəxəssisi

24.06.2026

Meta rekord gəlirdən sonra altı rəhbərə yüz milyonlarla dollarlıq opsion verdi, 8 min işçini ixtisar etdi

24.06.2026

Bir çox banka məxsus kartlardan vəsait silinir: SƏBƏB AÇIQLANDI - YENİLƏNİB

24.06.2026

"Süni intellekt dövründə insanın ən böyük üstünlüyü onun proqnozlaşdırıla bilməməsidir"

24.06.2026

"Bitcoin"də fırtına öncəsi səssizlik? - Mütəxəssislərdən yeni proqnoz

24.06.2026

Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək

24.06.2026

Ölkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!

24.06.2026
"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

24.06.2026

İnvestorun portfel gəlirliliyini azaldan 5 səhv

24.06.2026

Tez xoşbəxtlik iqtisadiyyatı: ucuz dopamin bizi həyatın dadından necə məhrum edir?

24.06.2026

"Azərsun Holdinq" qrupuna bağlı olan şirkətlər birləşdirilir

24.06.2026

Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı

24.06.2026

SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! ®

24.06.2026

“SK Hynix” ABŞ-da 29 milyard dollar cəlb etmək istəyir

24.06.2026

“Sığorta ödənişləri 900 milyon manatı ötüb"

24.06.2026

Aylıq xalis gəliri 5 min manat olan restoran biznesi satışa çıxarılıb

24.06.2026

Məzənnə

Yüklənir...