Çin ABŞ-ı geridə qoydu: Superkompüter yarışında lider dəyişdi

Redaktor

24.06.2026 22:56
29

Çin ABŞ-ı geridə qoydu: Superkompüter yarışında lider dəyişdi

24 iyun 2026-cı il tarixində yayılan məlumata görə, Çin "LineShine" adlı yeni superkompüteri ilə dünyanın ən sürətli superkompüteri titulunu ABŞ-dan alıb.

Valyuta.az xəbər verir ki, Şençjen şəhərində yerləşən nəhəng hesablama sistemi standart performans testlərinin nəticələrinə əsasən dünyanın ən sürətli superkompüteri elan edilib.

Çinin Şençjen Milli Superkompüter Mərkəzində yerləşən "LineShine" sisteminin 2,198 eksaflops məhsuldarlığa çatdığı bildirilir. Bu göstərici onun saniyədə 2 kvintilyondan artıq hesablama əməliyyatı yerinə yetirə bildiyini göstərir.

"LineShine" daha əvvəl siyahının zirvəsində yer alan ABŞ Energetika Nazirliyinə məxsus "El Capitan" superkompüterini ikinci pilləyə endirərək "TOP500" reytinqində birinci yerə yüksəlib.

Tennessi Universitetinin Kompüter Elmləri və Elektrik Mühəndisliyi fakültəsinin professoru Cek Donqarranın sözlərinə görə, aparılan testlər "LineShine"ın Kaliforniyadakı "Lawrence Livermore" Milli Laboratoriyasında fəaliyyət göstərən "El Capitan" sistemindən təxminən 20 faiz daha sürətli olduğunu göstərib.

"El Capitan" 2024-cü ilin noyabr ayından etibarən dünyanın ən sürətli superkompüteri hesab olunurdu. Çin isə 2017-ci ildən bəri bu reytinqdə ilk pilləyə yüksələ bilməmişdi. 2020–2022-ci illərdə isə lider mövqedə Yaponiyaya məxsus sistem qərarlaşmışdı.

"LineShine"ın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun ABŞ istehsalı çiplərdən istifadə etmədən, tamamilə Çin tərəfindən hazırlanmış prosessorlarla qurulmasıdır.

Sistem həmçinin ənənəvi yüksək məhsuldarlıqlı superkompüterlərdən fərqlənir. Belə ki, əksər superkompüterlər süni intellekt və paralel hesablama tapşırıqları üçün əsasən qrafik emal prosessorlarından (GPU) istifadə etdiyi halda, "LineShine" əsasən mərkəzi prosessorlar (CPU) üzərində qurulub.

Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın Çinə GPU ixracına tətbiq etdiyi məhdudiyyətlər Pekini alternativ arxitekturalar hazırlamağa sövq edən əsas amillərdən biri olub.

Superkompüterlər 1960-cı illərdən etibarən iqlim modelləşdirilməsi, şifrələrin qırılması, nüvə silahlarının layihələndirilməsi və digər mürəkkəb elmi hesablamalarda istifadə edilir.

"The New York Times"ın məlumatına görə, "LineShine" artıq bir sıra elmi layihələrdə tətbiq olunur. Bunlara atmosfer, okeanlar, quru və buz örtüyünü əhatə edən Yer sistemi simulyasiyaları, eləcə də insan beyninin mürəkkəb modelləşdirilməsi daxildir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Türkiyənin 2035-ci il hədəfi: 200 milyard dollarlıq investisiya

24.06.2026

Çin ABŞ-ı geridə qoydu: Superkompüter yarışında lider dəyişdi

24.06.2026

Avtoekspertlər bu 6 lüks avtomobili almağa qarşı xəbərdarlıq edirlər

24.06.2026

Robotlar içəridə, işçilər kənarda: Avtomobil nəhəngində böyük narazılır

24.06.2026

Uğur qazanmaq üçün sahibkarların bilməli olduğu məqamlar

24.06.2026

Bütün zamanların ən böyük 10 satış mütəxəssisi

24.06.2026

Meta rekord gəlirdən sonra altı rəhbərə yüz milyonlarla dollarlıq opsion verdi, 8 min işçini ixtisar etdi

24.06.2026

Bir çox banka məxsus kartlardan vəsait silinir: SƏBƏB AÇIQLANDI - YENİLƏNİB

24.06.2026

"Süni intellekt dövründə insanın ən böyük üstünlüyü onun proqnozlaşdırıla bilməməsidir"

24.06.2026

"Bitcoin"də fırtına öncəsi səssizlik? - Mütəxəssislərdən yeni proqnoz

24.06.2026

Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək

24.06.2026

Ölkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!

24.06.2026
"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

"AccessBank"ın kredit kartı neçə min manat təklif edir?

24.06.2026

İnvestorun portfel gəlirliliyini azaldan 5 səhv

24.06.2026

Tez xoşbəxtlik iqtisadiyyatı: ucuz dopamin bizi həyatın dadından necə məhrum edir?

24.06.2026

"Azərsun Holdinq" qrupuna bağlı olan şirkətlər birləşdirilir

24.06.2026

Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı

24.06.2026

SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! ®

24.06.2026

“SK Hynix” ABŞ-da 29 milyard dollar cəlb etmək istəyir

24.06.2026

“Sığorta ödənişləri 900 milyon manatı ötüb"

24.06.2026

Məzənnə

Yüklənir...