Redaktor
Türkiyənin 2035-ci il hədəfi: 200 milyard dollarlıq investisiya
Türkiyə 2035-ci ilədək enerji transformasiyası layihələrinə 200 milyard dollar həcmində investisiya cəlb etməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Londonda keçirilən Türkiyə Enerji Transformasiyası İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, ölkənin əsas məqsədlərindən biri enerji təhlükəsizliyini gücləndirmək və enerji sahəsində xarici asılılığı azaltmaqdır. O qeyd edib ki, Türkiyə 2053-cü il üçün müəyyən etdiyi sıfır xalis emissiya hədəfinə çatmaq istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.
Bayraktar bildirib ki, hazırda Türkiyədə bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücü 126 giqavata yaxınlaşıb və bunun ümumi enerji gücündə payı 62 faizə çatıb. Hökumət bu göstəricini 2035-ci ilədək 70 faizə yüksəltməyi planlaşdırır.
Nazir vurğulayıb ki, 2035-ci ilə qədər ölkədə əlavə 120 giqavat günəş və külək enerjisi gücü yaradılacaq. Həmçinin 5 giqavatlıq dənizüstü (offshore) külək enerjisi layihələrinin reallaşdırılması nəzərdə tutulur və ilk tenderlərin bu il elan olunacağı gözlənilir.
Nüvə enerjisi sahəsində də iddialı planların olduğunu deyən Bayraktar hazırda Akkuyu Nüvə Elektrik Stansiyası layihəsi çərçivəsində ümumi gücü 4,8 giqavat olan dörd reaktorun tikildiyini xatırladıb. O, gələcəkdə Sinop və Trakiya bölgələrində də nüvə stansiyalarının inşa ediləcəyini bildirib.
Nazirin sözlərinə görə, Türkiyə 2050-ci ilə qədər nüvə enerjisi üzrə quraşdırılmış gücünü ən azı 20 giqavata çatdırmağı və ölkənin enerji tələbatının 15 faizini nüvə enerjisi hesabına ödəməyi hədəfləyir.
Bayraktar həmçinin enerji infrastrukturunun modernləşdirilməsi üçün elektrik ötürmə və paylama şəbəkələrinə təxminən 80 milyard dollar sərmayə yatırılmasının zəruri olduğunu qeyd edib.
Qara dənizdə yerləşən Sakarya Qaz Yatağı barədə danışan nazir bildirib ki, hazırda burada gündəlik 9,5 milyon kubmetr təbii qaz hasil edilir. Onun sözlərinə görə, ilin sonuna qədər hasilatın iki dəfə, 2028-ci ilədək isə dörd dəfə artırılması planlaşdırılır.
Bayraktar enerji keçidində kritik mineralların əhəmiyyətinə də diqqət çəkərək, Eskişehirin Beylikova bölgəsində aşkar edilmiş nadir torpaq elementləri ehtiyatlarının dünyanın ən böyük yataqlarından biri olduğunu bildirib.
Nazir vurğulayıb ki, mövcud və yaxın vaxtlarda elan ediləcək layihələr nəzərə alınmaqla, Türkiyənin enerji transformasiyası üçün 2035-ci ilədək ümumilikdə 200 milyard dollar investisiyaya ehtiyacı var. Bu vəsait bərpa olunan enerji, nüvə energetikası, elektrik şəbəkələri, təbii qaz infrastrukturu və strateji mineral layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTürkiyənin 2035-ci il hədəfi: 200 milyard dollarlıq investisiya
24.06.2026Çin ABŞ-ı geridə qoydu: Superkompüter yarışında lider dəyişdi
24.06.2026Avtoekspertlər bu 6 lüks avtomobili almağa qarşı xəbərdarlıq edirlər
24.06.2026Robotlar içəridə, işçilər kənarda: Avtomobil nəhəngində böyük narazılıq
24.06.2026Uğur qazanmaq üçün sahibkarların bilməli olduğu məqamlar
24.06.2026Bütün zamanların ən böyük 10 satış mütəxəssisi
24.06.2026Meta rekord gəlirdən sonra altı rəhbərə yüz milyonlarla dollarlıq opsion verdi, 8 min işçini ixtisar etdi
24.06.2026Bir çox banka məxsus kartlardan vəsait silinir: SƏBƏB AÇIQLANDI - YENİLƏNİB
24.06.2026"Süni intellekt dövründə insanın ən böyük üstünlüyü onun proqnozlaşdırıla bilməməsidir"
24.06.2026"Bitcoin"də fırtına öncəsi səssizlik? - Mütəxəssislərdən yeni proqnoz
24.06.2026Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək
24.06.2026Ölkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!
24.06.2026