"Bolt" rəsmisi: "Sürücülər yüksək reytinq qazanmaq üçün sərnişinlərlə daha az danışırlar"

Redaktor

20.07.2026 10:38
113

"Bolt" rəsmisi: "Sürücülər yüksək reytinq qazanmaq üçün sərnişinlərlə daha az danışırlar"

Fikir vermisinizsə, son dövrlər “Bolt” taksi şirkətinin sürücüləri artıq müştəri ilə ünsiyyəti azaldıb. Əksər “Bolt” sürücüləri yalnız zəruri hallarda danışır, digər hallarda isə səfəri sükut içində keçirməyə üstünlük verirlər. Bu dəyişiklik nə ilə bağlıdır? Taksi platformasının sürücülərlə ünsiyyətə dair müəyyən tələbləri varmı?

“Bolt”un Azərbaycan üzrə rəhbəri İlkin Zeynallı Valyuta.az-a bildirib ki, şirkət tərəfindən sürücülərə sərnişinlərlə ünsiyyət qurmamağa dair hər hansı xüsusi göstəriş və ya qadağa tətbiq edilmir. Onun sözlərinə görə, bazar bu prosesi müəyyən mənada özü tənzimləyir:

“Sürücülərin davranışları onların reytinqinə birbaşa təsir göstərir. Reytinq isə sürücünün bu və ya digər kateqoriyada fəaliyyət göstərib-göstərə bilməyəcəyini müəyyən edir. Buna görə də sürücülər xidmət səviyyəsini yüksəltməyə çalışırlar ki, “Comfort”, “Business” və digər kateqoriyalarda fəaliyyətlərini davam etdirə bilsinlər. Hətta 2 həftə əvvəl "Comfort" və "Business" kateqoriyalarında fəaliyyət göstərmək üçün tətbiq olunan tələblər daha da sərtləşdirilib. Artıq bu kateqoriyalarda minimal fəaliyyət tələbləri sırasında avtomobil modelindən əlavə sürücü reytinqi də əsas meyarlardan biridir. Sürücü reytinqinin minimal həddini 4,7-dən 4,85-ə qaldırmışıq. Bu da sürücülərin daha çox 4 və 5 ulduzlu qiymətləndirmə almağa çalışmasına səbəb olur. Yüksək reytinq qazanmaq üçün onlar sərnişinlərə mümkün qədər rahat səfər təqdim etməyə çalışırlar. Təcrübə göstərir ki, bir çox sərnişin üçün ən rahat səfər sakit keçən səfərdir və sürücülər də artıq bunu anlayırlar. Son dövrlər sürücülərin daha az danışmasının əsas səbəbinin onların sadəcə daha yaxşı xidmət nümayiş etdirmək məqsədilə ünsiyyəti yalnız zəruri hallarda başlatmaları olduğunu ehtimal edirəm”.

“Bolt” nümayəndəsinin sözlərinə görə, sürücülərə sərnişinlə ünsiyyət qurmağın qadağan olunduğu bildirilməsə də, xidmətin keyfiyyətini artıran zəruri ünsiyyət hər zaman təşviq edilir: "Təlimlərdə gedilən ünvanla bağlı dəqiqləşdirici sualların verilməsi, salondakı temperatur, musiqi və sərnişinin rahatlığını təmin edəcək digər məsələlərlə bağlı ünsiyyət üçün hər hansı məhdudiyyət yoxdur".

"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi

İ.Zeynallı bildirib ki, təlimlər zamanı sürücülərə daha çox etik davranış qaydaları izah olunur və sərnişinin şəxsi məkanına hörmət etmələri tövsiyə edilir.

"Biz sürücülərimizə tövsiyə edirik ki, insanların inanclarına, şəxsi baxışlarına və fərdi seçimlərinə təsir göstərə biləcək mövzulardan uzaq dursunlar. Sərnişinin rahat gedişinə mane ola biləcək hər hansı söhbət və ya davranışdan çəkinmək lazımdır. Bu, sürücü davranış qaydalarında da öz əksini tapır. Etik davranış qaydalarında qeyd olunur ki, zərurət yaranmadıqca ünsiyyətə başlamaq arzuolunan deyil".

Onun sözlərinə görə, bu yanaşma Azərbaycanda taksi xidmətlərinin keyfiyyətinin yüksəlməsinə də müsbət təsir göstərir:

"Tətbiq olunan təlimlər, sertifikatlaşdırma prosesi və fəaliyyəti davam etdirmək üçün tələb olunan lisenziyalar məhz bu məqsədə xidmət edir. Biz də “Bolt” olaraq gələcəkdə sürücülərimiz üçün daha geniş təlimlər keçirməyi və bunu davamlı ənənəyə çevirməyi planlaşdırırıq".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bir fincan qəhvə ilə daha məhsuldar olmaq mümkündür?

20.07.2026

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

20.07.2026

General Motors liderliyindən 4 milyard dollarlıq imperiyaya: Məhəmməd Mənsurun uğur hekayəsi

20.07.2026

Azərbaycan daha bir ölkədən elektromobil almağa başlayıb

20.07.2026

Yeni təyyarə London-Sidney uçuşunu 3 saata endirə bilər: Bu, realdırmı?

20.07.2026

Uğursuz tətbiqlərdən milyardlıq gözəllik imperiyasına: Kim Byung Hoonun uğur hekayəsi

20.07.2026

"ABB"nin keçmiş əməkdaşına agentlikdə yüksək vəzifə verildi

20.07.2026

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

20.07.2026

"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

20.07.2026

"Strategy" bu günədək 63 milyardlıq "Bitcoin" alıb

20.07.2026

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda ®

20.07.2026

"Azərenerji" 17,4 milyon manatlıq iki layihə həyata keçirəcək

20.07.2026

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir ®

20.07.2026

Dünya çempionu olan İspaniya neçə milyon qazandı?

20.07.2026

Azərbaycan qonşu ölkələr arasında sabit genişzolaqlı internet sürətinə görə liderdir

20.07.2026

Azərbaycanda beynəlxalq bazarlara çıxış əldə etmiş startapların sayının artırılması hədəflənir

20.07.2026

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib

20.07.2026

Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır

20.07.2026

İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq

20.07.2026

"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq - SƏRƏNCAM

20.07.2026

Məzənnə

Yüklənir...