Redaktor
Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
“Heç nə əbədi deyil, bir gün bu müharibə də bitəcək. Lakin başqa müharibələr başlayacaq! Neft və silah lobbiləri qazanmaya davam edəcək.
ABŞ və İsrail İranın iqtisadiyyatını ciddi şəkildə çökdürə bilər. Bu yay İranı qida və su böhranı gözləyir. İranı dəstəkləmək istəyənlər və ya dəstəkləyənlər üçün ABŞ vergi və embarqo təhdidi irəli sürür.
Valyuta.az xəbər verir ki, neft qiymətlərinin 200 dollara qədər yüksəlməsi gözlənilir, lakin müharibədən sonra sərt şəkildə əvvəlki səviyyəsi olan 60-70 dollar bandına geriləyə bilər. Mərkəzi banklar faiz siyasətində dəyişiklik edə bilər: yəni faiz endirimləri yerini faiz artımlarına buraxacaq.
Mərkəzi banklar və IMF qlobal inflyasiya, cari defisit və borclanma gözləntilərini yuxarı yönlü yenidən nəzərdən keçirə və yeni iqtisadi böhran barədə xəbərdarlıq edə bilərlər.
2030-cu ildə planlaşdırılan qlobal inflyasiyanın 2027-də reallaşa biləcəyi bildirilir.
Türkiyəli bazar üzrə ekspert İslam Memiş artan geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirlərini və qızıl və gümüş bazarındakı mümkün inkişafları qiymətləndirib. O, "Hürriyet" qəzetində yayımlanan yazısında bunları qeyd edib:
"Böyük bir inflyasiya dalğasına hazır olmaq! Bu gün gördüyünüz hər şey sabah daha ucuz ola bilər. Qızıl və gümüş qiymətləri bu il birja kimi olacaq. Qızıl və gümüş investorlarnın taleyini kripto pul investorlari kimi formalaşdıracaqlar.
Unsiya qızıl 5 min dollar səviyyəsinin üzərində qalmağa çalışsa da, bu il 6 min dolları görmədən rahatlamaz. Buna görə də müharibənin davam etdiyi müddətdə qızıl qiymətinin hər geriləməsi mənim üçün bir fürsətdir. 6 min dollar səviyyəsindən ayrılmaq daha məntiqlidir.
Gümüş isə qızala nisbətən daha çox dəyər itirir. Yanvarda onun "şarı" partladıldı. Gümüş illik gəlirini 122 dollar/unsiya ilə yanvarda verirdi. Bu il yenidən yüksələndə bazardan çıxmaq lazımdır. Yuxarıda 99-109 dollar müqavimət səviyyələri var. Unsiya gümüşün bu il yenidən üç rəqəmli qiymət görüb-görməyəcəyi şübhəlidir və görsə belə, davamlı olmaya bilər. Qızıl və gümüş arasında seçim sualına cavab olaraq, bu gün üçün mən qızıl tərəfdəyəm: gümüşə xərcləyəcəyim pulla qızıl alardım. Qızıl/gümüş nisbəti 61 səviyyəsindədir, yenidən 80 və üzərinə çıxdıqda maraqlana bilərəm, amma hələlik 50 dollar üzəri mənim üçün bahadır..
Al-sat deyil, al-yat dövründəyik. 2026 maliyyə bazarlarında pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir".
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026