"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

Redaktor

10.03.2026 20:10
26

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

"Google"un baş icraçı direktoru Sundar Piçai hazırlanmış yeni maaş paketi ilə heyrətamiz bir gəlirin qapısını açıb. "Alphabet" tərəfindən baş direktor üçün hazırlanan üç illik yeni müqavilə ümumilikdə 692 milyon dollar dəyərindədir.

Valyuta.az xəbər verir ki, bu məbləğ Piçaini dünyanın ən çox qazanan rəhbərləri sırasına daxil etmək üçün kifayətdir. Lakin bu pulların böyük hissəsi yalnız kresloda oturması ilə deyil, göstərəcəyi performansa bağlı olaraq əldə olunacaq. Xüsusilə sürücüsüz avtomobil texnologiyası "Waymo" və dronla çatdırılma təşəbbüsü "Wing" kimi gələcəyə yönəlmiş layihələrə bağlı pay təşviqləri paketin əsas sütununu təşkil edir.

Piçainin bu nəhəng gəlirinə baxmayaraq, ictimai imici "Google"un qurucuları Larri Pag və Sergey Brin ilə müqayisədə bir qədər geri plandadır. Dünyanın ən zənginləri siyahısında yüksək mövqeləri paylaşan qurucu ortaq ikili, son dövrlərdə texnoloji inkişaflardan çox daşınmaz əmlak bazarındakı hərəkətləri ilə manşetlərdə yer alır. Onların bu fəallığı, texnologiya dünyasında yalnız investisiya seçimi deyil, həm də Kaliforniyada tətbiq olunması planlanan "Milyarderlər Vergi Qanunu"na qarşı bir ön tədbir kimi qiymətləndirilir.

Qanun layihəsi xalis sərvəti 1 milyard dolları aşan təxminən 200 milyarderdən bir dəfəlik 5% əlavə vergi alınmasını nəzərdə tutur. Bu qərar dəqiqləşdikdən sonra Larri Pag Floridanın prestijli bölgələrindən Kokonut Qrovda iki malikanəyə ümumilikdə 173 milyon dollar xərcləyib. Sergey Brin isə eyni bölgəyə yaxın mövqedə, əvvəllər əldə etdiyi 92 milyon dollarlıq mülklərə əlavə olaraq 51 milyon dollarlıq yeni bir əmlak alıb. Mayaminin lüks məhəllələrinə yönələn bu maraq, Silikon Vadisi nəhənglərinin yeni bir sığınacaq axtarışında olduğunu açıq göstərir.

Piçai tərəfdə isə proses daha sakit irəliləyir. Publik məlumatlara görə o, Kaliforniyadakı Los Altos bölgəsindəki mülklərini qoruyub saxlayır. Lakin bu sakitlik heç kimi aldatmasın: Piçai də artıq milyarderlər klubunun üzvüdür. 2015-ci ildə vəzifəyə başladığı dövrdən etibarən "Google"un bazar dəyərinin təxminən yeddi dəfə artması, Piçainin əlindəki səhmlərin dəyərini ölçülməz səviyyəyə gətirib. "Bloomberg" məlumatlarına görə, həyat yoldaşı ilə birlikdə hələ də 500 milyon dollar dəyərində səhmlərə sahib olan baş diektor keçən yayadək təxminən 650 milyon dollar dəyərində səhmlərini satışa çıxararaq sərvətini möhkəmləndirib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır

10.03.2026

Məzənnə

Yüklənir...