Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

Redaktor

10.03.2026 18:48
27

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

Süni intellekt (Al) yarışı bu gün qlobal bir şahmat taxtasına çevrilib. Dünyanın ən böyük dövlətləri bu texnoloji mübarizədə önə keçmək üçün milyardlarla dollar xərcləyir. Bu nəhəng gücün arxasında isə fasiləsiz işləyən, günün hər saatı elektrik sərf edən və "AI məlumat mərkəzləri" adlandırılan nəhəng obyektlər dayanır. "Süni intellekt gələcəkdə həyatımızı asanlaşdıracaqmı" - bu sual hələ müzakirə mövzusudur, amma bu mərkəzlərin yaxınlığında yaşayanlar üçün mənfi təsirlər artıq reallıqdır.

Valyuta.az xəbər verir ki, bu obyektlər kəsintisiz xidmət verə bilmək üçün böyük miqdarda enerjiyə ehtiyac duyur. Elektrik məhdud bir resurs olduğu üçün bu yüksək tələbat yalnız müəssisələrin deyil, həmin bölgədə yaşayan minlərlə yerli sakinin də faturalarını artırır. Üstəlik, yaratdığı iqtisadi təzyiq yalnız faturalarla məhdudlaşmır. Çiplərdən enerji mənbələrinə qədər artan tələb, smartfonlardan avtomobillərə, televizorlardan məişət texnikasına qədər gündəlik istifadə etdiyimiz bir çox məhsulun qiymətini də yüksəldir.

Məlumat mərkəzlərinin yaratdığı ziyan yalnız cibimizdə hiss olunmur. Ölkənin müxtəlif bölgələrindən gələn şikayətlər ətraf mühitə təsirin boyunu açıq şəkildə göstərir. Milyonlarla istifadəçiyə xidmət verən bu binaların sistemlərinin aşırı qızmasının qarşısını almaq üçün nəhəng soyutma qurğuları, generatorlar və enerji mənbələri istifadə olunur. Bu avadanlıqlar ətraf məhəllələrdə dayanmayan səs-küy çirkliliyi yaradır.

Məsələn, Çikaqo ətrafındakı bir məlumat mərkəzindən cəmi 300 metr məsafədə yaşayan Laura Evans evində 24 saat fasiləsiz aşağı tezlikli uğultu eşitdiyini bildirir. Virciniyadan Çesapeakəyə qədər bir çox şəhərdə oxşar hallar artır. Məlumat mərkəzlərinin sayı artdıqca, bu vəziyyətin daha çox insanı yuxusuz qoyacağı təxmin edilir.

Səs-küydən əlavə, bu obyektlərin şirin su ehtiyatlarına təzyiqi bəlkə də ən böyük riskdir. Minlərlə kompüterin aşırı yüklənib zərər görməməsi üçün sistemlərin ətrafından davamlı soyuq su keçirilməlidir. "OpenAI"ın baş direktoru Sem Altman bir ChatGPT sorğusunun orta hesabla bir çay qaşığının 1/15-dən daha az su sərf etdiyini iddia etsə də, gerçək rəqəmlər fərqli mənzərə yaradır.

Su yalnız sorğu zamanı deyil, sistemin ümumi soyudulması üçün də fasiləsiz istifadə olunur. Məlumatlar göstərir ki, nəhəng bir məlumat mərkəzi gündə təxminən 2 milyon litr su sərf edir ki, bu da ildə 750 milyon litrdən çox edir. Daha da pisi, bu mərkəzlərdə insan içməli su üçün istifadə olunan təmizlənmiş şəbəkə suyu ilə eyni su növü istifadə olunur.

Məlumat mərkəzlərinin nəzarətsiz artımı bir çox bölgədə bələdiyyə sularının yetərsiz qalacağı və içməli su çatışmazlığı yaranacağı narahatlığını artırıb. Yerli hakimiyyət orqanları bu mərkəzlərdən alınan yüksək vergilərin cəmiyyət rifahını artıracağını iddia etsə də, evinin yanında fasiləsiz uğultu və su çatışmazlığı ilə yaşayan insanlar üçün bu balans hələ qurulmayıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır

10.03.2026

Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri

10.03.2026

Məzənnə

Yüklənir...