Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri

Redaktor

10.03.2026 14:35
38

Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri

Kibercinayətkarlıq internetin inkişafı ilə paralel olaraq sürətlə artıb. Bu sahədə bəzi hakerlər böyük maliyyə ziyanına səbəb olduqları üçün tanınsa da, digərləri sonradan kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərərək sistemlərin daha təhlükəsiz olmasına töhfə veriblər.

Ekspertlərin hesablamalarına görə, haker hücumları hər il şirkətlərə və istifadəçilərə trilyonlarla dollar ziyan vurur. 

Valyuta.az tarixdə internet təhlükəsizliyinin inkişafına təsir göstərmiş ən məşhur hakerləri təqdim edir:

Kevin Mitnik

Amerikalı haker Kevin Mitnik hakerlik tarixinin ən tanınmış simalarından biridir. O, yeniyetmə yaşlarında telekommunikasiya şirkəti "Pacific Bell"in kompüter təlimatlarını oğurladığına görə ittiham olunub. Daha sonra ABŞ-ın NORAD müdafiə sisteminə daxil olması ilə məşhurlaşdı. Mitnik sonradan həbs olunaraq cəza çəkdi, lakin daha sonra kibertəhlükəsizlik sahəsində məsləhətçi kimi fəaliyyət göstərməyə başladı.

“Anonymous” haker qrupu

“Anonymous” 2003-cü ildə internet forumlarında yaranmış haker qrupudur. Qrupun dəqiq rəhbərliyi yoxdur və əsasən sosial və siyasi məsələlərlə bağlı kiberhücumlar həyata keçirir. Onların ən məşhur aksiyalarından biri "Scientology" kilsəsinin saytlarına qarşı hücumlar olub.

Adrian Lamo

Adrian Lamo müxtəlif böyük şirkətlərin sistemlərinə daxil olması ilə tanınır. O, tez-tez sistemlərdə boşluqları aşkar etdikdən sonra bu barədə mediaya və həmin şirkətlərə məlumat verirdi. Lamo küçələrdə yaşadığı üçün ona “Homeless Hacker” (evsiz haker) ləqəbi verilib.

Albert Qonzales

Albert Qonzales tarixdə ən böyük kredit kartı məlumatlarının oğurlanması hadisələrindən birinin təşkilatçısı hesab olunur. O və komandası müxtəlif şirkətlərin şəbəkələrinə daxil olaraq 180 milyondan çox ödəniş kartı məlumatını ələ keçirib.

Metyu Bevan və Riçard Prays

Britaniyalı hakerlər Metyu Bevan və Riçard Prays 1996-cı ildə bir sıra hərbi şəbəkələrə daxil olublar. Onların fəaliyyəti ABŞ və Cənubi Koreyanın hərbi sistemlərinə təsir etdiyi üçün böyük təhlükə kimi qiymətləndirilib.

Censon Ceyms Ançeta

Censon Ceyms Ançeta botnet texnologiyasından istifadə edərək yüz minlərlə kompüteri idarə altına alıb. O, 400 mindən çox kompüteri zərərli proqram vasitəsilə idarə edərək müxtəlif şirkətlərə xidmət satırdı. Bu fəaliyyətinə görə o, həbs olunub.

Maykl Kals – “Mafiaboy”

2000-ci ildə cəmi 15 yaşı olan Maykl Kals, “Mafiaboy” ləqəbi ilə tanınaraq "Yahoo", "Amazon", "CNN" və "eBay" kimi böyük internet saytlarına qarşı "DDoS" hücumları həyata keçirib. Bu hadisə internet təhlükəsizliyi ilə bağlı qanunların sərtləşdirilməsinə səbəb oldu.

Kevin Poulsen – “Dark Dante”

Kevin Poulsen “Dark Dante” ləqəbi ilə tanınır. O, ABŞ Müdafiə Nazirliyinin "ARPANET" şəbəkəsinə daxil olması ilə məşhurlaşdı. Daha sonra jurnalist kimi fəaliyyət göstərərək kibertəhlükəsizlik mövzularında yazılar dərc edib.

Conatan Ceyms – “c0mrade”

Conatan Ceyms "c0mrade" ləqəbi ilə ABŞ Müdafiə Nazirliyinin kompüter sistemlərinə daxil olan ən gənc haker kimi tarixə düşüb. O, 15 yaşında dövlət sistemlərinə daxil olaraq minlərlə məxfi məlumat əldə edib.

“ASTRA”

“ASTRA” ləqəbi ilə tanınan hakerin əsl kimliyi uzun müddət açıqlanmayıb. Məlumata görə, o, Fransanın Dassault şirkətinin hərbi texnologiyalarına aid məlumatları oğurlayaraq müxtəlif şəxslərə satıb və şirkətə yüz milyonlarla dollar ziyan vurub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri

10.03.2026

“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi

10.03.2026

Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq

10.03.2026
Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub?

Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub? - CƏDVƏL

10.03.2026

Bakıda 3 milyonluq abadlıq işləri aparılacaq

10.03.2026

Uşaqlıq hobbisi milyardlıq startapa çevrildi

10.03.2026

“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər

10.03.2026

Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

10.03.2026
"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

10.03.2026

Sabah yağış yağacaq, külək əsəcək

10.03.2026

Elektrikli hava taksiləri 26 ştatda uçuşlara başlayacaq

10.03.2026

Ödəniş kartları ilə 11 mlrd. manatdan çox əməliyyatlar aparılıb

10.03.2026

Məzənnə

Yüklənir...