Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq

Redaktor

10.03.2026 14:16
37

Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq

Azərbaycanda bank və ödəniş sistemlərində dələduzluq halları ilə mübarizə məqsədilə vahid “qara siyahı” bazasının və mərkəzləşdirilmiş insident və hesabatlılıq sisteminin yaradılması planlaşdırılır.

Valyuta.az "Apa"ya istinadən xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, ABA tərəfindən Mərkəzi Bank, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində dələduzluqla bağlı vətəndaş müraciətlərinin operativ şəkildə banklara ötürülməsi təmin edilib, şübhəli əməliyyatların isə dərhal dayandırılması mexanizmi tətbiq olunub.

Z. Nuriyev qeyd edib ki, bu yanaşma sektor üzrə risklərin erkən mərhələdə qarşısının alınmasına və zərərin minimuma endirilməsinə imkan yaradır.

ABA rəhbərinin sözlərinə görə, layihənin növbəti mərhələdə bütün ödəniş təşkilatlarını əhatə etməsi nəzərdə tutulur. Eyni zamanda dələduzluq halları üzrə vahid “qara siyahı” bazasının və mərkəzləşdirilmiş insident və hesabatlılıq sisteminin yaradılması planlaşdırılır.

O bildirib ki, bu mexanizmlər sektor daxilində məlumat mübadiləsinin daha sistemli və effektiv təşkilinə xidmət edəcək.

Z. Nuriyev əlavə edib ki, tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası və təhlükəsizlik tədbirləri nəticəsində bank hesablarının kənar şəxslər tərəfindən birbaşa ələ keçirilməsi halları əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı, müşahidə olunur ki, fırıldaqçılar fəaliyyətlərini daha çox sosial mühəndislik üsulları üzərinə yönəldib.

Assosiasiya rəhbərinin sözlərinə görə, mövcud çağırışlar nəzərə alınaraq, 2026-cı il üzrə əhalinin maliyyə təhlükəsizliyi və rəqəmsal savadlılığının artırılmasına dair Yol Xəritəsi hazırlanaraq üzv banklara təqdim edilib. Bu sənəd preventiv tədbirlərin və ictimai məlumatlandırma mexanizmlərinin daha da gücləndirilməsini nəzərdə tutur.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri

10.03.2026

“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi

10.03.2026

Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq

10.03.2026
Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub?

Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub? - CƏDVƏL

10.03.2026

Bakıda 3 milyonluq abadlıq işləri aparılacaq

10.03.2026

Uşaqlıq hobbisi milyardlıq startapa çevrildi

10.03.2026

“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər

10.03.2026

Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

10.03.2026
"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

10.03.2026

Sabah yağış yağacaq, külək əsəcək

10.03.2026

Elektrikli hava taksiləri 26 ştatda uçuşlara başlayacaq

10.03.2026

Ödəniş kartları ilə 11 mlrd. manatdan çox əməliyyatlar aparılıb

10.03.2026

Azərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır

10.03.2026

"İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər"

10.03.2026
"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"

"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"

10.03.2026

Məzənnə

Yüklənir...