"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"

Redaktor

10.03.2026 11:00
146

"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"

Bir çox insan pul yığarkən konkret məqsəd qoyur - ev almaq, investisiya etmək və ya böyük xərclərə hazırlaşmaq. Lakin bəziləri də heç bir plan olmadan, sadəcə “hələlik yığım, sonrasına baxaram” düşüncəsi ilə pul toplayır. Bəs, məqsədsiz şəkildə pul yığmaq nə dərəcədə doğru maliyyə davranışıdır? Pul toplayarkən konkret məqsədin olması vacibdirmi?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Valyuta.az-a bildirdi ki, pul yığmaq bəzən yalnız maddi məsələ olmur, insanın daxili vəziyyətini də göstərir: “Bəzi insanlar pulu konkret plan üçün deyil, təhlükəsizlik hissi üçün toplayırlar. Sabahın necə olacağını bilməmək, keçmişdə yaşanan çətinliklər, itirmək qorxusu və güvənsizlik hissi bu ehtiyacı gücləndirə bilər. Bu baxımdan, məqsədsiz görünən yığım əslində insanın özünü qoruma cəhdi də ola bilər. Amma əgər pul insana rahatlıq vermək əvəzinə onu daha da narahat edirsə, hər şeyi pulla ölçməyə məcbur edirsə və daxilində bitməyən bir ehtiras yaradırsa, onda bu artıq sadə yığım deyil, psixoloji bağlılıqdır”.

Ekspert bildirir ki, konkret məqsədlə pul yığmaq daha sağlam yanaşmadır: “Bu yanaşma insana istiqamət, nizam və məna verir. Məqsədsiz yığım isə yalnız ehtiyat üçün, gözlənilməz vəziyyətlərə qarşı özünü güvəndə saxlamaq üçün edilirsə, bu da normaldır. Problem pul yığmaqda deyil, pulun insanın düşüncəsinə və xarakterinə hakim olmasındadır. İnsan pulu idarə edəndə bu, faydalı vasitəyə çevrilir. Pul insanı idarə edəndə isə daxildəki qorxuları, acgözlüyü və natamamlıq hissini böyüdür. Sağlam münasibət də elə budur ki, pul həyatın məqsədi yox, sadəcə aləti olaraq qalsın”.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

10.03.2026

Sabah yağış yağacaq, külək əsəcək

10.03.2026

Elektrikli hava taksiləri 26 ştatda uçuşlara başlayacaq

10.03.2026

Ödəniş kartları ilə 11 mlrd. manatdan çox əməliyyatlar aparılıb

10.03.2026

Azərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır

10.03.2026

"İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər"

10.03.2026
"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"

"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"

10.03.2026

Bakıda pərakəndə ticarət dövriyyəsi 3 milyard manatı keçib

10.03.2026
Bakıda ötən il əməkhaqqı 1 381 manat olub

Bakıda ötən il əməkhaqqı 1 381 manat olub

10.03.2026

Qazaxıstandan olan "Armeta" startapı ABŞ-ın aparıcı akseleratorlarından birinə daxil olub

10.03.2026

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

10.03.2026
"Bitcoin"də tarixi mərhələ: 20 milyonuncu coin dövriyyəyə daxil oldu

"Bitcoin"də tarixi mərhələ: 20 milyonuncu coin dövriyyəyə daxil oldu

10.03.2026

Ağdamda qonaq evi tikiləcək - milyonluq layihə

10.03.2026

Silah satışından ən çox pul qazanan ÖLKƏLƏR

10.03.2026

Rubl dəyərlənir

10.03.2026

Kreditlərin sığortalanmasında 37%-lik azalma olub

10.03.2026

0 dollardan milyarder olan 10 sahibkar - SƏHƏR OXUSU

10.03.2026

Ölkələrin "neft yastığı": Kim nə qədər dözə bilər?

09.03.2026

G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq

09.03.2026

Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq

09.03.2026

Məzənnə

Yüklənir...