Redaktor
"Bitcoin"də tarixi mərhələ: 20 milyonuncu coin dövriyyəyə daxil oldu
Dünyanın ilk və ən böyük kriptovalyutası olan "Bitcoin" üçün mühüm mərhələ qeydə alınıb. Dövriyyəyə 20 milyonuncu "Bitcoin (BTC) daxil olub və bununla da ümumi təklifin 95,2%-dən çoxu artıq bazarda yer alır.
Valyuta.az xəbər verir ki, 31 oktyabr 2008-ci ildə Satoşi Nakamoto tərəfindən təqdim olunan və 3 yanvar 2009-cu ildə ilk əməliyyatı həyata keçirilən "Bitcoin" şəbəkəsi yeni bir tarixi mərhələni keçib.
939 999-cu blokun yaradılması ilə 20 milyonuncu BTC dövriyyəyə buraxılıb. Həmin blok dünyanın ən böyük mədən hovuzlarından biri olan “Foundry USA” tərəfindən tapılıb.
Bununla da "Bitcoin" şəbəkəsində çıxarılacaq yeni coinlərin sayı 1 milyondan az qalıb. Qalan "Bitcoin"lərin isə təxminən 114 il ərzində mərhələli şəkildə, yəni 2140-cı ilə qədər çıxarılması planlaşdırılır.
Qeyd edək ki, "Bitcoin" şəbəkəsində mədənçilərin mükafatı 2009-cu ildə 50 BTC səviyyəsində başlayıb. 2024-cü ilin aprelində baş verən dördüncü “halving” (mükafatın yarıya düşməsi) nəticəsində bu rəqəm 3,125 BTC-yə enib.
Növbəti yarıya bölmək prosesinin isə 11 aprel 2028-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman blok üzrə mədən mükafatı 1,56 BTC-yə qədər azalacaq.
Mütəxəssislərin fikrincə, bütün "Bitcoin"lər 2140-cı ilə qədər çıxarıldıqdan sonra mədənçilər yeni coin əldə etməyəcək və gəlirlərini yalnız şəbəkədəki əməliyyat komissiyaları hesabına qazanacaqlar.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır
10.03.2026
"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"
10.03.2026Bakıda pərakəndə ticarət dövriyyəsi 3 milyard manatı keçib
10.03.2026
Bakıda ötən il əməkhaqqı 1 381 manat olub
10.03.2026Qazaxıstandan olan "Armeta" startapı ABŞ-ın aparıcı akseleratorlarından birinə daxil olub
10.03.2026Azərbaycan neftinin qiyməti 103 dolları ötüb
10.03.2026