Redaktor
Bakıda pərakəndə ticarət dövriyyəsi 3 milyard manatı keçib
2026-cı ilin yanvar ayında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 3 milyard 221,4 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% artım deməkdir.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,6% artaraq 1 milyard 781,8 milyon manata çatıb. Qeyri-ərzaq mallarının satış həcmi isə 2,8% artaraq 1 milyard 439,6 milyon manat olub.
2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin yanvar ayında müəssisələr üzrə pərakəndə ticarət dövriyyəsi 0,6% azalıb. Eyni zamanda, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə satışlar 7,0% artıb.
İstehlak məhsullarının satış strukturunda əsas pay fərdi sahibkarlara məxsus ticarət obyektlərinin payına düşüb. Belə ki, satılan məhsulların 58,0%-i fərdi sahibkarların ticarət obyektlərində reallaşdırılıb.
Bununla yanaşı, istehlak məhsullarının 33,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 8,4%-i isə paytaxtın əmtəə bazarlarında satılıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖdəniş kartları ilə 11 mlrd. manatdan çox əməliyyatlar aparılıb
10.03.2026Azərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır
10.03.2026"İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər"
10.03.2026
"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"
10.03.2026Bakıda pərakəndə ticarət dövriyyəsi 3 milyard manatı keçib
10.03.2026
Bakıda ötən il əməkhaqqı 1 381 manat olub
10.03.2026Qazaxıstandan olan "Armeta" startapı ABŞ-ın aparıcı akseleratorlarından birinə daxil olub
10.03.2026Azərbaycan neftinin qiyməti 103 dolları ötüb
10.03.2026