ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir

Redaktor

09.03.2026 20:25
118

ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir

Süni intellekt texnologiyalarının insan həyatındakı rolu artdıqca istifadəçilərin bu sistemlərdən gözləntiləri də genişlənir. Rəqəmsal mühitdə istifadəçilərə daha çox seçim və fərdiləşdirmə imkanı verməsi nəzərdə tutulan ChatGPTnin “yetkin rejimi” funksiyası isə gözləniləndən daha gec təqdim olunacaq.

Valyuta.az xəbər verir ki, 2026-cı ilin ilk aylarında istifadəyə verilməsi planlaşdırılan bu xüsusiyyət təsdiqlənmiş istifadəçilərə daha sərbəst və fərdiləşdirilmiş istifadə imkanı yaratmalı idi. Lakin son məlumatlara görə, “OpenAI” layihəni qeyri-müəyyən müddətə təxirə salıb.

Gecikmənin əsas səbəbi şirkətin resurslarını başqa sahələrə yönəltməsi ilə əlaqələndirilir. Jurnalist Aleks Hitin əldə etdiyi məlumata görə, “OpenAI” hazırda erotik məzmunla bağlı funksiyalardan daha çox süni intellekt modelinin davranışını və istifadəçi ilə qarşılıqlı əlaqəsini inkişaf etdirməyə diqqət ayırır.

Şirkət istifadəçi ilə daha proaktiv əlaqə qura bilən, daha güclü “şəxsiyyətə” malik və daha yaxşı fərdiləşdirmə imkanları təqdim edən süni intellekt üzərində işləyir. Buna görə də texnologiya şirkəti “yetkin məzmun” funksiyasını aktiv etməzdən əvvəl sistemin intellekt səviyyəsini və istifadəçiyə uyğunlaşma qabiliyyətini daha da təkmilləşdirməyi seçib.

Süni intellekt sistemlərinin insanların fantaziyaları ilə əlaqələndirilməsi böyük iqtisadi potensial yaratsa da, eyni zamanda ciddi etik risklər doğurur.

Mütəxəssislər xüsusilə yetkinlik yaşına çatmayan şəxslərin belə məzmunlara çıxışının qarşısının alınmasının vacibliyini vurğulayırlar. Bundan əlavə, istifadəçilərin psixoloji vəziyyətinin qorunması məsələsi də diqqət mərkəzindədir.

Bu sahədə əvvəllər İlon Maskın “Grok” modeli ətrafında yaranan mübahisələr də mövzunun nə qədər həssas olduğunu göstərmişdi.

“OpenAI” istifadəçilərin öz qərarlarını vermək qabiliyyətinə malik olduğunu qəbul etsə də, şirkət təhlükəsizlik və etik standartlar tam təmin olunmadan belə bir funksiyanı istifadəyə vermək istəmir. 

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq

09.03.2026

Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq

09.03.2026

ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir

09.03.2026

Uorren Baffetin 2026-cı ildə maliyyənizi dəyişdirə biləcək 6 strategiyası

09.03.2026

Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır

09.03.2026

İlham Əliyev Müctəba Xameneyini təbrik edib

09.03.2026

"Apple" yeni bahalı dövrə başlayır: Qatlanan "iPhone" və toxunma ekranlı "MacBook"

09.03.2026

Vüqar Bayramov: "Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər"

09.03.2026

Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır

09.03.2026

Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?

09.03.2026

Sabah hava necə olacaq?

09.03.2026

Yaxın Şərqdəki münaqişə fonunda Avropada qazın qiyməti yenə bahalaşdı

09.03.2026

Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar

09.03.2026

KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib

09.03.2026

Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq

09.03.2026

"iPhone"da şəkillərin keyfiyyətini yaxşılaşdıran gizli funksiya tapılıb

09.03.2026

Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib

09.03.2026

"Brent" neftinin qiyməti 118 dolları ötüb

09.03.2026
Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual

Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU

09.03.2026

Kütləvi miqrasiya və Körfəz iqtisadiyyatlarının çöküşü: İran müharibəsinin gizli riskləri...

08.03.2026

Məzənnə

Yüklənir...