Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır

Redaktor

09.03.2026 18:15
145

Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır

Müdafiə texnologiyaları sahəsində fəaliyyəti ilə tanınan Palmer Lakinin qurduğu retro oyun startapı “ModRetro”nun yeni investisiya raundu üçün təxminən 1 milyard dollar dəyər qiymətləndirməsi ilə danışıqlar apardığı bildirilir. 

Valyuta.az xəbər verir ki, u barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, şirkət fəaliyyətini genişləndirmək və böyüməni sürətləndirmək məqsədilə investorlarla danışıqlar aparır.

“ModRetro” ilk məhsulunu 2024-cü ildə bazara təqdim edib. Şirkətin təqdim etdiyi “Chromatic” adlı əl oyun konsolu klassik “Game Boy” dizaynından ilhamlanması ilə diqqət çəkib.

“The Verge” nəşrinin yazarı Şon Hollister cihazın “indiyə qədər hazırlanmış ən yaxşı "Game Boy" versiyası ola biləcəyini” bildirib. Bununla yanaşı, o qeyd edib ki, cihazı qiymətləndirərkən Lakinin müdafiə texnologiyaları şirkəti “Anduril Industries”in qurucusu kimi reputasiyasını tamamilə nəzərə almamaq çətindir.

Hollister bu barədə maraqlı bir sual da səsləndirib: “Əgər "Lockheed Martin" bir "Game Boy" hazırlasaydı, onu alardınızmı?”

17 illik ideyanın nəticəsi

Palmer Laki ötən il açıqlamasında “Game Boy”dan ilhamlanan konsol ideyası üzərində təxminən 17 il ərzində fasilələrlə çalışdığını bildirib. Onun sözlərinə görə, “Chromatic” uzun illər davam edən bu prosesin nəticəsidir.

Laki konsolun hazırlanması zamanı yüzlərlə qeyri-adi qərar qəbul etdiyini deyərək cihazı belə təsvir edib: “Bu konsolun xüsusi edən hər bir detalı kompromisssiz və tamamilə orijinal bir ideyanın bayramıdır".

“Financial Times”ın məlumatına görə, “ModRetro” yalnız “Chromatic” ilə kifayətlənməyi planlaşdırmır. Şirkət hazırda “Nintendo 64” təcrübəsini yenidən yaratmağı hədəfləyən yeni cihaz üzərində də işləyir.

“Anduril” də böyük investisiya axtarır

Eyni zamanda Palmer Lakinin qurucusu olduğu müdafiə texnologiyaları şirkəti “Anduril Industries” də investisiya bazarında diqqət mərkəzindədir.

Məlumatlara görə, şirkət təxminən 60 milyard dollar dəyər qiymətləndirməsi ilə yeni investisiya raundu üçün danışıqlar aparır.

Bildirilir ki, ABŞ-da Donald Tramp administrasiyası Palmer Lakinin avtonom silah sistemləri ilə bağlı baxışlarına müsbət yanaşır və bu yanaşma “Anduril” şirkətinin inkişafına əlavə təkan verə bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq

09.03.2026

Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq

09.03.2026

ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir

09.03.2026

Uorren Baffetin 2026-cı ildə maliyyənizi dəyişdirə biləcək 6 strategiyası

09.03.2026

Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır

09.03.2026

İlham Əliyev Müctəba Xameneyini təbrik edib

09.03.2026

"Apple" yeni bahalı dövrə başlayır: Qatlanan "iPhone" və toxunma ekranlı "MacBook"

09.03.2026

Vüqar Bayramov: "Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər"

09.03.2026

Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır

09.03.2026

Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?

09.03.2026

Sabah hava necə olacaq?

09.03.2026

Yaxın Şərqdəki münaqişə fonunda Avropada qazın qiyməti yenə bahalaşdı

09.03.2026

Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar

09.03.2026

KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib

09.03.2026

Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq

09.03.2026

"iPhone"da şəkillərin keyfiyyətini yaxşılaşdıran gizli funksiya tapılıb

09.03.2026

Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib

09.03.2026

"Brent" neftinin qiyməti 118 dolları ötüb

09.03.2026
Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual

Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU

09.03.2026

Kütləvi miqrasiya və Körfəz iqtisadiyyatlarının çöküşü: İran müharibəsinin gizli riskləri...

08.03.2026

Məzənnə

Yüklənir...