"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

Redaktor

10.03.2026 12:20
67

"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

Son dövrlərdə iş mühitində maraqlı və mübahisəli bir yanaşma geniş yayılıb. İddia olunur ki, zəng və mesajlara dərhal cavab vermək peşəkarlıq göstəricisi deyil. Əksinə, belə davranış guya insanın kifayət qədər məşğul olmadığını, ciddi iş yükünə malik olmadığını göstərir. Bu yanaşmaya görə, “həqiqətən işləyən” şəxs zəngi dərhal görmür, mesajları saatlar sonra oxuyur və cavabı mümkün olduqda gecikdirir. Operativ reaksiya isə guya işsizlik və ya prioritetlərin düzgün qurulmaması kimi qiymətləndirilir.                                                              
 
Bu yanaşma nə qədər doğrudur? Operativliklə peşəkar imic arasında balans necə qurulmalıdır?

İnsan Resursları mütəxəssisi Pərvanə Həsənova Valyuta.az-a bildirib ki, insanların ətrafda baş verən hadisələrə, ictimai proseslərə və onlara ünvanlanan müraciətlərə reaksiyası həmin anda onların daxili psixoloji vəziyyətindən, mədəni səviyyəsindən və digər amillərdən asılı olaraq formalaşır: 

"Bəzən bu reaksiyalar şüurlu şəkildə, bəzən isə qeyri-ixtiyari olaraq ortaya çıxır. Zaman keçdikcə isə bu davranışlar müəyyən hallarda dəyişə bilir. Təbii ki, iş yerlərində də ən dəyərli kapital hesab olunan insan faktoru öz davranışları, qərarları, seçimləri və münasibətləri ilə fərqlənir. Bu amillər yalnız iş prosesinə deyil, eyni zamanda insanın şəxsi keyfiyyətlərinin formalaşmasına da təsir göstərir. İş yerlərində çalışan əməkdaşlar hər şeydən əvvəl emosiyaları, davranışları və xarici amillərin təsiri ilə seçilən insanlardır. Zaman keçdikcə əməkdaşlar iş mühitində formalaşır və hadisələrə verdikləri reaksiyalar da dəyişir. Bu prosesdə qrup psixologiyası mühüm rol oynayır. Qrup davranışı fərdlərin davranışına ciddi təsir göstərir. Məsələn, yeni işə qəbul olunan əməkdaş telefon zənglərinə, elektron poçt vasitəsilə göndərilən müraciətlərə və daxil olan sorğulara daha məsuliyyətlə yanaşır, onları operativ və düzgün cavablandırmağa çalışır. Lakin müəyyən müddətdən sonra o, iş yoldaşlarının davranışlarını və müraciətlərə münasibətini təkrarlamağa başlaya bilər. Belə davranışlar bəzən toksik iş mühitinin yaranmasına və iş səmərəliliyinin azalmasına səbəb olsa da, hər zaman belə nəticələr doğurmur. Çünki işinə və zamanına sistemli yanaşan əməkdaş işlərini daha vacib, planlaşdırılan, vacib olmayan və təcili olmayan kateqoriyalara bölməklə müraciətləri daha düzgün şəkildə cavablandıra bilər".

Bəzən insanların daxil olan zənglərə dərhal cavab verməməyə və “işim çoxdur” mesajını ötürməyə çalışdıqlarını deyən P.Həsənova qeyd edib ki, bu, peşəkar yanaşma hesab edilmir:

"Öz işinin məsuliyyətini dərk edən və fəaliyyətini sistemli şəkildə təşkil edən əməkdaş daha səmərəli qərarlar qəbul edir, işlərini vaxtında və düzgün yerinə yetirə bilir. İşinə məsuliyyətsiz yanaşan və ətrafdakılara müxtəlif mesajlar ötürməklə məşğul olan işçinin yüksək karyera inkişafı əldə etməsi isə inandırıcı görünmür. Hər birimiz prioritetləri düzgün müəyyənləşdirməyi, işləri qruplaşdırmağı və səmərəli metodika tətbiq etməyi bacarsaq, daha az vaxt itkisi, daha az anlaşılmazlıq və daha az risklə qarşılaşarıq. Müəssisələrdə risklərin idarə olunması zamanı yuxarıda qeyd edilən hallara, xüsusilə də işə biganə yanaşmaya yol verilmir. Unutmayaq ki, davranışlarımız vərdişlərimizə, vərdişlərimiz isə xarakterimizə və həyat tərzimizə ciddi təsir göstərir".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda 3 milyonluq abadlıq işləri aparılacaq

10.03.2026

Uşaqlıq hobbisi milyardlıq startapa çevrildi

10.03.2026

“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər

10.03.2026

Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

10.03.2026
"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

10.03.2026

Sabah yağış yağacaq, külək əsəcək

10.03.2026

Elektrikli hava taksiləri 26 ştatda uçuşlara başlayacaq

10.03.2026

Ödəniş kartları ilə 11 mlrd. manatdan çox əməliyyatlar aparılıb

10.03.2026

Azərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır

10.03.2026

"İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər"

10.03.2026
"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"

"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"

10.03.2026

Bakıda pərakəndə ticarət dövriyyəsi 3 milyard manatı keçib

10.03.2026
Bakıda ötən il əməkhaqqı 1 381 manat olub

Bakıda ötən il əməkhaqqı 1 381 manat olub

10.03.2026

Qazaxıstandan olan "Armeta" startapı ABŞ-ın aparıcı akseleratorlarından birinə daxil olub

10.03.2026

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

10.03.2026
"Bitcoin"də tarixi mərhələ: 20 milyonuncu coin dövriyyəyə daxil oldu

"Bitcoin"də tarixi mərhələ: 20 milyonuncu coin dövriyyəyə daxil oldu

10.03.2026

Ağdamda qonaq evi tikiləcək - milyonluq layihə

10.03.2026

Silah satışından ən çox pul qazanan ÖLKƏLƏR

10.03.2026

Rubl dəyərlənir

10.03.2026

Kreditlərin sığortalanmasında 37%-lik azalma olub

10.03.2026

Məzənnə

Yüklənir...