Redaktor
Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
İran ətrafındakı müharibə xüsusilə Avrozonanın valyuta və borc bazarına güclü zərbə vurub.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg"in şərhçisi Markus Eşvort yazır.
Kapitalın “təhlükəsiz limanlara” axması fonunda dollar sürətlə güclənib, avro isə digər böyük valyutalardan daha çox zəifləyib – təxminən funt sterlinqlə müqayisədə iki dəfə artıq. Bir neçə həftə öncə avro 1,20 dollar səviyyəsini keçmişdi; bu həftə isə sürətlə 1,15 dollara düşüb, bu da mərkəzi bankları narahat edib.
Bazarlar həmçinin pul siyasəti gözləntilərini kəskin şəkildə dəyişiblər: investorlar hələ bir neçə gün öncə bu il faiz dərəcələrinin dəyişməsini gözləmirdilər, indi isə Avropa Mərkəzi Bankının iyul ayında faizləri artıracağını proqnozlaşdırırlar.
Əlavə risk enerji qiymətlərinin yüksək olmasıdır. Neftin barreli təxminən 100 dollar civarında dəyişir ki, bu da 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropada inflyasiyanı sürətlə artıran enerji şokunun təkrarlanması təhlükəsini yaradır.
Almaniya Mərkəzi Bankının rəhbəri Yoahim Nagel bildirib ki, tənzimləyici orqan inflyasiya risklərinə “çox diqqətlidir” və martın 19-da keçiriləcək iclasda faizləri artırmaq zərurəti olub-olmamasına qərar verəcək. Lakin müəllifin fikrincə, bazarların daha çox Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqarddan sakitləşdirici siqnallar gözləməsi lazımdır, sərtləşdirmə çağırışları yox.
İqtisadi perspektivlər hələ də kövrək qalır. Avropa Mərkəzi Bankı Avrozonanın bu il yalnız 1,2% artacağını proqnozlaşdırır və bu proqnoz istehlakın bərpası və maliyyə şərtlərinin yaxşılaşmasına bağlıdır ki, bu da yeni neft şoku ilə uzlaşmaya bilər.
Eyni zamanda avro hələ də investorlar üçün “təhlükəsiz liman” rolunu oynamır. Societe Generale analitikləri qeyd edirlər ki, ABŞ səhm və dövlət istiqrazları düşsə belə, investorlar dollara üstünlük verirlər.
Dollar tələbi həm də xam malın, əsasən ABŞ valyutasında qiymətləndirilən malların qiymətinin artması ilə artır. Deutsche Bank valyuta strateqi Corc Saravelos hesab edir ki, Brent neftinin qiymətinin 10% artması avronu təxminən 0,8% zəiflədir.
“Avropa münaqişəyə daha yaxın olduğundan, investorların risk azaldılmasına daha həssas davranması təbii görünür. Konflikt davam edərsə, inflyasiya və mənfi iqtisadi artım təsirləri daha ciddi olacaq”, deyə Eşvort yazır.
O əlavə edir ki, mərkəzi banklar sabit valyuta dəyişiklikləri ilə mübarizə apara bilər, lakin kəskin düzəlişlər onları komfort zonasından çıxarır.
Eşvort həmçinin qeyd edir ki, Avropanın güclü enerji bazasının olmaması – ciddi problem olaraq qalır və Avropa bazarlarının dünya qiymətlərini qəbul etməyə məcbur olması sənaye sahəsini daha çətin vəziyyətə qoyur, xüsusilə də müəssisələr eyni zamanda sıfır emissiya tələblərinə riayət etməlidirlər.
“Avropa üçün İran ətrafındakı münaqişənin tez bir zamanda başa çatması həyati əhəmiyyət kəsb edir – xüsusilə də Ukrayna müharibəsi hələ də başa çatmayıb. Avronun zəifliyi ən görünən gərginlik siqnalıdır, eyni zamanda iqtisadiyyatın daha dərin struktur problemlərinə işarə edir”, deyə məqalədə bildirilir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn bahalı kral və məşhur toyları
10.07.202620 illik investisiyada dividend artımının üstünlükləri açıqlanıb
10.07.2026Azərbaycanlı startapçı: "Bakı ofisində komandanı 200 nəfərə çatdırmağı planlaşdırırıq"
10.07.2026İnvestorlar startapları kəşf etmək üçün "ChatGPT"yə üz tutur
10.07.2026“MagicPort” liman əməliyyatlarını rəqəmsallaşdırmaq üçün 3 milyon dollar investisiya alıb
10.07.2026Qazaxıstan məcburi valyuta satışı tələbini dayandırır
10.07.2026Heç vaxt ofisi olmayan şirkət 65-dən çox ölkədən çalışan komanda qurdu
10.07.2026
Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var? - Xəbərdar ol!
10.07.2026"AI sənayesinin özünü doğrultması üçün 3 trilyon dollar lazımdır"
10.07.2026İsveçrənin “J. Safra Sarasin” qrupu Danimarkanın “Saxo Bank”ını tam nəzarətinə götürür
10.07.2026Azərbaycanlı tələbələr startapları ilə investorlar qarşısında çıxış etdilər - 3 komanda qalib oldu
10.07.2026
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
10.07.2026Kart əməliyyatlarında ən böyük pay kimdədir? - CƏDVƏL
10.07.2026Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta yığımlarında 39,4%-lik azalma
10.07.2026"Xalq Bank"ın "Proqress" əmanəti: faiz dərəcələri və şərtlər
10.07.2026"Bitwise" 570 milyon dollarlıq fondunu yenilədi
10.07.2026SK Hynix-in məsləhətçiləri "SpaceX"dən rekord həcmdə komissiya qazandılar
10.07.2026"OpenAI" "Atlas" layihəsini dayandırdı
10.07.2026Dənizkənarında çay içmək neçəyə başa gəlir? - Restoran qiymətləri
10.07.2026