20 illik investisiyada dividend artımının üstünlükləri açıqlanıb

Redaktor

10.07.2026 16:57
88

20 illik investisiyada dividend artımının üstünlükləri açıqlanıb

Uzunmüddətli investisiyada yüksək dividend gəlirliliyi həmişə ən doğru seçim hesab edilmir. Maliyyə mütəxəssislərinin fikrincə, yaxın illərdə dividend gəlirlərinə ehtiyacı olmayan investorlar üçün əsas üstünlük dividendlərini davamlı artıran şirkətlərə yatırım etməkdir. Bu yanaşma zaman keçdikcə həm dividend gəlirlərinin, həm də investisiyanın ümumi dəyərinin artmasına şərait yarada bilər.

ABŞ-də dərc olunan təhlildə qeyd edilir ki, uzunmüddətli investisiyanın uğuru təkcə bugünkü yüksək dividend gəlirliliyindən deyil, şirkətin gələcək illərdə dividendlərini artırmaq qabiliyyətindən asılıdır.

"Microsoft" nümunəsi

Məqalədə göstərilir ki, on il əvvəl "Microsoft"un (NASDAQ: MSFT) səhmlərini təxminən 50 ABŞ dollarına alan investor bu gün hər səhm üzrə illik 3,64 ABŞ dolları dividend əldə edir. Şirkətin rüblük dividend ödənişi hazırda 0,91 ABŞ dolları təşkil edir.

Nəticədə həmin investor üçün alış qiyməti əsasında dividend gəlirliliyi təxminən 7% təşkil edir. Halbuki "Microsoft" səhmlərinin cari dividend gəlirliliyi cəmi 1% ətrafındadır.

Bu nümunə göstərir ki, investisiyanın gəlirliliyini artıran əsas amil yüksək başlanğıc dividendi deyil, dividend ödənişlərinin uzun illər ərzində ardıcıl şəkildə artırılmasıdır.

20 illik investisiya perspektivi

Təhlilə görə, illik 80 min ABŞ dolları passiv gəlir əldə etmək istəyən investor üçün tələb olunan kapital seçilən strategiyadan asılı olaraq ciddi şəkildə dəyişir.

Strategiya Dividend gəlirliliyi Tələb olunan kapital
Dividend artımı strategiyası 3,5% Təxminən 2,29 milyon ABŞ dolları
“Covered Call” fondları və REIT-lər 6% Təxminən 1,33 milyon ABŞ dolları
BDC və ipoteka REIT-ləri 11% Təxminən 727 min ABŞ dolları
10.07.2026

İlk baxışda 11%-lik dividend gəlirliliyi daha sərfəli görünür. Lakin müəllif qeyd edir ki, uzunmüddətli investisiya baxımından bu, hər zaman ən yaxşı seçim deyil.

İllik 8% artan 3,5%-lik dividend portfeli təxminən 9 il ərzində gəlirini iki dəfə, 18 il ərzində isə dörd dəfə artırır. Əvəzində dividend ödənişlərini artırmayan 11%-lik portfel inflyasiya fonunda real gəlirini tədricən itirir.

Məqalədə qeyd olunur ki, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyinin təxminən 4,4%, 2026-cı ilin may ayında isə PCE inflyasiyasının 4,1% olması sabit dividend gəlirliliyinin real ifadədə zəifləməsinə səbəb olur.

Dividend artımının üstünlüyünü göstərən şirkətlər

Müəllif dividend artımının uzunmüddətli təsirini nümayiş etdirmək üçün beş böyük şirkətin göstəricilərini nümunə kimi təqdim edir:

"Johnson & Johnson"

Şirkət rüblük dividendini 1,34 ABŞ dollarına yüksəldib. Bununla da dividendini ardıcıl 64-cü ildir artırır. Cari dividend gəlirliliyi təxminən 2,1%-dir.

"Procter & Gamble"

"Procter & Gamble" 136 ildir dividend ödəyir və son 70 il ərzində dividendlərini hər il artırır. Son artımdan sonra rüblük dividend 1,0885 ABŞ dollarına çatdırılıb. Cari dividend gəlirliliyi təxminən 2,9%-dir.

"Coca-Cola"

Şirkət 2026-cı ildə rüblük dividendini 0,53 ABŞ dollarına yüksəldib. Bu, ardıcıl 64-cü illik dividend artımıdır. Hazırda dividend gəlirliliyi təxminən 2,6% təşkil edir. Rəhbərlik 2026-cı ildə səhm üzrə mənfəətin (EPS) müqayisə edilə bilən göstərici üzrə 8–9% artacağını proqnozlaşdırır.

"McDonald's"

Şirkət hazırda hər rüb üçün 1,86 ABŞ dolları, illik isə 7,44 ABŞ dolları dividend ödəyir. Cari dividend gəlirliliyi təxminən 2,7%-dir.

"Lowe's"

"Lowe's" 2026-cı ilin avqustunda ödəniləcək rüblük dividendini 1,20 ABŞ dollarından 1,25 ABŞ dollarına yüksəldib. Bu, əvvəlki göstəricidən 4% çoxdur. Cari dividend gəlirliliyi isə təxminən 2,2% təşkil edir.

Müəllif vurğulayır ki, bu şirkətlərin heç biri ikirəqəmli dividend gəlirliliyi təklif etmir. Buna baxmayaraq, dividendlərin uzun illər ərzində davamlı artırılması investor üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilə bilər.

Yüksək dividend hər zaman üstünlük demək deyil

Təhlildə bildirilir ki, bəzi borclanma və "covered call" strategiyalarından istifadə edən fondlar 12%-ə qədər dividend gəlirliliyi təklif edə bilər. Lakin bu ödənişlər opsion gəlirləri, bazar dəyişkənliyi, borclanma səviyyəsi və fondun xalis aktivlərinin dəyərindən asılı olduğuna görə sabit olmaya bilər.

Bunun əksinə olaraq, bu gün 3% dividend gəlirliliyi təqdim edən və dividendlərini hər il 9% artıran şirkətin səhmləri 15 il sonra alış qiyməti üzrə 10%-dən yüksək dividend gəlirliliyi yarada bilər.

Məqalədə qeyd edilir ki, son on ildə "Microsoft"un ümumi gəlirliliyi təxminən 725% olub. "Lowe's" da uzunmüddətli dövrdə uğurlu nəticələr göstərən şirkətlərdən biri hesab olunur.

İnvestorlara iki tövsiyə

Müəllif investorlara iki əsas addım atmağı tövsiyə edir.

Birincisi, mövcud investisiya məbləği və investisiya müddəti nəzərə alınmaqla dividend artım tempinin uzunmüddətli təsiri hesablanmalıdır. Məsələn, 3%-lik başlanğıc dividend gəlirliliyi hər il 7% artarsa, alış qiyməti üzrə gəlirlilik 10 ildən sonra təxminən 5,9%-ə, 20 ildən sonra isə 11,6%-ə çata bilər.

İkincisi, vergi qaydaları imkan verdiyi halda, dividend artımı göstərən səhmlərin vergi güzəştləri tətbiq olunan investisiya hesablarında saxlanılması daha məqsədəuyğun ola bilər. Daha yüksək dividend gəlirliliyi təqdim edən aktivlər isə investorun nağd vəsaitə ehtiyac duyduğu mərhələdə daha faydalı hesab edilir.

Dividend artımı zəmanətli olmasa da, uzunmüddətli investisiya strategiyasının ən mühüm üstünlüklərindən biridir. Hələ işləyən və yaxın illərdə dividend gəlirlərinə ehtiyacı olmayan investorlar üçün əsas məqsəd bu gün ən yüksək dividend ödəyən şirkətləri seçmək deyil, gələcəkdə dividendlərini davamlı şəkildə artırmaq potensialına malik bizneslərə yatırım etməkdir.

Belə yanaşma zamanın yaratdığı mürəkkəb gəlir effektindən yararlanmağa və uzunmüddətli perspektivdə daha yüksək passiv gəlir formalaşdırmağa imkan verə bilər.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Bright Data" 1 milyon dollarlıq bug bounty proqramı elan edib

10.07.2026

"Google"da işləmiş azərbaycanlıya xarici şirkətdə vəzifə verildi

10.07.2026

Ən bahalı kral və məşhur toyları

10.07.2026

20 illik investisiyada dividend artımının üstünlükləri açıqlanıb

10.07.2026

Azərbaycanlı startapçı: "Bakı ofisində komandanı 200 nəfərə çatdırmağı planlaşdırırıq"

10.07.2026

İnvestorlar startapları kəşf etmək üçün "ChatGPT"yə üz tutur

10.07.2026

“MagicPort” liman əməliyyatlarını rəqəmsallaşdırmaq üçün 3 milyon dollar investisiya alıb

10.07.2026

Qazaxıstan məcburi valyuta satışı tələbini dayandırır

10.07.2026

Heç vaxt ofisi olmayan şirkət 65-dən çox ölkədən çalışan komanda qurdu

10.07.2026
Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var?

Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var? - Xəbərdar ol!

10.07.2026

"AI sənayesinin özünü doğrultması üçün 3 trilyon dollar lazımdır"

10.07.2026

İsveçrənin “J. Safra Sarasin” qrupu Danimarkanın “Saxo Bank”ını tam nəzarətinə götürür

10.07.2026

Azərbaycanlı tələbələr startapları ilə investorlar qarşısında çıxış etdilər - 3 komanda qalib oldu

10.07.2026
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb

Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI

10.07.2026

Kart əməliyyatlarında ən böyük pay kimdədir? - CƏDVƏL

10.07.2026

Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta yığımlarında 39,4%-lik azalma

10.07.2026

"Xalq Bank"ın "Proqress" əmanəti: faiz dərəcələri və şərtlər

10.07.2026

"Bitwise" 570 milyon dollarlıq fondunu yenilədi

10.07.2026

SK Hynix-in məsləhətçiləri "SpaceX"dən rekord həcmdə komissiya qazandılar

10.07.2026

"OpenAI" "Atlas" layihəsini dayandırdı

10.07.2026

Məzənnə

Yüklənir...