İnvestorlar startapları kəşf etmək üçün "ChatGPT"yə üz tutur

Redaktor

10.07.2026 16:20
26

İnvestorlar startapları kəşf etmək üçün "ChatGPT"yə üz tutur

Süni intellekt texnologiyalarının sürətlə inkişafı startapların məhsul və xidmətlərini tanıtmaq üsullarını da dəyişir. Artıq potensial müştərilər, investorlar və iş axtaranlar şirkətlər haqqında məlumat əldə etmək üçün "Google" axtarışından daha çox "ChatGPT", "Claude" və "Gemini" kimi süni intellekt platformalarına üz tuturlar. Bu isə startapların PR və kommunikasiya strategiyalarını yenidən nəzərdən keçirməsini zəruri edir.

Mütəxəssislərin fikrincə, süni intellekt istifadəçilərin şirkətləri kəşf etməsi, qiymətləndirməsi və tövsiyə alması prosesini bir platformada cəmləşdirir. Buna görə də AI sistemlərində görünmək artıq startaplar üçün rəqabət üstünlüyünə çevrilir.

AI ən çox hansı mənbələrə etibar edir?

2026-cı ilin may ayında PR analitika şirkəti Mak Rak tərəfindən dərc olunan hesabata görə, süni intellekt modellərinin istinad etdiyi mənbələrin təxminən 84%-ni müstəqil media və üçüncü tərəf nəşrləri təşkil edir. Ödənişli reklam və sponsorlu məzmunun payı isə cəmi 0,3% səviyyəsindədir.

SEO şirkəti "Ahrefs" də 75 min brend üzərində apardığı araşdırmada oxşar nəticəyə gəlib. Digər araşdırmalar göstərir ki, eyni məzmunun nüfuzlu media orqanlarında dərc olunması şirkətin AI platformalarında görünməsini orta hesabla 239% artırır.

Bu səbəbdən ekspertlər hesab edirlər ki, süni intellekt üçün etibarlı və müstəqil media materialları həm görünürlük, həm də etibar baxımından əsas rol oynayır.

Kiçik sahə nəşrləri daha effektiv ola bilər

Bir çox startap ilk gündən dünyanın ən böyük media qurumlarında yer almağa çalışır. Lakin PR mütəxəssisləri bunun erkən mərhələdə real strategiya olmadığını bildirirlər.

Əvəzində müəyyən sahə üzrə ixtisaslaşmış media orqanları və peşəkar nəşrlər daha əlçatan olmaqla yanaşı, süni intellekt modelləri tərəfindən də daha etibarlı mənbə kimi qiymətləndirilir. Mütəmadi olaraq bu platformalarda görünmək şirkətin AI sistemlərində daha tez-tez təqdim olunmasına kömək edir.

Hər şeyi idarə etmək mümkün deyil

Araşdırmalara görə, "Wikipedia", "Reddit" və məhsul qiymətləndirmə platformaları AI modellərinin ən çox istinad etdiyi mənbələr sırasındadır. Lakin bu platformalarda görünmək və ya məzmuna təsir etmək olduqca çətindir.

Məsələn, "B2B" proqram təminatı sahəsində G2 platforması süni intellektin ən çox istinad etdiyi mənbələrdən biri hesab olunur.

Ekspertlər bildirirlər ki, əvvəllər SEO üçün vacib sayılan "backlink"lər artıq AI görünürlüğündə əvvəlki qədər təsirli deyil. Əvəzində internetdə brend haqqında etibarlı mənbələrdə edilən qeyd və müzakirələr daha böyük rol oynayır.

Şirkətin öz platformaları da önəmlidir

Startapların tam nəzarət edə bildiyi əsas resurslar isə öz veb-saytları, bloqları və sosial media hesablarıdır.

Araşdırmalara əsasən, AI istinadlarının təxminən 16%-i məhz şirkətin öz mənbələrindən formalaşır. Buna görə də ekspertlər saytın texniki baxımdan düzgün optimallaşdırılmasını, strukturlaşdırılmış məlumatlardan (structured data), düzgün başlıqlardan və sual-cavab formatlarından istifadə edilməsini tövsiyə edirlər.

Canlı ünsiyyət hələ də əvəzolunmazdır

Mütəxəssislər vurğulayırlar ki, süni intellekt mövcud məlumatları emal etməkdə güclü olsa da, real həyatda formalaşan etibarı əvəz edə bilmir.

Konfranslar, panel müzakirələri, podkastlar və sahə ekspertlərinin çıxışları hələ də şirkətin nüfuzunun formalaşmasında əsas vasitələrdən biri olaraq qalır. Xüsusilə B2B sektorunda auditoriya sahə üzrə tanınmış ekspertlərin fikirlərinə daha çox etibar edir.

AI üçün deyil, insanlar üçün yazın

Məqalədə vurğulanır ki, "yalnız süni intellekt üçün məzmun hazırlamaq" düzgün yanaşma deyil. Əvvəlcə insanların etibar etdiyi media və platformalarda nüfuz qazanmaq lazımdır. Bundan sonra AI sistemləri də həmin etibarlı mənbələrə əsaslanaraq şirkət haqqında məlumat təqdim edir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Bright Data" 1 milyon dollarlıq bug bounty proqramı elan edib

10.07.2026

"Google"da işləmiş azərbaycanlıya xarici şirkətdə vəzifə verildi

10.07.2026

Ən bahalı kral və məşhur toyları

10.07.2026

20 illik investisiyada dividend artımının üstünlükləri açıqlanıb

10.07.2026

Azərbaycanlı startapçı: "Bakı ofisində komandanı 200 nəfərə çatdırmağı planlaşdırırıq"

10.07.2026

İnvestorlar startapları kəşf etmək üçün "ChatGPT"yə üz tutur

10.07.2026

“MagicPort” liman əməliyyatlarını rəqəmsallaşdırmaq üçün 3 milyon dollar investisiya alıb

10.07.2026

Qazaxıstan məcburi valyuta satışı tələbini dayandırır

10.07.2026

Heç vaxt ofisi olmayan şirkət 65-dən çox ölkədən çalışan komanda qurdu

10.07.2026
Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var?

Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var? - Xəbərdar ol!

10.07.2026

"AI sənayesinin özünü doğrultması üçün 3 trilyon dollar lazımdır"

10.07.2026

İsveçrənin “J. Safra Sarasin” qrupu Danimarkanın “Saxo Bank”ını tam nəzarətinə götürür

10.07.2026

Azərbaycanlı tələbələr startapları ilə investorlar qarşısında çıxış etdilər - 3 komanda qalib oldu

10.07.2026
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb

Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI

10.07.2026

Kart əməliyyatlarında ən böyük pay kimdədir? - CƏDVƏL

10.07.2026

Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta yığımlarında 39,4%-lik azalma

10.07.2026

"Xalq Bank"ın "Proqress" əmanəti: faiz dərəcələri və şərtlər

10.07.2026

"Bitwise" 570 milyon dollarlıq fondunu yenilədi

10.07.2026

SK Hynix-in məsləhətçiləri "SpaceX"dən rekord həcmdə komissiya qazandılar

10.07.2026

"OpenAI" "Atlas" layihəsini dayandırdı

10.07.2026

Məzənnə

Yüklənir...