Redaktor
Azərbaycanlı startapçı: "Bakı ofisində komandanı 200 nəfərə çatdırmağı planlaşdırırıq"
"Süni intellektdən və texnologiyadan danışanda heç kim gələcəyin dəqiq necə olacağını bilmir. Təəssüf ki, bu sahədə tam aydınlıq yoxdur, lakin gələcəyi də məhz biz və siz qurursunuz".
Valyuta.az xəbər verir ki, bu fikirləri ADA Universitetində "Baku ID" çərçivəsində "SABAH.academy" tərəfindən 6-cı "University Demo Day" startap müsabiqəsində ABŞ-da fəaliyyət göstərən "Polygraf AI" şirkətinin təsisçisi və baş icraçı direktoru Yaqub Rəhimov deyib.
Y.Rəhimov bildirib ki, təxminən üç il əvvəl Vaşinqtonda bu universitetdən (ADA-dan) gəlmiş dörd mübadilə tələbəsi ilə tanış olub.
"Həmin tələbələr sonradan şirkətimizin ilk süni intellekt mühəndislərindən oldular. Bu gün həmin mühəndislər ABŞ-ın aparıcı qurumlarına süni intellekt və kibertəhlükəsizlik sahəsində həllər təqdim edirlər".
Təsisçinin sözlərinə görə, qlobal fəaliyyət göstərən, şirkət, eyni zamanda qısa müddət əvvəl Dubayda mühüm layihə həyata keçirib:
"Biz dünən gecə Dubaydan gəlmişik. Orada cəmi 48 saat ərzində gəmiçilik sənayesi üçün möhtəşəm süni intellekt həllini tətbiq etdik".
Y.Rəhimov qeyd edib ki, "Polygraf" artıq əsasən gəlirli şirkətə çevrilib:
"Polygraf" böyüdükcə gəlirli şirkətə çevrilir. Dünyanın aparıcı vençur investisiya fondlarının dəstəyi ilə fəaliyyət göstəririk. Bundan əlavə, dəqiqlik, emal sürəti və performans baxımından öz sahəmizdə dünya üzərə birinci yerə yüksəlmişik".
O vurğulayıb ki, şirkət böyüdükcə, insanlarla birlikdə böyümək də vacibdir:
"Mənim doğulduğum və böyük potensial gördüyüm bu gözəl regionda çox böyük imkanlar görürük. Məhz buna görə ABŞ-da fəaliyyət göstərən "Polygraf AI" şirkətinin törəmə müəssisəsi olan "Polygraf Labs"ın Bakı ofisini qarşıdakı 12 ay ərzində 200 nəfərlik komandaya çatdırmağı hədəfləyirik".
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Bright Data" 1 milyon dollarlıq bug bounty proqramı elan edib
10.07.2026"Google"da işləmiş azərbaycanlıya xarici şirkətdə vəzifə verildi
10.07.2026Ən bahalı kral və məşhur toyları
10.07.202620 illik investisiyada dividend artımının üstünlükləri açıqlanıb
10.07.2026Azərbaycanlı startapçı: "Bakı ofisində komandanı 200 nəfərə çatdırmağı planlaşdırırıq"
10.07.2026İnvestorlar startapları kəşf etmək üçün "ChatGPT"yə üz tutur
10.07.2026“MagicPort” liman əməliyyatlarını rəqəmsallaşdırmaq üçün 3 milyon dollar investisiya alıb
10.07.2026Qazaxıstan məcburi valyuta satışı tələbini dayandırır
10.07.2026Heç vaxt ofisi olmayan şirkət 65-dən çox ölkədən çalışan komanda qurdu
10.07.2026
Dünyanın bank və maliyyə sektorunda hansı yeniliklər var? - Xəbərdar ol!
10.07.2026"AI sənayesinin özünü doğrultması üçün 3 trilyon dollar lazımdır"
10.07.2026İsveçrənin “J. Safra Sarasin” qrupu Danimarkanın “Saxo Bank”ını tam nəzarətinə götürür
10.07.2026Azərbaycanlı tələbələr startapları ilə investorlar qarşısında çıxış etdilər - 3 komanda qalib oldu
10.07.2026