Redaktor
Azərbaycanlı tələbələr startapları ilə investorlar qarşısında çıxış etdilər - 3 komanda qalib oldu
9 iyul tarixində ADA Universitetində "Baku ID" çərçivəsində "SABAH.academy" tərəfindən 6-cı "University Demo Day" startap müsabiqəsi keçirilib.
Valyuta.az xəbər verir ki, keçirilən startap müsabiqəsində 10 tələbə komandası layihələrini investorlara təqdim edib.
Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və UNEC SABAH qruplarını təmsil edən komandalar startap layihələri ilə investorlar, korporativ tərəfdaşlar və münsiflər heyəti qarşısında çıxış edib.
Tədbiri "SABAH.academy"nin rəhbəri Aminə Məlikova açıq elan edib. Hər bir komanda 3 dəqiqə ərzində layihələrini təqdim edib, daha sonra münsiflərin suallarını cavablandırıblar.
Proqram çərçivəsində məzunların qurduğu startapların təqdim olunduğu "Alumni Startup Spotlights" və iştirakçıların komandalarla birbaşa ünsiyyət quraraq layihələrlə yaxından tanış olduğu "Startup Fair" (Startap Sərgisi) də təşkil edilib.
Münsiflərin qiymətləndirməsinə əsasən, birinci yeri ADA Universitetinin "QuickRecap", ikinci yeri ADA Universitetinin "Seeder", üçüncü yeri isə Azərbaycan Texniki Universitetinin "StipUp" komandası tutub.
Tədbirdə, həmçinin "Caucasus Ventures" vençur kapitalı fondunun nümayəndəsi Samir Hacıbəyli ADA Universitetinin "Seeder" startapına 10 min ABŞ dolları həcmində şərti investisiya öhdəliyi təqdim olunduğunu və komandanın bir nümayəndəsinin oktyabr ayında Silikon Vadisinə səfərə dəvət edildiyini açıqlayıb.

Startap layihələrini texnologiya və sahibkarlıq sahəsində fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər qiymətləndiriblər. Münsiflər heyətində "Polygraf AI" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Yaqub Rəhimov, "Femigrants" platformasının təsisçisi və baş icraçı direktoru Aytəkin Əliyeva, "Navan" şirkətinin baş proqram təminatı mühəndisi Məhəmmədiyyə Əbdürəhimov, "Push30 Azerbaijan"ın baş direktoru Mənsur Paşayev, eləcə də "Dosty" layihəsinin təsisçisi və baş icraçı direktoru Ayaz Əhmədov yer alıblar.
Tədbir zamanı Yaqub Rəhimov Azərbaycanda "Polygraf Labs" mərkəzinin yaradılması planlarını açıqlayıb. Onun sözlərinə görə, yeni mərkəz yerli süni intellekt və kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verəcək, 200 yeni iş yerinin yaradılmasını təmin edəcək və Yaxın Şərq ilə Mərkəzi Asiya regionu üçün regional texnologiya qovşağı rolunu oynayacaq.
Yaqub Rəhimov bildirib ki, gələcəkdə "Demo Day" iştirakçılarından bəzilərini "Polygraf AI" komandasında görməkdən məmnun olar. O əlavə edib ki, regionda təhlükəsiz və suveren süni intellekt təşəbbüslərini dəstəkləmək məqsədilə ilk üç yeri tutan komandalara ümumilikdə 5 min ABŞ dolları dəyərində "Polygraf AI" kreditləri təqdim olunub.
Tədbirlə bağlı danışan "SABAH.academy"nin rəhbəri Aminə Məlikova bildirib ki, "University Demo Day" hər zaman sadəcə bir müsabiqədən daha artıq olub.
"Bu, verilən bir dürüst sualın, qurulan faydalı əlaqənin və ya gözlənilməz bir söhbətin hər hansı bir ideyanı irəliyə apara biləcəyi platformadır", - deyə A.Məlikova əlavə edib.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında “SABAH.HUB” İnnovasiya Mərkəzinin nəzdində təsis edilmiş “SABAH.academy” gənclərin inkişafını, sahibkarlığı və innovasiyaları dəstəkləyən təlim və təhsil proqramları həyata keçirir. Platforma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılıb və "IE Business School" ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Bu günə qədər proqram 1 000-dən çox tələbə komandasının formalaşmasına dəstək olub və ən yaxşı komandalar biznes ideyalarını daha da inkişaf etdirmək üçün "SABAH.lab"ə qəbul edilib.
“Baku ID”, “SABAH.HUB” İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan, startaplara və investisiyalara yönəlmiş, Azərbaycanın aparıcı innovasiya tədbirlərindən biridir.
Platformanın fəaliyyəti və ən son yeniliklər barədə daha ətraflı məlumatı “SABAH.HUB” saytından əldə edə bilərsiniz.
Əlaqəli Xəbərlər
Məhlə uşaqları taksidə startap ideyası tapdılar, Azərbaycanda rəqibi yoxdur - Müsahibə
Azərbaycanda iş adamlarının problemini həll edən startap qurdu - “Artıq 9 ölkədən istifadəçimiz var” - Müsahibə
Azərbaycanlının ABŞ, Kanada, İngiltərə bazarındakı layihəsi - 1 milyon manata yaxın investisiya
Layihələri 1 milyona yaxın investisiya alan 3 dostun uğuru - Müsahibə
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"AI sənayesinin özünü doğrultması üçün 3 trilyon dollar lazımdır"
10.07.2026İsveçrənin “J. Safra Sarasin” qrupu Danimarkanın “Saxo Bank”ını tam nəzarətinə götürür
10.07.2026Azərbaycanlı tələbələr startapları ilə investorlar qarşısında çıxış etdilər - 3 komanda qalib oldu
10.07.2026
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
10.07.2026Kart əməliyyatlarında ən böyük pay kimdədir? - CƏDVƏL
10.07.2026Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta yığımlarında 39,4%-lik azalma
10.07.2026"Xalq Bank"ın "Proqress" əmanəti: faiz dərəcələri və şərtlər
10.07.2026"Bitwise" 570 milyon dollarlıq fondunu yenilədi
10.07.2026SK Hynix-in məsləhətçiləri "SpaceX"dən rekord həcmdə komissiya qazandılar
10.07.2026"OpenAI" "Atlas" layihəsini dayandırdı
10.07.2026Dənizkənarında çay içmək neçəyə başa gəlir? - Restoran qiymətləri
10.07.2026
Aİ rəsmiləri rəqəmsal avro üzrə danışıqların bərpasını dəstəkləyib
10.07.2026“Pul sadəcə yığılmamalıdır, işləməlidir” – Pərviz Qasımov AFB Bankın yeni yığım modelini izah edir ®
10.07.2026"FED" iqtisadi islahatlar üçün 5 yeni işçi qrupu yaratdı
10.07.2026Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
10.07.2026Hansı bank nə qədər və neçə faizlə nağd pul krediti verir?
10.07.2026“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfə artıb
10.07.2026"OpenAI" rəhbəri Fici Simo vəzifəsindən ayrılır
10.07.2026